Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-266/2025 10.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Heydər Əliyev Adına X6 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (özbaşına tikili, qanunsuz tikilinin sökülməsi, mühafizə zonası və s.) X8 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abdulova Lalə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Heydər Əliyev Adına X6 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X10 Cavabdeh qarşı “tikilinin özbaşına tikili hesab edilməsi və sökülərək «Mühafizə Zonası»ndan çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, ev 43 ünvanında X7 məxsus neft məhsulu nəql olunan Dş-250 mm neft boru kəmərindən 43 metr aralı məsafədə “Mühafizə Zonası”nda vətəndaş Cavabdeh tərəfindən 14X6X4 metr ölçülərdə dam örtüyü vurularaq tamamlanmış fərdi yaşayış evinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin fərdi yaşayış evinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X10 Cavabdeh qarşı “tikilinin özbaşına tikili hesab edilməsi və sökülərək «Mühafizə Zonası»ndan çıxarılması” barədə, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında X7 məxsus neft məhsulu nəql olunan Dş-250 mm neft boru kəmərindən 43,6 metr aralı məsafədə “Mühafizə Zonası”nda vətəndaş Cavabdeh tərəfindən 14X6X4 metr ölçülərdə dam örtüyü vurularaq tamamlanmış fərdi yaşayış evinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin fərdi yaşayış evinin sökülməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən daxil olmuş məlumat əsasında Heydər Əliyev adına X10 (NEZ) üzrə verilmiş əmrə əsasən yaradılmış daimi fəlaiyyət göstərən komissiyanın işçi qrupunun üzvlərinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, ev 43 ünvanında özbaşına tikinti işləri aparılan əraziyə baxış keçirilmişdir. Baxış zamanı Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, ev 43 ünvanında NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-250 mm neft boru kəmərindən 43 metr aralı məsafədə “Mühafizə Zonası”nda vətəndaş Cavabdeh tərəfindən 14X6X4 metr ölçülərdə dam örtüyü vurularaq tamamlanmış fərdi yaşayış evinin inşa olunması faktı müəyyən olunmuşdur. Bundan başqa həmin ərazidən Dş-250 mm neft boru kəmərinə paralel Dş 250 mm-lik (3 ədəd), Dş- 200 mm-lik, Dş-300 mm-lik və Dş-500 mm-lik neft məhsulları nəql olunan boru kəmərləri keçir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X6 nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında bildirmişdir ki, “Socar”ın Təhlükəsizlik idarəsindən gələn məlumata əsasən həmin ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, Mühafizə zonasından 43 metr aralı məsafədə fərdi yaşayış evi inşa edilir. Məhkəmə baxış iclasında iddianı müdafiə edib, həm ekspert rəyində, həm də mütəxəssis rəyində göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, o, həmin ünvanda 2002-ci ildən yaşayır. Evi hazır formada almışdır. 43 nömrəli evdə onun valideynləri yaşayır. O orada qeydiyyatda olsa da, 43B nömrəli evdə yaşayır. Bu evlərin yeni tikilmiş evlər deyil, onun köhnə evidir. O mansard düzəltdiyi zaman, onlar gəlib bunu görmüşlər. İcra Hakimiyyətindən gəlmiş və mansard artırmağa icazə verməmişlər. Onlar təzə kərpicləri görmüş və hesab etmişlər ki, ev təzə tikilidir. Mühafizə zolağına onun evindən də yaxın evlər var. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsini xahiş etdi. İş materialları: İş materiallarında olan və məhkəmə araşdırması zamanı təqdiq edilmiş: Əraziyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, SOCAR Downstream Management MMC üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 14-2-27/3-1İ-68/2024 saylı əmrə əsasən yaradılmış komissiyanın işçi qrupunun üzvləri SDM-in, Təhlükəsizlik xidmətinə nəzarət üzrə aparıcı mütəxəssisi Səid Məmmədov, Layihələr üzrə böyük mühəndisi Suliddin Məmmədəliyev, İstehsalat üzrə mühəndisi Süleyman Əliyev tərəfindən Heydər Əliyev adına X9 neft məhsulları nəql olunan kəmərlərinin mühafizə zolağında Nizami rayonu, Qafqaz küçəsi, ev 43 ünvanında Mühafizə Zonasının 43 metr aralı məsafədə hasarın daxilində 14x6x4 ölçüdə dam örtüyü vurularaq tamamlanmış fərdi yaşayış evinin inşa olunması aşkar edilmişdir. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Heydər Əliyev adına X4 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm (dizel yanacağı) və Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm (quru qaz), Dş-250 mm (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Heydər Əliyev adına X6 müraciətinə Nizami Rayon İcra Hakimiyyətinin cavab məktubundan görünür ki, Rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə daha öncə keçirilən monitorinq zamanı qeyd olunan ünvanda Cavabdeh tərəfindən müvafiq icazə sənədləri olmadan tikinti işlərinin aparıldığı müəyyən olunaraq barəsində xx.xx.2024-cü il tarixli Akt tərtib olunmuşdur. Qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikiti X2 Agentliyinə müvafiq məktubla müraciət olunmuş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə xx.xx.2024-cü il tarixli məktubla məlumat verilmiş və aparılan qanunsuz tikinti işlərinin dərhal dayandırılması barədə vətəndaş Cavabdeh müvafiq xəbərdarlıq olunmuşdur. İş materiallarına tikintinin fotoşəkilləri, akt, xəbərdarlıq, arayış, abonent saldosu əlavə edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, torpaq sahəsində yerləşən fərdi yaşayış evi birmərtəbəlidir. Fərdi yaşayış evindən 43.6 metr aralı məsafədə müxtəlif diametrli neft kəmərləri keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi bütovlükdə neft kəmərinin mühafizə zolağında yerləşir. Məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/3426 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, ev 43 ünvanında təqdim olunan Cavabdeh istifadəsində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi birmərtəbəlidir. Fərdi yaşayış evindən 43.6 metr aralı məsafədə müxtəlif diametrli neft kəmərləri keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi bütovlükdə neft kəmərinin mühafizə zolağında yerləşir. xx.xx.2024-cü il tarixli dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli köçürmə aparılması haqqında bildirişdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün ümumilikdə 95 manat pul vəsaiti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin hesabına ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 4-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir; 22-ci maddəsinin 2-ci bəndinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır; 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 saylı Qərarının 4.1ci bəndinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Bundan başqa, X3rşı işi üzrə qərarının 54-cü paraqrafında Avropa İnsan Hüquqları Məhkəməsi “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulduğu kimi, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı potensial riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir (Paul və Audrey Edwards, paraqraf 54, 2000-Vİİ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin sahibliyində olan qanunsuz tikili dövlətin müstəsna mülkiyyətində olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X7 məxsus neft boru kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində və tikinti işləri qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına inşa edildiyinə, neft boru kəmərlərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyinə, cavabdehin özünün, ətrafdakı insanların sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığına görə özbaşına tikili hesab edilməli, cavabdeh həmin tikilidən çıxarılmalı və tikili cavabdehin hesabına sökülməlidir. Məhkəm xərcləri: Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı isə tələb etdiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa mühəndis-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş 95 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən neft boru kəmərinin mühafizə zonasının 43.6 metrliyində Cavabdeh tərəfindən inşa edilmiş 14x6x4 metr ölçülərdə dam örtüyü vurularaq tamamlanmış fərdi yaşayış evi özbaşına (qanunsuz) tikili hesab edilsin. ünvan 2 ünvanında yerləşən neft boru kəmərinin mühafizə zonasının 43.6 metrliyində Cavabdeh tərəfindən inşa edilmiş 14x6x4 metr ölçülərdə dam örtüyü vurularaq tamamlanmış fərdi yaşayış evi Cavabdeh vəsaiti hesabına sökülsün və “Mühafizə zonası”ndan çıxarılsın. Cavabdeh məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-266/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-266/2025
10.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver