Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2732/2025 07.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh yuxarıda təfərrüatları qeyd edilmiş borc müqaviləsinə (müqavilələrinə) əsasən 5278 (beş min iki yüz yetmiş səkkiz) manat əsas borc, 73 (yetmiş üç) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi olan 5351 (beş min üç yüz əlli bir) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :
284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi işə sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyi ilə əlaqədar icraata qəbul edilməkdən imtina edilməlidir.
6. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.
7. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsi iş materialları ilə birlikdə öyrənilərkən müəyyən edilmişdir ki, İddiaçı MMC Cavabdeh qarşı 5278 manat əsas borcun tutulması tələbini irəli sürmüşdür.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən iddianın qiyməti beş min manatdan az olduğu təqdirdə həmin işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Hazırda isə iddia ərizəsindən görünür ki, İddiaçı MMC cavabdehdən 5000 manat məbləğdən yuxarı 5278 manat məbləğində pul vəsaitinin tutulması tələbini irəli sürmüşdür.
9. Belə olan halda, mülki prosessual qanunvericiliyə əsasən iddiaçının cavabdehə qarşı olan tələbi bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.
Nəticə :
10. Beləliklə, məhkəmə qeyd edir ki, verilmiş tələb MPM-nin 284-1-ci maddəsinin tələblərinə uyğun olmadığından İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir.
11. Həmçinin, iddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə iddia icraatı qaydasında iddia ilə müraciət edə bilər.
12. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 73 (yetmiş üç) manat məbləğində dövlət rüsumu (ödəyici: İddiaçı MMC VÖEN:**********, qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu:14221102; tarix:xx.xx.2025, saat:18:33:24) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada təqdim olunsun. Ödənilmiş 73 (yetmiş üç) manat məbləğində dövlət rüsumu (ödəyici: İddiaçı MMC VÖEN:**********, qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu:14221102; tarix:xx.xx.2025, saat:18:33:24) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.
Hakim Starə Əliyeva İş № 2(007)-3609/2023
PROTOKOL məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi
01 dekabr 2023-cü il Bakı şəhəri Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Starə Vidadil qızı
İddiaçı "xxxx" MMC-nin iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq prosessual hərəkət etdim. Prosessual hərəkət saat 17:30-da başlandı. Prosessual hərəkət tərəflərin iştirakı olmadan keçirildi. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, qərardad qəbul etdim. Prosessual hərəkət saat 17:40-da qurtardı. Protokolu 01 dekabr 2023-cü il tarixdə tərtib etdim və imzaladım.
Hakim: Starə Əliyeva