Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2729/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:
1. xx.xx.2019-cü il tarixli 01142525 saylı müqaviləyə 01 saylı xx.xx.2021-ci il tarixli əlavə (İMEİ kodu **********511159 olan X1 10).
2. xx.xx.2020-ci il tarixli, 20009304 saylı müqaviləyə 01 saylı xx.xx.2021-ci il tarixli əlavə (HP kompüter) Müqavilələrin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ:
1. xx.xx.2019-cü il tarixli 01142525 saylı müqaviləyə 01 saylı xx.xx.2021-ci il tarixli əlavə üzrə 872,42 manat əsas borc, 87,58 manat cərimə.
2. xx.xx.2020-ci il tarixli, 20009304 saylı müqaviləyə 01 saylı xx.xx.2021-ci il tarixli əlavə üzrə 936,82 manat əsas borc, 93,18 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 1990 manat borc və 39,90 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.
Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cü il tarixli 01142525 saylı müqaviləyə 01 saylı xx.xx.2021-ci il tarixli əlavə üzrə 872,42 manat əsas borc, 61 manat cərimə, xx.xx.2020-ci il tarixli, 20009304 saylı müqaviləyə 01 saylı xx.xx.2021-ci il tarixli əlavə üzrə 936,82 manat əsas borc, 65 manat cərimə borcu olmaqla ümumilikdə 1935,24 manat vəsait və ödənilmiş 38,8 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 1,1 manat İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Qumru Əliyeva