Məhkəmə qərarları › İş №e-2(007)-2752/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2752/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2752/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Samsung 25w Compact Charger”, “X1 3 İl Xidməti”, “Paket XL” xidməti, İmei kodu **********60327 “Samsung Galaxy A25” markalı telefon üçün 764.59 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, 76.46 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, “X1 3 İl” xidməti, “Ütü Tefal” üçün 271.70 manat ödənilməmiş hissə, 27.17 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Zəmanət + 3 İl xidməti”, “Paltaryuyan LG” üçün 27.40 manat ödənilməmiş hissə, 2.74 manat cərimə olmaqla, ümumilikdə 1193.66 manat borc və 31.94 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2022-cü il tarixli müqavilələrə əsasən, “Samsung 25W Compact Charger”, X1 3 İl xidməti, Paket XL xidməti, İmei Kodu **********60327 “Samsung Galaxy A25” markalı telefon, X1 3 İl xidməti, Ütü Tefal , Zəmanət + 3 İl xidməti, “Paltaryuyan LG” almış və nəticədə 1193.66 (min yüz doxsan üç manat, 66 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1043.55 (min qırx üç manat, 55 qəpik) manat (15 ay x 69.57 manat + 0 manat ilkin ödəniş) olan Samsung 25W Compact Charger, X1 3 İl xidməti, Paket XL xidməti, İmei Kodu **********60327 “Samsung Galaxy A25” markalı telefon üçün ümumilikdə, 864.65 (səkkiz yüz altmış dörd manat, 65 qəpik) manat olmaqla ondan, 764.59 (yeddi yüz altmış dörd manat, 59 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 76.46 (yetmişa ltı manat, 46 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 349.56 (üç yüz qırx doqquz manat, 56qəpik) manat (18 ay x 19.42 manat + 0 manat ilkin ödəniş) olan X1 3 İl xidməti, Ütü Tefal üçün ümumilikdə, 298.87 (iki yüz doxsan səkkiz manat, 87 qəpik) manat olmaqla ondan, 271.70 (iki yüz yetmiş bir manat, 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.17 (İyirmi yeddi manat, 17 qəpik) manat cərimə; xx.xx.2022cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1314 (min üç yüz on dörd) manat (24 ay x 54.75 manat + 0 manat ilkin ödəniş) olan Zəmanət + 3 İl xidməti, “Paltaryuyan LG” üçün ümumilikdə, 30.14 (otuz manat, 14 qəpik) manat olmaqla ondan, 27.40 (iyirmi yeddi manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2.74 (iki manat , 74 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1643.42 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2022-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aparılan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

İş materialları:

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cü il tarixli, 04073104 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kod 007RWGX3K727 olan “LG” markalı paltaryuyan, “Zəmanət + 3 İl”, xx.xx.2024-cü il tarixli, 03865939 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə “Samsung 25W Compact Charger”, “X1 3 İl Xidməti”, “Paket XL” xidməti, İmei kodu **********60327 “Samsung Galaxy A25” markalı telefon və xx.xx.2024-cü il tarixli, 03865938 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Tefal” markalı ütü və “X1 3 İl” xidməti vermək, cavabdeh tərəfindən isə müqavilələr üzrə hesablanmış borc məbləğlərini tam və vaxtında ödəmək öhdəsinə götürülmüşdür.

4. xx.xx.2022-ci il tarixli, 04073104 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş etmədən, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 10-dan gec olmayaraq 24 ay müddətində hər ay 54.75 manat olmaqla, cəmi 1314 manat, xx.xx.2024-cü il tarixli, 03865939 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş etmədən, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 28-31-dən gec olmayaraq 15 ay müddətində hər ay 69.57 manat olmaqla, cəmi 1043.48 manat və xx.xx.2024-cü il tarixli, 03865938 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş etmədən, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 28-31-dən gec olmayaraq 18 ay müddətində hər ay 19.42 manat olmaqla, cəmi 349.60 manat ödəniş etməlidir.

5. xx.xx.2022-cü il tarixli, 04073104 nömrəli, xx.xx.2024-cü il tarixli, 03865939 nömrəli və xx.xx.2024-cü il tarixli 03865938 nömrəli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2022-cü il tarixli, 04073104 nömrəli, xx.xx.2024-cü il tarixli, 03865939 nömrəli və xx.xx.2024-cü il tarixli 03865938 nömrəli müqavilələr üzrə əşyaları tam, qüsursuz təhvil almışdır.

6. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-cü il tarixli, 04073104 nömrəli müqavilə üzrə 27.40 manat əsas, 2.74 manat cərimə borcu olmaqla, cəmi 30.14 manat, xx.xx.2024-cü il tarixli, 03865939 nömrəli müqavilə üzrə 764.59 manat əsas, İnnovativ Layihələr Mərkəzi rüsumu 23.60 manat, 76.46 manat cərimə borcu olmaqla, cəmi 864.65 manat və xx.xx.2024-cü il tarixli, 03865938 nömrəli müqavilə üzrə 271.70 manat əsas, 27.17 manat cərimə borcu olmaqla, cəmi 298.87 manat, ümumilikdə 1193.66 manat borcu vardır.

7. İddiaçı MMC tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İmei kodu **********60327 “Samsung Galaxy A25” markalı telefonunun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.60 manat dövlət rüsumu ödənilmişdir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

9. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 31.94 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

10. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-cü il tarixli 04073104 nömrəli, xx.xx.2024-cü il tarixli, 03865939 nömrəli və xx.xx.2024-cü il tarixli 03865938 nömrəli alqısatqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borclarının yaranması işin mübahisəsiz hallarıdır.

11. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

12. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

Tətbiq edilən hüquq :

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi

600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi

Məhkəmənin mövqeyi :

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

16. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.

17. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).

18. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 04073104 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödəniş etmədən, cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 54.75 manat ödəmək şərti ilə ümumi dəyəri 1314 manat olan İmei kod 007RWGX3K727 olan “LG” markalı paltaryuyan, “Zəmanət + 3 İl”,, xx.xx.2024-ci il tarixli 03865939 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ilkin ödəniş etmədən, cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 69.57 manat ödəmək şərti ilə ümumi dəyəri 1043.48 manat olan “Samsung 25W Compact Charger”, “X1 3 İl Xidməti”, “Paket XL” xidməti, İmei kodu **********60327 “Samsung Galaxy A25” markalı telefon və xx.xx.2024-cü il tarixli 03865938 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli 03865938 nömrəli müqavilə üzrə ilkin ödəniş etmədən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hər ay 19.42 manat ödəmək şərti ilə ümumi dəyəri 349.60 manat olan “Tefal” markalı ütü və “X1 3 İl” xidməti satın almışdır.

19. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

20. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 04073104 nömrəli müqavilə üzrə 27.40 manat əsas, xx.xx.2024-cü il tarixli, 03865939 nömrəli müqavilə üzrə 764.59 manat əsas və xx.xx.2024-cü il tarixli, 03865938 nömrəli müqavilə üzrə 271.70 manat əsas borcu vardır.

21. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Belə olan halda məhkəmə Cavabdehnın bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2022-ci il tarixli 04073104 nömrəli müqavilə üzrə 27.40 manat, xx.xx.2024-cü il tarixli 03865939 nömrəli müqavilə üzrə 764.59 manat və xx.xx.2024-cü il tarixli 03865938 nömrəli müqavilə üzrə 271.70 manat pul vəsaitinin ödənilməsi tələbini əsaslı hesab edir.

23. Müqavilələrin 2.6-cı bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% (xx.xx.2022-ci il tarixli müqavilədə) və ya 1.2% (xx.xx.2024-ci il tarixli müqavilələrdə) həcmində penya ödəməyi öhdəsinə götürmüşdür.

24. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər(MM 462.1; 465.2m).

25. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinı uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

26. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.

27. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli 04073104 nömrəli müqavilə üzrə 2.74 manat təşkil edən cərimə məbləğinin 1 manat, xx.xx.2024-cü il tarixli 03865939 nömrəli müqavilə üzrə 76.46 manat təşkil edən cərimə məbləğini 10 manat və xx.xx.2024cü il tarixli 03865938 nömrəli müqavilə üzrə 27.17 manat təşkil edən cərimə məbləğinin 5 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

28. Həmçinin İddiaçı MMC Cavabdeh qarşı İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsumunun tutulmasını tələbini irəli sürmüş və tələbini müqavilənin 3.5-ci bəndinə istinad etməklə, cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində ona 23.6 manat məbləğində zərər dəyməsi ilə əsaslandırmışdır.

29. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03865939 nömrəli müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə biləcəyi, müqavilənin 3.5ci bəndinə əsasən isə müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.

30. Göründüyü kimi müqavilənin qeyd edilən bəndi iddiaçıya cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icra edilmədiyi təqdirdə öhdəliyin icrasını təmin etmək üçün əlavə tədbir görmək hüququ verir.

31. İddiaçı isə hazırda cavabdeh tərəfindən öhdəlik icra edilmədiyi üçün qeyd edilən hüququndan istifadə etdiyini bildirirək ona zərər dəydiyini iddia edir. Lakin iddiaçı tərəfindən məhkəməyə qeyd edilən hüququndan istifadə etməsinə dair mötəbər sübut təqdim edilməmişdir.

32. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müqavilə üzrə cavabdehin sahiblik və istifadəsinə verilmiş telefonun İMEİ kodunun deaktiv olunması ilə bağlı sübut təqdim etməlidir.

33. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı isə iddiaçı tərəfindən tərtib edilmiş bir sənəd olduğundan və iddiaçının istifadəsində olan mobil telefonun deaktiv olunmasını birbaşa təsdiq edən sənəd olmadığından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı zərər dəydiyini, dəymiş zərərin məbləğini və zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəydiyini sübut etmə öhdəliyi daşıyır. Odur ki, iddiaçının iddia tələbi qeyd edilən hissədə əsaslı hesab edilə bilməz.

34. Məhkəmə ümumiyyətlə müqavilənin qeyd edilən şərti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən alqı-satqı müqaviləsinin obyekti olan əşyanın dəyəri tam şəkildə ödənilənədək həmin əşyaya mülkiyyət hüququnun iddiaçıda saxlanılması cavabdehin müqavilə obyekti olan əşyaya sahiblik və istifadə hüququna bu şəkildə müdaxilə edilməsi əsası verməməlidir. Mülki qanunvericilikdə nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilmədiyi halda iddiaçının əşyanı geri tələb edilmək və ya dəyərinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə müqavilənin qeyd edilən şərtini mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna müdaxilə kimi qiymətləndirilməlidir.

Məhkəmə xərcləri:

35. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 31.94 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

36. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli xx.xx.2022-ci il tarixli, 04073104 nömrəli müqavilə üzrə 27.40 manat əsas, 1 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 03865939 nömrəli müqavilə üzrə 764.59 manat əsas, 10 manat cərimə və xx.xx.2024-cü il tarixli 03865938 nömrəli müqavilə üzrə 271.70 manat əsas, 5 manat cərimə borcu olmaqla, cəmi 1079.69 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

37. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31.94 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 04073104 nömrəli müqavilə üzrə 27.40 manat əsas, 1 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 03865939 nömrəli müqavilə üzrə 764.59 manat əsas, 10 manat cərimə və xx.xx.2024-cü il tarixli 03865938 nömrəli müqavilə üzrə 271.70 manat əsas, 5 manat cərimə borcu olmaqla, cəmi 1079.69 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31.94 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCnin hesabına ödənilsin. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar