Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-240/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “Mercedes Benz E200” markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi ərazisində "xxxx" ASC tərəfindənMVC-B 00031-20 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Hyundai Sonata” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Hyundai Sonata” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 4181,20 (dörd min bir yüz səksən bir manat, iyirmi qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Suraxanı Rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin hadisə baş verən vaxt cavabdehin idarə etdiyi avtomobilin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmamışdır. Cavabdehin idarə etdiyi avtomobilin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmaması səbəbindən "xxxx" ASC tərəfindən“Hyundai Sonata” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə ödənilmiş 4181,20 (dörd min bir yüz səksən bir manat, iyirmi qəpik) manat məbləğ Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0475/23 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin cavabdeh həmin məktubu qəbul etməkdən imtina etmiş və heş bir pul vəsaitini ödəməmişdir. Qeyd olunanlara əsasən Subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 4181,20 (dörd min bir yüz səksən bir manat, iyirmi qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 61,81 (altmış bir manat, səksən bir qəpik) manat, ümumilikdə 4243 (dörd min iki yüz qırx üç manat) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iş üzrə məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Bildirmək istəyirlər ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Sonata" markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər “Auto Azərbaycan" Servis Mərkəzi tərəfindən tərtib olunmuş №-AAO4İO36 saylı xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktına əsasən 4431,20 (dörd min dörd yüz otuz, bir manat, iyirmi qəpik) manat müəyyən olunmuşdur. Lakin xx.xx.2023-cü il tarixli ekspert rəyində 2012-ci il buraxılışlı "Hyundai Sonata" markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir bərpa xərcinin 4431,20 (dörd min dörd yüz otuz bir manat, iyirmi qəpik) manat məbləğində olduğu qeyd edilsə də, işlənib hazırlanmış metodikaya əsasən illik 4% aşınma nəzərə alınaraq həmin avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 3777 (üç min yeddi yüz yetmiş yeddi) manat məbləğində müəyyən edilmişdir. “Qala Sığorta" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonala" markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 2020-ci ilin real bazar qiymətləri nəzərə alınaraq 250 (iki yüz əlli) manat azadolma məbləği çıxılmaqla, 4181,20 (dör min bir yüz səksən bir manat, iyirmi qəpik) manat məbləğində müəyyən olunmuş və həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Yəni, “Qala Sığorta" ASC tərəfindən avtomobilə dəymiş zərər məbləği hesablanarkən avtomobilin istehsal ilinin (2012) deyil, 2020-ci ilin bazar qiymətləri əsas götürülmüş, həmin tarixdə mövcud qiymətlərə uyğun sığorta ödənişi həyata keçirilmiş və köhnəlmə tətbiq edilməmişdir. Bu səbəbdən də ekspert tərəfindən hesablanmış məbləğin köhnəlmə əmsalı tətbiq edilməklə azalması iddiaçının maliyyə itkisinə məruz qalmasına səbəb olur. Yuxarıda qeyd olunanları nəzərə alaraq xahiş edirlər ki, ekspert rəyində "Hyundai Sonata" markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci avtoehtiyat hissələrinə tətbiq olunmuş köhnəlmə faizinin nəzərə alınmamasını, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 4181,20 (dörd min bir yüz səksən bir manat, iyirmi qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 61,81 (altmış bir manat, səksən bir qəpik) manat pulun iddiaçı “Qala Sığorta" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyil və məhkəmədən avtomobilə dəymiş zərər məbləği müəyyən edərkən köhnəlmə faizinin tətbiq edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. O, bir neçə servis mərkəzində olmuş və avtomobilə dəymiş ziyanın aşağı məbləğdə olduğu müəyyə edilib. Ekspert rəyi ilə razı deyil. Ekspertiza aparılan zaman onun iştirakı təmin edilməyib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Sonata” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək sığortalanmışdır. Əmlakın bazar zəyəri 14000 manat, sığorta məbləği 14000 manat, sığorta haqqı 854 manat, hər bir hadisə üzrə 250 manat nəzərdə tutulmuşdur; - xx.xx.2020-ci il tarixli aktının surətindən görünür ki, “Hyundai Sonata” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin alınması və təmiri üçün ümumilikdə 4431,20 manat tələb olunur; - "xxxx" ASC-nin MVC0187/20 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də MVC-B 00031-20 nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək sığortalanmış, “Hyundai Sonata” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir. Dəymiş zərər 4431,20 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 250 manat şərtsiz azadolma məbləği çıxılmaqla 4181,20 manat sığorta ödənişi edilmişdir; - TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixində saat 14:50-də “Mercedes-Benz E200” minik markalı ** FE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur; - Cavabdeh Suraxanı RPİ DYPŞ-də verdiyi izahatından görünür ki, o, xx.xx.2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz E200” minik markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai Sonata” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsinə ziyan vurduğunu etiraf etmişdir; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 14:50-də Yeni Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. X3 mülkiyyətində olan və Cavabdeh idarə etdiyi “Mercedes-Benz E200” minik markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir; - "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 4181,20 manat sığorta ödənişi X4 hesabına köçürülmüşdür; - "xxxx" ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, həyata keçirilmiş sığorta ödənişi ondan tələb edilmiş, 7 iş günü ərzində ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8970 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “Hyundai Sonata” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyathissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3777 manat müəyyən edilmişdir; - Mədaxil qəbzinin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 61,81 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh “Mercedes Benz E200” markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi ərazisində "xxxx" ASC tərəfindən MVC-B 00031-20 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Hyundai Sonata” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Hyundai Sonata” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 4181,20 (dörd min bir yüz səksən bir manat, iyirmi qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Suraxanı Rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" ASC xx.xx.2023-cü il tarixdə məktubu ilə Cavabdeh müraciət edərək zərərin aradan qaldırılması üçün ödənilmiş 4181,20 manat məbləğində ödənilmiş sığorta ödənişinin 7 iş günü müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Lakin cavabdeh iddiaçının bununla bağlı xəbərdarlığına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Məhkəmə iclasında müəyyən olundu ki, X5 məxsus olan və Cavabdeh idarə etdiyi “Mercedes Benz E200” markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" ASCdə sığortalanmış “Hyundai Sonata” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Avtomobilə dəymiş ziyan 4431,20 manat müəyyən edilmiş və 250 manat azadolma məbləği çıxılmaqla, qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 4181,20 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı X8 İdarəsinin arayışına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli olan tərəf qismində iştirak etmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı tərtib olunan inzibati tənbeh etmə haqqında qərara əsasən Cavabdeh yol hərəkəti qaydalarını pozmuşdur. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Araşdırma zamanı cavabdeh iddiaçının subroqasiya tələbini qəbul etmiş, lakin avtomobilə dəymiş zərərin məbləğini mübahisələndirmişdir. Məhkəmə, bu xüsusatı nəzərə alaraq zərərin həcminin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünasılıq ekspertizası təyin etmişdir. Ekspertizanın xx.xx.2023-cü il tarixli 9/8970 saylı rəyinə əsasən, nəzəri hesablama yolu ilə, nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “Hyundai Sonata” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyathissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3777 manat müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq bu qənaətə gəlir ki, hadisə nəticəsində avtomobilə dəymiş ziyanın məbləği 3777 manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin dəymiş zərərdən 250 (iki yüz əlli) manat məbləğində şərtsiz azadolma məbləği çıxılmalıdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın: 35.1-ci maddəsinə əsasən sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 35.2-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 35.6-cı bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər. 35.2-ci maddəsinə əsasən aşağıdakı hallarda sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur: 35.2.1. avtomobilin tam məhvi; 35.2.2. avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi. Belə ki, “Hyundai Sonata” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil 2012ci il buraxılışlı olmaqla, avtomobilə ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi 2020-ci il tarixdə baş vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert haqlı olaraq avtomobilə dəymiş ziyanı müəyyən edərkən köhnəlmə faizini tətbiq etmişdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə 3527 manat sığorta ödənişi məbləği Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 61,81 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli 9/8970 saylı saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 61,81 manat dövlət rüsumunun 9,67 manatı iddiaçıya, 52,14 manatı cavabdehə aid edilməli və iddiaçının xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 50 manatın 7,8 manatı iddiaçıdan, 42,2 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3527 manat sığorta ödənişi məbləği və ödənilmiş 52,14 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 9,67 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 7,8 manatı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və 42,2 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X2, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3527 manat sığorta ödənişi məbləği və ödənilmiş 52,14 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 9,67 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 7,8 manatı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və 42,2 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X2, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-240/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-240/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver