Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2383/2024 09.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə- xx.xx.2018-ci il tarixli, HAK4633916 saylı müqavilə. Müqavilənin predmeti- nisyə alqı-satqı. Tələb olunan məbləğ: 388 manat əsas borc, 100 manat faiz borcu olmaqla, ümumilikdə 488 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar- Alq-satqı müqaviləsi, ödəniş cədvəli, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci maddələri. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə borc müqaviləsi adlansa da, müqaviləyə əsasən cavabdeh iddiaçıdan 15 ay müddətinə hər ay 31 manat ödəməklə 465 manat dəyərində olan məişət avadanlığı almışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və hazırda iddiaçıya müqavilə üzrə 186 manat əsas borcu mövcuddur. Hazırda iddiaçı iddia ərizəsində 388 manat əsas borc tələb etsə də, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə cavabdehin xx.xx.2018-ci il tarixli müqavilə üzrə ödənilməmiş 186 manat borcunun mövcud olması müəyyən olunmuşdur. Belə olan halda, cavabdehdən iddiaçının xeyrinə 186 manat məbləğində əsas borc tutulmalıdır. Həmçinin, iddiaçı cavabdehdən 100 manat faiz borcu tələb etsə də, iddia ərizəsində cavabdehin müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında faiz ödəməyi öhdəsinə götürməsi qeyd edilsə də, tərəflər arasında bağlanmış müqavilədə faiz ödənişləri ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Buna görə də iddia tələbi 100 manat faiz borcu hissəsində təmin edilməməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə olunmuş sənədlərin məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, HAK4633916 saylı müqavilə üzrə 186 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2383/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2383/2024
09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver