Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2674/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:
1. xx.xx.2024-cü il tarixli, 12088875 saylı müqavilə (İMEİ kodu **********76030 olan iPHONE 15 PRO MAX markalı telefon, Apple Adapter).
2. xx.xx.2024-cü il tarixli, 11235621 saylı müqavilə (İMEİ kodu **********02365 olan Samsung Galaxy A24 markalı telefon).
Müqavilələrin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ:
1. xx.xx.2024-cü il tarixli, 12088875 saylı müqavilə üzrə 3447,9 manat əsas borc, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 344,79 manat cərimə.
2. xx.xx.2024-cü il tarixli, 11235621 saylı müqavilə üzrə 486 manat əsas borc, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 48,60 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 4374,49 manat borc və 63,75 manat dövlət rüsumu. Sübutlar: Alqı-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.
Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 12088875 saylı müqavilə üzrə 3447,9 manat əsas borc, 170 manat cərimə, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, xx.xx.2024-cü il tarixli, 11235621 saylı müqavilə üzrə 486 manat əsas borc, 24 manat cərimə borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu olmaqla, ümumilikdə 4175,1 manat vəsait və ödənilmiş 60,8 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 2,95 manatı İddiaçı MMCyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Qumru Əliyeva