Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2434/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh aralarında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanılmış ünvan 1 ünvanla 103 nömrəli mənzil) olan mənzilin ilkin alqı-satqı müqaviləsinə əsasən notariusun bankda açılan depozit hesabı vasitəsilə 23000 (iyirmi üç min) manat ödəmişdir. Müqavilənin şərtlərinə görə alıcı xx.xx.2021-ci il tarixədək rəsmiləşdiriləcək əsas alqı-satqı müqaviləsi bağlanan zaman razılaşdırılmış qiymətin qalan hissəsini ödəməyi, satıcı isə mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan tarixdə cavabdeh müqavilənin şərtlərini pozaraq mənzili satmaqdan imtina etmiş, ilkin alqı-satqı müqaviləsinə əsasən notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənilmiş 23000 (iyirmi üç min) manat vəsati isə qaytarmamışdır. Həmin vəsaitin qaytarılması dəfələrlə tələb edilsə də, cavabdeh bu günə kimi pulu qaytarmır. Artıq pozulmuş hüquqlarımızın bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh iddiaçıya verməli olduğu 23 000 (iyirmi üç min) manat məbləğində pulun, iki il müddətində öhdəliyi yerinə yetirmədiyi üçün həmin məbləğin 15 faizinin və ödənilmiş 160 manat dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdeh ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə üzrə Cavabdeh ünvan 2 ünvanla 103 nömrəli mənzil) mənzili İddiaçı verməyi, sonuncu isə bunun müqabilində ümumi dəyəri 50000 manat təşkil edən mənzilin qiymətinin 23000 manat hissəsini həmin tarixdə ödəməyi, qalan 27000 manat hissəsini isə rəsmiləşdiriləcək əsas alqı-satqı müqaviləsi rəsmiləşdirildiyi zaman ödəməyi öhdəsinə götürmüşdür; Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh ünvan 2 ünvanla 103 nömrəli mənzil) mənzili İddiaçı verməyi, sonuncu isə bunun müqabilində ümumi dəyəri 50000 manat təşkil edən mənzilin qiymətinin 23000 manat hissəsini həmin tarixdə ödəməyi, qalan hissəsini isə əsas alqı-satqı müqaviləsi bağlanan zaman öhdəsinə götürmüşdür. İddiaçı qeyd olunan ilkin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdehin öz öhdəliklərinə əməl etməyərək, müqavilə şərtlərini pozduğunu, buna görə də ödədiyi pulların geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 15 dekabr 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Hazırda baxılan mülki iş üzrə iddianın predmeti, qeyd edildiyi kimi, İddiaçı ilə Cavabdeh arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 15 dekabr 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır, iddiaçı mənzilin dəyərindən ilkin olaraq 23000 manat məbləğində hissəni cavabdehə ödəsə də, cavabdeh öz öhdəliklərinə əməl etməmişdir. Belə olan halda, cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozduğundan, dəymiş zərərin ödənilməsini tələb etmək hüququ iddiaçıya imkan yaradır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, iddia həmin hissədə əsaslı hesab olunaraq təmin edilməlidir. Hansı ki, ilkin müqaviləyə əsasən ümumilikdə 23000 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin “iki il müddətində öhdəliyin yerinə yetirilməməsi səbəbindən ödənilmiş məbləğin 15 faizinin cavabdehdən tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, qanunvericiliyin yuxarıda göstərilən tələbi nəzərə alınmaqla, iki il müddətində öhdəliyin yerinə yetirilməməsi nəzərə alınmaqla həmin məbləğin 5 faizi- 2550 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 160 manat dövlət rüsumunun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanla 103 nömrəli mənzil) mənzilə görə ödənilmiş 23000 (iyirmi üç min) manat məbləğində pul vəsaiti, 02 (iki) il müddətində öhdəliyin yerinə yetirilməməsinə görə hesablanmış həmin məbləğin 5 faizi- 2550 (iki min beş yüz əlli) manat pul vəsaiti və ödənilmiş 160 (yüz altmış) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanla 103 nömrəli mənzil) mənzilə görə ödənilmiş 23000 (iyirmi üç min) manat məbləğində pul vəsaiti, 02 (iki) il müddətində öhdəliyin yerinə yetirilməməsinə görə hesablanmış həmin məbləğin 5 faizi, yəni 2550 (iki min beş yüz əlli) manat pul vəsaiti və ödənilmiş 160 (yüz altmış) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-2434/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2434/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver