Məhkəmə qərarları › İş №e-2(007)-2587/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2587/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2587/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh Tərəflər arasında bağlanmış müqavilələr:

1. xx.xx.2020-ci il tarixli müqavilə (İMEİ kodu **********47680 olan “İphone 11” markalı telefon)

2. xx.xx.2021-ci il tarixli müqavilə (İMEİ kodu **********82105 olan “Samsung Galaxy A72” markalı telefon) Müqavilənin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ:

1. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1244,7 manat əsas borc, 124 manat cərimə.

2. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 871,3 manat əsas borc, 87 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 2327 manat borc və 43,27 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 421.2-ci, 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə arasında bağlanılmış xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavillələr üzrə "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Məhkəmə iddianı əsas borc və dövlət rüsumunun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİM:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1244,7 manat əsas borc, 85 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 871,3 manat əsas borc, 60 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2261 manat vəsait və ödənilmiş 43,27 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar