Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2697/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin xitamı, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının, cərimə borcunun ödənilməsi və lizinq predmeti” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin xitamı, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının, cərimə borcunun ödənilməsi və lizinq predmeti” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış 07 avqust 2024-cü il tarixli, 129/23/1 saylı Daxili Lizinq müqaviləsinə xitam verilməsi, lizinq verən İddiaçı ASC-nin mülkiyyətində olan və Lizinq alanın qanunsuz və əsassız istifadəsində olan “BMW 528i” minik markalı, ** AV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Lizinq alan Cavabdeh alınaraq, Lizinq verənə təhvil verilməsi, Lizinq alandan 07 avqust 2024-cü il tarixli, 129/23/1 saylı Daxili Lizinq müqaviləsi üzrə üzrə 3173.52 manat əsas borc, 825.61 manat lizinq mükafatı, 279.97 manat cərimə borcu olmaqla, cəmi 4279.1 manat borcun və 63 manat dövlət rüsumunun əvəzinin Cavabdeh birgə qaydada tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :
150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. “Dövlət rüsumu haqqında” Qanun : 8.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2 iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
5. Belə ki, mülki işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hazırki ərizə ilə məhkəməyə müraciət edilən zaman mülki prosessual qanunvericiliyin məhkəmə aidiyyatı qaydalarına riayət edilməmişdir. Həmçinin qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməmişdir.
6. İşin mübahsiəsiz halı odur ki, hazırki mülki iş üzrə mübahisənin subyekt tərkibi, predmeti və hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır.
7. İddiaçı isə hazırki ərizə ilə məhkəməyə müraciət edən zaman cavabdeh ilə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli, 129/23/1 saylı “Daxili maliyyə lizinqi müqaviləsinin 24.4-cü bəndinə, yəni cavabdeh ilə aralarında yaranmış mübahisəyə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılması ilə bağlı razılığa gəlməsinə istinad etməklə hazırki ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir.
8. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə müqavilə aidiyyəti qaydası, yəni tərəflər arasında saziş bağlanılmaqla işə hansı məhkəmədə baxılması ilə bağlı razılıq əldə edilməsi qaydası yalnız ərazi aidiyyəti ilə bağlı müəyyən edilmişdir. Qanunvericilikdə tərəflər arasında saziş bağlanılmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi ilə bağlı norma, qayda müəyyən edilməmişdir.
9. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin müqavilə aidiyyətini tənzimləyən 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə ərazi aidiyyətini dəyişdirə bilərlər
10. Göründüyü kimi qanunvericilik mülki proses iştirakçılarına mübahisə üzrə ərazi aidiyyətinin tərəflər arasında yazılı şəkildə bağlanılmış saziş əsasında dəyişdirilməsini imkanını tanısa da, məhkəmə aidiyyətinin dəyişdirilməsi imkanını tanımamışdır.
11. Hazırki halda tərəflər arasında bağlanılmış sazişin müvafiq şərti etibarlı bir şərt kimi qiymətləndirilə bilməz.
12. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********52 nömrəli mədaxil qəbzinin “Elektron Məhkəmə Sistemi” vasitəsi ilə sorğulanması zamanı müəyyən edilmişdir ki, həmin mədaxil qəbzi artıq e-2-2(113)-5083/2025 saylı mülki iş üzrə istifadə olunmuşdur.
Nəticə :
13. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir.
14. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264,268 maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin xitamı, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının, cərimə borcunun ödənilməsi və lizinq predmeti” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva
İş № 2(007)-2288/2024
PROTOKOL məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi
xx.xx.2024-cü il Bakı şəhəri
Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Starə Vidadil qızı İddiaçılar X1, X3, X2 iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq prosessual hərəkət etdim. Prosessual hərəkət saat 17:30-da başlandı. Prosessual hərəkət tərəflərin iştirakı olmadan keçirildi. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, qərardad qəbul etdim. Prosessual hərəkət saat 17:40-da qurtardı. Protokolu xx.xx.2024-cü il tarixdə tərtib etdim və imzaladım.
Hakim: Starə Əliyeva