Məhkəmə qərarları › İş №e-2(007)-2568/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2568/2022

23.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2568/2022 23.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X7 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Siyasət qızının cavabdehlər Cavabdeh4 Siyasət oğluna,Cavabdeh1,Cavabdeh2, Cavabdeh3,3-cü şəxs 15 saylı Notariat ofisinə qarşı miras əmlakın bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Siyasət qızı cavabdehlər Cavabdeh4 Siyasət oğluna, Cavabdeh1,Cavabdeh2, Cavabdeh3, 3-cü şəxs 15 saylı Notariat ofisinə qarşı miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdr. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, atası X3 adına “Bakı Elektrikavtomat”ı Səhmdar Cəmiyyətinin (hazırda "Bakı Elektrik Avtomatları” ASC) səhmlərinə güzəştli satışda iştirak etmək üçün verdiyi sifarişi və təqdim etdiyi 12 (on iki) ədəd özəlləşdirmə çeki mövcuddur. Miras qalmış həmin özəlləşdirmə çeklərinin vərəsə olaraq mirası qəbul etmək üçün Bakı şəhəri 15 saylı Notariat Ofisinə müraciət etmişlər. Müraciətlərinə cavab olaraq hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 15 saylı Notariat Ofisi mərhum X3 adına açılan mirasın qəbul müddətinin ötürüldüyünü bildirib və vərəsəliyin qəbul müddətinin bərpası üçün məhkəməyə müraciət etməyi tövisyyə edilib.İş materiallarından göründüyü kimi, mərhum X5 27 dekabr 2004-cü ildə rəhmətə gedib. Onun adına “Bakı Elektrikavtomaf’ı səhmdar Cəmiyyətinin səhmlərinə güzəştli satışda iştirak etmək üçün verdiyi sifarişi və təqdim etdiyi 12 (on iki) ədəd özəlləşdirmə çeki miras qalıb. Həmin miras əmlakı barədə əvvəllər hər iki tərəf notariat orqanına müraciət etməyiblər. Yalnız 16 iyun 2022-ci il tarixində Bakı şəhəri 15 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişlər. Bakı şəhəri 15 saylı Notariat Ofisinin 26 iyun 2022-ci il tarixli 797 saylı məktubuna əsasən X3 adına açılan vərəsəliyin qəbul müddətinin ötürülməsi bildirilmiş və vərəsəliyin qəbul müddətinin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə edilib.Göstərilənlərə əsasən X3 adına “Bakı Elektrikavtomaf” səhmdar Cəmiyyətinin səhmlərinə güzəştli satışda iştirak etmək üçün verdiyi sifarişi və təqdim etdiyi 12 (on iki) ədəd özəlləşdirmə çeki barəsində iddiaçnın qanun üzrə vərəsə olaraq miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh4 Siyasət oğlu, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3,3-cü şəxs 15 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: ünvan ünvanlanmış 26 iyun 2022-ci il tarixli məktubda qeyd olunur ki, “Sizin xx.xx.2022-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş, X2 adına açılmış vərəsəliyin qəbul müddətini ötürmüsünüz.Vərəsəliyin qəbul müddətinin bərpası üçün məhkəməyə müraciət edə bilərsiniz” “Bakı Elektrikavtomat”ı Səhmdar Cəmiyyətindən (hazırda "Bakı Elektrik Avtomatları” ASC) verilmiş və notarial qaydada təsdiqlənmiş 23 yanvar 2002-ci il tarixli qəbzin məzmunundan görünür ki, X5 tərəfindən səhmdar cəmiyyətin səhmlərinə güzəştli satışda iştirak etmək üçün verdiyi sifariş və təqdim etdiyi 12 (on iki)ədəd qəbz qəbul olunmuşdur. Cavabdeh4 Siyasət oğlu, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrıayrılıqda notariat ofisinə ünvanlanmış və notarial qaydada təsdiq olunmuş ərizələrdə qeyd olunmuşdur ki, “ataları X3 xx.xx.2004-cü il tarixdə vəfatı ilə əlaqədar irs qalmış mirası (yşayış evini, mənzili, qeyri-yaşayış, torpaq sahələrini, əmanətləri və s.) qəbul etməmişlər, qəbul edilməsi ilə barədə ərizəylə müraciət etməmişlər və gələcəkdə də etmək niyyətləri yoxdur” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İşin hallarından görünür ki,mirasqoyan X4 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Miras qoyanın“Bakı Elektrikavtomat”ı Səhmdar Cəmiyyətində 12(on iki)ədəd səhmi miras qalmışdır. İddiaçı Siyasət qızı onun övladı olmaqla qanun üzrə vərəsədir.Digər vərəsələr mirasın İddiaçı Siyasətqızı tərəfindən qəbul olunamasına etiraz etməmişlər və bu barədə notariat ofisinə rəsmi ərizə ilə müracət etmişlər. Buna baxmayaraq notariat ofisi müddətin qəbul olunması müddətinin ötürülməsini əsas götürərək İddiaçı Siyasət qızına vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir.Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinin tələblərinə ziddir. Məhkəmə digər vərəəsələrin mirasın iddiaçı tərəfindən qəbul olunmasına etiraz etmədiklərini nəzərə alaraq edir ki,iddia təmin olunmaqla mirasın qəbulu müddəti iddiaçıya münasibətdə uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2004-cü il tarixdə vəfat etmiş X1 qalmış mirasın qəbulu müddəti onun vərəsəsi İddiaçı Siyasət qızına münasibətdə uzadılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar