Məhkəmə qərarları › İş №e-2(007)-2564/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2564/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2564/2023 15.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "sığorta ödənişinin subroqasiya qaydasında tutulması" tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "sığorta ödənişinin subroqasiya qaydasında tutulması" tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 225,72 (iki yüz iyirmi beş manat, yetmiş iki qəpik) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0,4 (qırx) manat xidmət haqqının, cəmi 256,12 (iki yüz əlli altı manat, on iki qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 məxsus olan və Cavabdeh1 idarə etdiyi, "xxxx" ASC-də icbari sığorta” qaydasında sığortalanmış **-HG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid) minik” markalı avtomobil və X1 idarə etdiyi, **-SY-*** dövlət nömrə nişanlı “Nissan-Tiida minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və AR İXM-nin 327.2 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023cü il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 77-HG764 dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid) minik” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış” (Forma 4) dan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 məxsus olan və Cavabdeh1 idarə etdiyi, "xxxx" ASC-də icbari sığorta” qaydasında sığortalanmış **-HG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid) minik” markalı avtomobil və X1 idarə etdiyi, **-SY-*** dövlət nömrə nişanlı “NİSSAN-TİİDA minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və AR İXM-in 327.2 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin qiymətləndirmə hesabatından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-SY-*** dövlət nömrə nişanlı “Nissan-Tiida minik” markalı avtomobilə dəymiş zərər 200 (iki yüz) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin ödəniş aktından müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində **- SY-*** dövlət nömrə nişanlı “Nissan-Tiida minik” markalı avtomobilə dəymiş zərərə görə 200 (iki yüz) manat məbləğində pul zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, vurulmuş zərərə görə 225,72 (iki yüz iyirmi beş manat, yetmiş iki qəpik) manat məbləğində pulun ödənilməsi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC qarşısında irəli sürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S- 23/1147 saylı və xx.xx.2023-cü il tarixli, BS-S-23/1693 saylı geriyə tələb məktublarınndan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində **-SY-*** dövlət nömrə nişanlı “Nissan- Tiida minik” markalı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC-yə ödənilməli olan 225,72 (iki yüz iyirmi beş manat, yetmiş iki qəpik) manat məbləğində pulun ASC-yə ödənilməsi cavabdehlərdən tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş Sığortalı X2 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış icbari sığorta müqaviləsindən görünür ki, müqavilə 12 ay müddətinə bağlanmış və **-HG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” minik markalı avtomobil icbari sığorta olunmuşdur. - İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixində saat 15:50-də nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması, yol hərəkət qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsü olaraq yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. İşə əlavə olunmuş "xxxx" ASC-nin “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı” xx.xx.2023-cü il tarixli ödəniş aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-SY-*** dövlət nömrə nişanlı “Nissan-Tiida” minik markalı avtomobilə dəymiş zərərə görə 200 (iki yüz) manat məbləğində pul zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən ödənilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli yekunaktın surətindən görünür ki, **-SY-*** dövlət nömrə nişanlı “Nissan-Tiida” minik markalı avtomobilə ümumiilikdə 200 manat zərər dəymişdir. İşə əlavə olunmuş Bakı şəhəri BPİ X4 İdarəsinin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15:50-də yolnəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh1 hadisə baş verdiyi an idarə etdiyi **-HG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” minik markalı avtomobil ilə yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmiş və hadisə yerindən qaçmışdır. İşə əlavə olunmuş iştirakçının subroqasiya tələblərinin reyestrindən görünürki, vurulmuş zərərə görə 225,72 (iki yüz iyirmi beş manat, yetmiş iki qəpik) manat məbləğində pulun ödənilməsi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC qarşısında irəli sürülmüşdür. İşə əlavə olunmuş Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 idarə etdiyi Cavabdeh2 məxsus **-HG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” minik markalı avtomobillə hərəkət edərkən **-SY-*** dövlət nömrə nişanlı “Nissan-Tiida” minik markalı avtomobillə toqquşmuşdur. Daha sonra Cavabdeh1 hadisə yerindən qaçmışdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması inzibati tənbeh vermə haqqında Protokolda öz əksini tapmışdır. Yekun Akta əsasən **-SY-*** dövlət nömrə nişanlı “Nissan-Tiida” minik markalı avtomobilə 200 manat ziyan dəymiş və həmin zərər "xxxx"xxxx"xxxx" ASC 225,72 manat məbləği "xxxx" ASC-dən tələb etmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-yə dəymiş və ödənilməmiş 225,72 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Hazırkı işdə Cavabdeh1 iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Cavabdeh1 **-HG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” minik markalı avtomobil ilə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq **-SY-*** dövlət nömrə nişanlı “Nissan-Tiida” minik markalı avtomobilə zərər vurması, hadisə yerindən yayınması işin mübahisəsiz hallarıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi, mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı təqsirli bilinən sürücü Cavabdeh1 inzibati xəta törətdiyinə və hadisə yerindən qaçdığına görə, sığorta ödənişi vermiş sığortaçı "xxxx" ASC-nin sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Belə olan halda, nəqliyyat vasitəsini idarə etmiş Cavabdeh1 və həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 qarşı iddiaçının subroqasiya tələbi əsaslıdır və subroqasiya tələbi onlara qarşı da yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 225,72 manat məbləğində sığorta ödənişi, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 225,72 manat məbləğində sığorta ödənişi, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar