Məhkəmə qərarları › İş №e-2(007)-2758/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2758/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2758/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, Xiaomi qulaqlıq üçün 36,75 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********29251 olan Xiaomi Mi A3 markalı telefon üçün 266,8 manat ödənilməmiş hissə, 26 manat cərimə, ümumilikdə 332,55 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, Xiaomi qulaqlıq, İMEİ kodu **********29251 olan Xiaomi Mi A3 markalı telefonalmış və nəticədə 332,55 manat borc yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 52,5 manat (9 ay x 5,25 manat + 5,25 manat ilkin ödəniş) olan Xiaomi qulaqlıq üçün ümumilikdə, 39,75 manat olmaqla ondan, 36,75 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqısatqı qiyməti 355,68 manat (11 ay x 29,64 manat + 29.64 manat ilkin ödəniş) olan İMEİ kodu **********29251 olan Xiaomi Mi A3 markalı telefon üçün ümumilikdə, 292,8 manat olmaqla ondan, 266,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 manat cərimə, cavabdehin cəmi ödədiyi məbləğ 1324,75 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il və xx.xx.2019-cu il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00923551 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə sazişdən və ona əlavə sənədlərdən görünür ki, MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00923551 saylı müqavilə üzrə yaranmış borc restrukturizasiya olunmuş, borclu 29,64 manat ilkin ödənişlə 11 ay müddətinə aylıq 29,64 manat olmaqla, 355,68 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşür. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20140639 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə sazişdən və ona əlavə sənədlərdən görünür ki, MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20140639 saylı müqavilə üzrə yaranmış borc restrukturizasiya olunmuş, borclu 5,25 manat ilkin ödənişlə 9 ay müddətinə aylıq 5,25 manat olmaqla, 52,5 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşür. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 00923551 saylı müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 266,8 manat əsas borc, 26 manat cərimə borcu olmaqla, ümumilikdə 292,8 manat, xx.xx.2020-ci il tarixli 20140639 saylı müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 36,75 manat əsas borc, 3 manat cərimə borcu olmaqla, ümumilikdə 39,75 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 332,55 manat borcu vardır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 190-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2019-cu il və xx.xx.2020-ci il il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, həmçinin həmin müqavilələr üzrə yaranmış öhdəliklər xx.xx.2021-ci il tarixli əlavə sazişlərlə restrukturizasiya olunsa da, cavabdeh sazişlərlə yaranmış öhdəlikləri də vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli 00923551 saylı müqaviləyə dair xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 266,8 manat əsas borc, 26 manat cərimə borcu və xx.xx.2020-ci il tarixli 20140639 saylı müqaviləyə dair xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 36,75 manat əsas borc, 3 manat cərimə borcu olmaqla, ümumilikdə 332,55 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar