Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2435/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********33235 olan “Samsung Galaxy A02” markalı telefon üçün, 171,32 (bir yüz yetmiş bir manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 17,68 (on yeddi manat altmış səkkiz qəpik) manat cərimə, xx.xx.2022ci il tarixli müqaviləyə əsasən, “X1” qulaqlıq üçün, 392 (üç yüz doxsan iki) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********46462 olan “Xiaomi Redmi 10” markalı telefon üçün, 472,4 (dörd yüz yetmiş iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 47,6 (qırx yeddi manat altmış qəpik) manat cərimə, ümumilikdə 1140 manat borc və 31,40 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kod **********33235 olan “Samsung Galaxy A02” markalı telefon, “X1” qulaqlıq, İMEİ kod **********46462 olan “Xiaomi Redmi 10” markalı telefon üçün 1140 (bir min yüz qırx) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 345,14 (üç yüz qırx beş manat on dörd qəpik) manat (yəni 12 ay x 28,72 manat + 0,5 manat ilkin ödəniş) İMEİ kod **********33235 olan “Samsung Galaxy A02” markalı telefon üçün ümumilikdə, 189 (bir yüz səksən doqquz) manat olmaqla ondan, 171,32 (bir yüz yetmiş bir manat otuz iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17,68 (on yeddi manat altmış səkkiz qəpik) manat cərimə, xx.xx.2022-ci il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 588 (beş yüz səksən səkkiz) manat (yəni 12 ay x 49 manat + 0 manat ilkin ödəniş) “X1” qulaqlıq üçün ümumilikdə, 431 (dörd yüz otuz bir) manat olmaqla ondan, 392 (üç yüz doxsan iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 567 (beş yüz altmış yeddi) manat (yəni 12 ay x 47.25 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********46462 olan “Xiaomi Redmi 10” markalı telefoünçün ümumilikdə, 520 (beş yüz iyirmi) manat olmaqla ondan, 472,4 (dörd yüz yetmiş iki manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47,6 (qırx yeddi manat altmış qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 464,42 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2021-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 344,54 manat olan İMEİ kodu **********33235 olan “Samsung Galaxy A02” markalı telefon 0,5 manat ilkin ödənişlə, 12 ay müddətinə, aylıq ödənişi 28,72 manat olmaqla satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2022-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 588 manat olan “X1” qulaqlıq 0 manat ilkin ödənişlə, 12 ay müddətinə, aylıq ödənişi 49 manat olmaqla satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 mart 2022-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 567 manat olan İMEİ kodu **********46462 olan “Xiaomi Redmi 10” markalı telefon 0 manat ilkin ödənişlə, 12 ay müddətinə, aylıq ödənişi 47,25 manat olmaqla satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 26 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 dekabr 2021-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 171,32 manat, cərimə borcu üzrə 17,68 manat olmaqla, ümumilikdə 189 manat borcu vardır. Cavabdeh 29 yanvar 2022-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 392 manat, cərimə borcu üzrə 39 manat olmaqla, ümumilikdə 431 manat borcu vardır. Cavabdeh 28 mart 2022-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 472,4 manat, cərimə borcu üzrə 47,6 manat olmaqla, ümumilikdə 520 manat borcu vardır. Hər üç müqavilə üzrə ümumilikdə 1140 manat borcu vardır. İşə əlavə olunmuş 27 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 31,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 04 dekabr 2021-ci il, 29 yanvar 2022-ci il və 28 mart 2022-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 04 dekabr 2021-ci il tarixli müqavilə üzrə 171,32 manat əsas borc, 17,68 manat cərimə borcu, 29 yanvar 2022-ci il tarixli müqavilə üzrə 392 manat əsas borc, 39 manat cərimə borcu və 28 mart 2022-ci il tarixli müqavilə üzrə 472,4 manat əsas borc, 47,6 manat cərimə borcu olmaqla, ümumilikdə 1140 manat borc və ödənilmiş 31,40 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-2435/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2435/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver