Məhkəmə qərarları › İş №e-2(007)-2661/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2661/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2661/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat: 1. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli № ********* saylı, Müqavilə məbləği: 1487.99 AZN, Müqavilənin aylıq ödənişi, müddəti: 124.00 AZN 12 ay. Müqavilə üzrə cavabdeh tərəfində əldə İphone markalı telefon. Son ödəniş məbləği və tarixi: 124.00 AZN xx.xx.2023. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 369.90 AZN. Gecikdirilmiş günlərə görə hesablanan 1109.00 AZN cərimə məbləği: Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin l(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə:110.90 AZN. Tutulmalı olan cəmi məbləğ: 480.80 AZN. 2. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-cü il tarixli № ********* saylı. Müqavilə məbləği: 749.49 AZN. Müqavilənin aylıq ödənişi, müddəti: 63.00 AZN 12 ay. Müqavilə üzrə cavabdeh tərəfində əldə HONOR markalı telefon edilən məhsul(lar): Son ödəniş məbləği və tarixi: 0.00 AZN. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 749.40 AZN. Gecikdirilmiş günlərə görə hesablanan 2248.00 AZN. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 224.80 AZN. Tutulmalı olan cəmi məbləğ: 974.20 AZN. 3. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-cü il tarixli № ********* saylı. Müqavilə məbləği: 179.49 AZN. Müqavilənin aylıq ödənişi, müddəti: 63.00 AZN 12 ay. Müqavilə üzrə cavabdeh tərəfində əldə HONOR markalı telefon edilən məhsul(lar): Son ödəniş məbləği və tarixi: 0.00 AZN. Ödənilməmiş əsas borc məbləği: 749.40 AZN. Gecikdirilmiş günlərə görə hesablanan 2248.00 AZN. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 224.80 AZN. Tutulmalı olan cəmi məbləğ: 974.20 AZN. 4. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli № ********* saylı. Müqavilə məbləği: 1259.98 AZN. Müqavilənin aylıq ödənişi, müddəti: 105 AZN 12 ay. Müqavilə üzrə cavabdeh tərəfində əldə Nothing Phone markalı telefon və 1 aksesuar edilən məhsul(lar): Son ödəniş məbləği və tarixi: 105 AZN, xx.xx.2023. Ödənilməmiş əsas borc məbləği: 419.90 AZN. Gecikdirilmiş günlərə görə hesablanan 1259.00 AZN. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 125.90 AZN. Tutulmalı olan cəmi məbləğ: 545.80 AZN. 5. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-cü il tarixli № ********* saylı. Müqavilə məbləği: 749.99 AZN. Müqavilənin aylıq ödənişi, müddəti: 63.00 AZN 12 ay. Müqavilə üzrə cavabdeh tərəfində əldə HONOR markalı telefon edilən məhsul(lar): Son ödəniş məbləği və tarixi: 0.00 AZN. Ödənilməmiş əsas borc məbləği: 749.99 AZN. Gecikdirilmiş günlərə görə hesablanan 2249.90 AZN. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 224.90 AZN. Tutulmalı olan cəmi məbləğ: 974.80 AZN. 6. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli № ********* saylı. Müqavilə məbləği: 1949.99 AZN. Müqavilənin aylıq ödənişi, müddəti: 163.00 AZN 12 ay. Müqavilə üzrə cavabdeh tərəfində əldə İphone markalı telefon edilən məhsul(lar): Son ödəniş məbləği və tarixi: 24.40 AZN, xx.xx.2024. Ödənilməmiş əsas borc məbləği: 784.50 AZN. Gecikdirilmiş günlərə görə hesablanan 2353.00 AZN. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 235.30 AZN. Tutulmalı olan cəmi məbləğ: 1019.80 AZN. 7. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli № ********* saylı. Müqavilə məbləği: 349.99 AZN. Müqavilənin aylıq ödənişi, müddəti: 30 AZN 12 ay. Müqavilə üzrə cavabdeh tərəfində əldə HONOR markalı telefon edilən məhsul(lar): Son ödəniş məbləği və tarixi: 30 AZN, xx.xx.2024. Ödənilməmiş əsas borc məbləği: 19.10 AZN. Gecikdirilmiş günlərə görə hesablanan 57 AZN. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 5.70 AZN. Tutulmalı olan cəmi məbləğ: 24.80 AZN. 8. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli № ********* saylı. Müqavilə məbləği: 635.99 AZN. Müqavilənin aylıq ödənişi, müddəti: 36.00 AZN 12 ay. Müqavilə üzrə cavabdeh tərəfində əldə Xiaomi markalı telefon edilən məhsul(lar): Son ödəniş məbləği və tarixi: 36 AZN, xx.xx.2024. Ödənilməmiş əsas borc məbləği: 275.90 AZN. Gecikdirilmiş günlərə görə hesablanan 827 AZN. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 82.70 AZN. Tutulmalı olan cəmi məbləğ: 358.60 AZN. Göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 369.9 AZN əsas 110.9 AZN cərimə cəmi 480.8 AZN borc, 11.01,2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.4 AZN əsas 224.8 AZN cərimə cəmi 974.2 AZN borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 749.4 AZN əsas, 224.8 AZN cərimə, cəmi 974.2 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 419.9 AZN əsas, 125.9 AZN cərimə, cəmi 545.8 AZN borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.9 AZN əsas, 224.9 AZN cərimə, cəmi 974.8 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 784.5 AZN əsas. 235.3 AZN cərimə, cəmi 1019.8 AZN borc, xx.xx.2023cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 19.1 AZN əsas, 5.7 AZN cərimə, cəmi 24.8 AZN borc, xx.xx.2023- cü il tarixli № 01 ******* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 275.9 AZN əsas, 82.7 AZN cərimə, cəmi 358.6 AZN borc, ümumilikdə səkkiz müqavilə üzrə 4118 AZN əsas, 1235 AZN cərimə, 5353 AZN cəmi borcun və 73.53 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə ərizə verərək, iddianın təmin ediməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş çatdırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı tərəfindən məhkəməyə müddətli (nisyə) alqı-satqı müqavilələri, Müddətli nisyə alqı-satqı müqavilələrinin 1(bir) saylı əlavələri, ödəniş cədvəlləri, müştəri müraciəti üzrə Ərizə-Anket və Maliyyə arayışları iddia tələbinin əsaslandığı hallar qismində sübut kimi təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən Cavabdeh iddiaçıdan mallar (əşyalar) almışdır. Cavabdeh Əlizadə X1 nəzərdə tutulmuş müddətlərdə, Müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, Müqavilələrin bağlandığı tarixlərdə də Müqavilələrin predmeti olan əşyaları İddiaçı MMC-dən təhvil almışdır. Lakin Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-Cavabdeh müqavilələr üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-Cavabdeh müqavilələr üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə tutulacaq olan dəbbə pulu məbləğlərinə münasibətdə isə qeyd edir ki, tələb olunan dəbbə pulu məbləğləri tələb olunan əsas borc məbləğlərinə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılmalı, iddia həmin hissələrdə qismən təmin edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 369.9 AZN əsas, 25.89 AZN cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.4 AZN əsas, 52.45 AZN cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.4 AZN əsas, 52.45 AZN cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 419.9 AZN əsas, 29.39 AZN cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.9 AZN əsas, 52.49 AZN cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 784.5 AZN əsas, 54.91 AZN cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 19.1 AZN əsas, 1.33 AZN cərimə, xx.xx.2023- cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 275.9 AZN əsas, 19.31 AZN cərimə və 53.53 AZN ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 369.9 AZN əsas, 25.89 AZN cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.4 AZN əsas, 52.45 AZN cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.4 AZN əsas, 52.45 AZN cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 419.9 AZN əsas, 29.39 AZN cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.9 AZN əsas, 52.49 AZN cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 784.5 AZN əsas, 54.91 AZN cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 19.1 AZN əsas, 1.33 AZN cərimə, xx.xx.2023- cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 275.9 AZN əsas, 19.31 AZN cərimə və 53.53 AZN ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar