Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2514/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı müqaviləyə xitam verilməsi və borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı müqaviləyə xitam verilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, 01 dekabr 2021-ci il tarixində İddiaçı MMC və Cavabdeh arasında №001 saylı “Alqı-Satqı müqaviləsi” bağlanıb. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı Samsung S20 FE (6GB/128 GB) modelli mobil telefonu cavabdehin mülkiyyətinə verməyi və cavabdeh tərəfindən bunun müqabilində ayda 50 manat olmaqla 36 ay müddətinə ümumilikdə 1800 manat ödəniləsi öhdəliyi götürülüb.Alqı-satqı müqaviləsinin şərtlərinə görə sözü gedən mobil telefon şirkət tərəfindən 01 dekabr 2021-ci il tarixli malın qəbul edilməsinə dair akt üzrə Cavabdeh təhvil verilib. Bunun müqabilində ödənilməsi müqavilənin 1 saylı əlavəsində nəzərdə tutulan qrafik üzrə öhdəlik olaraq götürülən 1800 manat hər ay 50 manat olmaqla ödənilməli idi, Cavabdeh ilə müqavilə bağlandıqdan sonra, şirkət tərəfindən müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməsinə baxmayaraq alqı-satqı müqaviləsinin şərtlərini pozaraq, məbləği ümumiyyətlə ödənişini həyata keçirməyib. Ona dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməyib və bu günə kimi olan borcunu ödəməyib. Cavabdehin 09 iyun 2022ci il tarixinə şirkətə olan əsas borcu 1800 manat, cərimə borcu 235 manat, cəmi 2035 manat təşkil edir. Qeyd edilənlərə əsasən 01 dekabr 2021-ci il tarixli №001 saylı alqı-satqı müqaviləsinə xitam verilməsini, Cavabdeh əsas borca görə 1800 manat, cərimə borcuna görə 235 manat, cəmi 2035 manat borcun və 40.35 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehməhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsə də möhkəməyə gəlməmişdir.Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı omadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli, №001 saylı alqı-satqı müqaviləsindən görünür ki,satıcı tərəfinən alıcının istifadəsinə Samsung S20 FE (6GB/128 GB) modelli mobil telefonu verilməsi və müqabilində alıcı tərəfinən ayda 50 manat olmaqla 36 ay müddətinə ümumilikdə 1800 manat ödəniləsi barədə tərəflər öhdəlik götürüb. Malın qəbul edilməsi barədə 01 dekabr 2021-ci il tarixli aktdan görünür ki, Samsung S20 FE (6GB/128 GB) modelli mobil telefon alıcıya təhvil verilib İş materiallarında olan məxaric qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 40,35 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh müqavilədə nəzərdə tutulan mobil telefonu nisyə satmış, sonuncu isə razılaşdırılmış müddət ərzində həmin əşyanın dəyərini hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliklərinə əməl edib həmin əşyanı cavabdehə təhvil versə də,sonuncu öz öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir. Nəticədə cavabdehin müqavilə üzrə 1800 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə əsas borcun tutulması hissəsində iddianı əsaslı hesab edir. Məhkəmə cərimə borcuna görə 235 manat tələb olunması hissədə iddia tələbinə qiymət verərkən belə qənaətə gəlir ki,həmin məbləğdə borc əsas borca nisbətdə tənasübsüz olaraq yüksəkdir.Ona görə də cərimənin azaldılaraq 20 manat müəyyən olunmasını məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki iddia qismən təmin olunmalı, 01 dekabr 2021-ci il tarixli №001 saylı alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh əsas borca görə 1800 manat, cərimə borcuna görə 20 manat, cəmi 1820 manat borc və 40.35 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 dekabr 2021-ci il tarixli №001 saylı alqı-satqı müqaviləsi ləğv edilsin Cavabdeh əsas borca görə 1800 manat, cərimə borcuna görə 20 manat, cəmi 1820 manat borc və 40.35 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-2514/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2514/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver