Məhkəmə qərarları › İş №e-2(007)-2447/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2447/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2447/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Camaro” markalı gənc çalışma masası, “Camaro” markalı gənc çarpayı, “Camaro” markalı gənc dolab, “Camaro” markalı gənc tumba, “Uretan” markalı döşək, “Beauty” markalı gənc çalışma masası, “Beauty” markalı gənc çarpayı, “Beauty” markalı gənc dolab, “Beauty” markalı gənc termo, “Beauty” markalı gənc tumba, Matras üçün 1175 (bir min yüz yetmiş beş) manat ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Monika” markalı yumşaq künc üçün, 1175 (bir min yüz yetmiş beş) manat ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat cərimə, ümumilikdə 3244 manat borc və 52,44 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “Camaro” markalı gənc çalışma masası, “Camaro” markalı gənc çarpayı, “Camaro” markalı gənc dolab, “Camaro” markalı gənc tumba, “Uretan” markalı döşək, “Beauty” markalı gənc çalışma masası, “Beauty” markalı gənc çarpayı, “Beauty” markalı gənc dolab, “Beauty” markalı gənc termo, “Beauty” markalı gənc tumba, Matras, “Monika” markalı yumşaq künc almış və nəticədə 3244 (üç min iki yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3700,8 (üç min yeddi yüz manat səksən qəpik) manat (24 ay x 154,2 manat + 0 manat ilkin ödəniş) “Camaro” markalı gənc çalışma masası, “Camaro” markalı gənc çarpayı, “Camaro” markalı gənc dolab, “Camaro” markalı gənc tumba, “Uretan” markalı döşək, “Beauty” markalı gənc çalışma masası, “Beauty” markalı gənc çarpayı, “Beauty” markalı gənc dolab, “Beauty” markalı gənc termo, “Beauty” markalı gənc tumba, Matras üçün ümumilikdə, 1952 (bir min doqquz yüz əlli iki) manat olmaqla ondan, 1175 (bir min yüz yetmiş beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 117 (yüz on yeddi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1390 (bir min üç yüz doxsan) manat (20 ay x 69,5 manat + 0 manat ilkin ödəniş) “Monika” markalı yumşaq künc üçün ümumilikdə, 1292 (bir min iki yüz doxsan iki) manat olmaqla ondan, 1175 (bir min yüz yetmiş beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 117 (yüz on yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2141,05 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 3700,8 manat olan “Camaro” markalı gənc çalışma masası, “Camaro” markalı gənc çarpayı, “Camaro” markalı gənc dolab, “Camaro” markalı gənc tumba, “Uretan” markalı döşək, “Beauty” markalı gənc çalışma masası, “Beauty” markalı gənc çarpayı, “Beauty” markalı gənc dolab, “Beauty” markalı gənc termo, “Beauty” markalı gənc tumba, Matras 0 manat ilkin ödənişlə, 24 ay müddətinə, aylıq ödənişi 154,2 manat olmaqla satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2021-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1390 manat olan “Monika” markalı yumşaq künc 0 manat ilkin ödənişlə, 20 ay müddətinə, aylıq ödənişi 69,5 manat olmaqla satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 19 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23 oktyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 1774,25 manat, cərimə borcu üzrə 177,25 manat olmaqla, ümumilikdə 1952 manat borcu vardır. Cavabdeh 30 iyul 2021ci il tarixli müqavilə üzrə əsas borc üzrə 1175 manat, cərimə borcu üzrə 117 manat olmaqla, ümumilikdə 1292 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 3244 manat borcu vardır. İşə əlavə olunmuş 20 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 52,44 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 23 oktyabr 2020-ci il və 30 iyul 2021ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış cəmi 2584 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. 23 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 1175 manat əsas borc, 117 manat cərimə borcu və 30 iyul 2021-ci il tarixli müqavilə üzrə 1175 manat əsas borc, 117 manat cərimə borcu olmaqla, ümumilikdə 2584 manat borc və ödənilmiş 52,44 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar