Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2537/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 01 dekabr 2022-ci il tarixli, 69 993 nisyə alqı-satqı müqaviləsi üzrə 1806 manat məbləğində pulun və 39.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh arasında 01 dekabr 2022-ci il tarixli, 69993 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 2512 manat dəyərində “P/yuy.Sam.WW10T54CBX, Soft Coton 1.6x2, Çaynik Bosch TWK4P439” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun dəyərinin 150 manat hissəsini ilkin ödəniş etməklə, borcun qalan hissəsini 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 01 dekabr 2022-ci il tarixli, 69 993 saylı nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 01 dekabr 2022-ci il tarixli, 69 993 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 1 806 manat təşkiledir
İş materialları :
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 69 993 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “P/yuy.Sam.WW10T54CBX.Soft Coton 1.6 x2, Çaynik Bosch TWK4P439” adlı mal verilməsi, cavabdeh tərəfindən müqaviənin İİİ bəndində göstərilən formada ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2022-ci il tarixli, 69 993 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh ilkin ödəniş 150 manat olmaqla, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 01-dən gec olmayaraq 24 ay müddətində hər ay 98 manat olmaqla, cəmi 2512 manat ödəniş etməlidir.
5. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 69 993 saylı nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borc məbləği 1806 manat təşkil edir.
6. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-cü il tarixli, 140 nömrəli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Nəticədə, xx.xx.2025-ci il tarixinə 1806 manat borcu yaranmışdır. 3 iş günü müddətində yuxarıda göstərilən məbləği ödəməsi, əks təqdirdə müqavilənin şərtlərinə əsasən həmin borcun tərəfindən ödənilməsi üçün qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir.
7. xx.xx.2025-ci il tarixli, **********62 nömrəli mədaxil qəbzindən görünür ki,iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq :
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;
Məhkəmənin mövqeyi :
9. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir.
10. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən tərəflər öz aralarındakı saziş ilə ərazi aidiyyətini dəyişdirə bilərlər. Bu zaman ərazi aidiyyətinin dəyişdirilməsinə dair Saziş yazılı şəkildə ifadə olunmalıdır.
11. Hazırki mülki iş üzrə işin faktiki halı ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh ilə xx.xx.2022-ci il tarixli, 69 993 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır.
12. Həmin alqı-satqı müqavilənin 5.4-cü maddəsinə əsasən bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməklə həll edilir.
13. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sorğu məlumatlarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.
14. Cavabdeh Nizami rayonu ərazisində qeydiyyat da olsa da, hazırda tərəflər arasında bağlanılmış müqavilədə yaranmış mübahisələrin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində həll edilməsinə dair tərəflər arasında qarşılıqlı razılıq əldə olunmuşdur.
15. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilədə həmin müqavilədən yaranacaq mübahisələrə hansı məhkəmədə baxılmasına dair razılıq əldə olunduğundan mülki iş müqavilə aidiyyəti qaydalarına uyğun olaraq ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməlidir.
Nəticə :
16. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair e-2(007)-2537/2025 saylı kiçik iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva