Məhkəmə qərarları › İş №e-2(007)-2774/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2774/2025

05.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2774/2025 05.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı İri Şəhərlərin X6 Xidməti X7 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İri Şəhərlərin X6 Xidməti X7 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı İri Şəhərlərin X6 Xidməti X9 Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 2816,76 manat borcun (abonent kodu: **********0850) və 48,17 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin X6 Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, e-2(007)- 2774/2025 nömrəli qərardadı ilə iddiaçı İri Şəhərlərin X6 Xidməti X9 Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair e-2(007)-2774/2025 saylı sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır.

3. İddiaçının nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək borcun ödənilməsi tələbinə dair icraatda olan mülki işin iddia ərizəsinin məzmununda cavabdehin adında Cavabdeh (abonent kodu: **********0850) əvəzinə mexaniki səhvliklə X1 qeyd edilmişdir. Bu səbəbdən tələbin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. İş üzrə cavabdeh borclu istehlakçı abonent Cavabdeh olduğunun nəzərə alınması və iddia tələbinin təmin edilməsini, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 2816.76 manat borcun (abonent kodu: **********0850) və 48.17 manat dövlət rüsumunun tutularaq “İri Şəhərlərin X6 Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh ərizə verərək iddia müddəti ötürüldüyündən ona qarşı irəli sürülmüş iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “İri Şəhərlərin X6 Xidməti” publik hüquqi şəxs tərəfindən cavabdeh X5 (abonent kodu: **********850) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri həmin ünvana xx.xx.2011-ci il tarixdə quraşdırılmış SSS15 markalı 825214 nömrəli, xx.xx.2015-ci il tarixdə quraşdırılmış Abşeron-20 markalı 55081 nömrəli, xx.xx.2016-cı il tarixdə quraşdırılmış Alfasu-20 markalı 49763361 nömrəli, xx.xx.2017-ci il tarixdə quraşdırılmış CSS-20 markalı 17034463 nömrəli sayğacların göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 2816,76 (iki min səkkiz yüz on altı manat, yetmiş altı qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.

Tərəflərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

9. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

10. 04 noyabr 2025-ci il tarixli məlumatdan görünür ki, Cavabdeh tərəflərindən 15001999 nömrəli müqaviləyə əsasən göstərilən xidmətin həcmi xx.xx.2025-ci il tarixədək su təchizatına görə 1987,25 m3 çirkab suyuna görə isə 847,91 m3 olmaqla ümumilikdə 3115,76 m3 təşkil edir. xx.xx.2025-ci il tarixə göstərilən xidmətlərin ümumi dəyəri 2974,76 manat məbləğdədir. Belə ki, əvvəlki illər üzrə yekun borc elektron informasiya sistemindən çıxarışa əsasən istehlak nəticəsində **********850 abonent kodu üzrə yaranan lakin ödənilməyən borc məbləği 2015-ci il tarixdə 300 manat (ödəniş 9 manat), 2016-cı il tarixdə 278 manat (ödəniş 51 manat), 2017-ci il tarixdə 150 manat borc (ödəniş edilməyib), 2018ci il tarixdə 143 manat borc (ödəniş 80 manat), 2019-cu il tarixdə 136 manat borc (1 manat ödəniş), 2020-ci il tarixdə 125 manat borc (ödəniş edilməyib), 2021-ci il tarixdə 355 manat borc (ödəniş edilməyib), 2022-ci il tarixdə 409 manat borc ödəniş edilməyib), 2023-cü il tarixdə 388 manat borc (ödəniş edilməyib), 2024-cü il tarixdə 454 manat borc (ödəniş edilməyib), 2025-ci il tarixdə 375 manat borc (ödəniş edilməyib) olmuşdur.

11. 21.05.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh 7 iş günü müddətində borcunu ödəməsi tələb olunmuş, əks təqdirdə göstərilən xidmətlərin dayandırılacağı və yaranmış borcun və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulmasının təmin ediləcəyi bildirilmişdir.

12. Abonent kartından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 30 saylı evin, 85 saylı mənzilinə göstərilən xidmətlərə görə 2974,76 manat borc hesablanmışdır. Tərəflər arasında müqavilə xx.xx.1997-ci il tarixdə bağlanmışdır.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə xx.xx.1997-ci il tarixdə müqavilə bağlanmışdır. xx.xx.1997-ci il tarixli, 15001999 nömrəli müqaviləyə əsasən, göstərilən xidmətin həcmi xx.xx.2025-ci il tarixədək su təchizatına görə 1987,25 m3 çirkab suyuna görə isə 847,91 m3 olmaqla ümumilikdə 3115,76 m3 təşkil edir. xx.xx.2025-ci il tarixə göstərilən xidmətlərin ümumi dəyəri 2974,76 manat məbləğdədir. Əvvəlki illər üzrə elektron informasiya sistemindən çıxarışa əsasən, istehlak nəticəsində **********850 abonent kodu üzrə yaranmış, lakin ödənilməyən borc məbləği 2015-ci il tarixdə 300 manat (ödəniş 9 manat), 2016-cı il tarixdə 278 manat (ödəniş 51 manat), 2017-ci il tarixdə 150 manat borc (ödəniş edilməyib), 2018-ci il tarixdə 143 manat borc (ödəniş 80 manat), 2019-cu il tarixdə 136 manat borc (1 manat ödəniş), 2020-ci il tarixdə 125 manat borc (ödəniş edilməyib), 2021ci il tarixdə 355 manat borc (ödəniş edilməyib), 2022-ci il tarixdə 409 manat borc ödəniş edilməyib), 2023-cü il tarixdə 388 manat borc (ödəniş edilməyib), 2024-cü il tarixdə 454 manat borc (ödəniş edilməyib), 2025-ci il tarixdə 375 manat borc (ödəniş edilməyib) hesablanmışdır. Hazırda iddiaçı Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 2816,76 manat borcun (abonent kodu: **********0850) və 48,17 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin X6 Xidməti” X9nə ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş, “X4”:

Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan su ölçən cihazın göstəricilərinə əsasən, su ölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. Həmin Qərarın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı:

Qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”.

17. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarı:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir.

18. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarı:

Göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli qərarı:

Görünür ki, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üçün Mülki Məcəllənin 551.2.1-ci maddəsində 5 illik müddət nəzərdə tutulduğu halda, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətləri Mülki Məcəllənin 373.3-cü maddəsində 3 il müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına əsasən, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

22. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında su təchizatı və tullantı sularının axıdılmasından istifadəyə görə xx.xx.1997-ci il tarixdə müqavilə bağlanmışdır və iddiaçı müqaviləyə əsasən öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir.

22. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə tam yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır.

23. Tərəflər arasında suyun alqı-satqısı ilə bağlı müqavilənin bağlandığı və iddiaçının cavabdehi su ilə təmin etdiyi və ona kanalizasiya xidmətləri göstərdiyi işin mübahisəsiz halıdır. Lakin tərəflər arasındakı mübahisə istehlak olunmuş suya görə tutulan pul ilə bağlıdır.

24. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

25. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

26. Təqdim olunmuş sübutlardan müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair Cavabdeh ilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə xx.xx.1997-ci il tarixdə müqavilə bağlanmışdır və həmin tarixdən mənzilə sayğac quraşdırılmışdır. Cavabdeh 2015-ci ildən 2025-ci ilədək yaranmış borcu ödəmədiyindən iddiaçı 2974,76 manat borcu tələb edir.

27. Mülki Məcəllənin tələbinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətləri 3 ildir. Hazırki halda məhkəmə hesab edir ki, 2015-ci ildən 2023-cü ilədək yaranmış borc məbləği cavabdehdən tutula bilməz. Belə ki, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddia müddəti həmin hissədə ötürülmüş hesab edilməlidir. Lakin 2023, 2024 və 2025-ci il tarixə yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Abonent kartına əsasən cavabdehə 2023-cü il tarixdə 388 manat borc (ödəniş edilməyib), 2024-cü il tarixdə 454 manat borc (ödəniş edilməyib), 2025-ci il tarixdə 375 manat ödənilməmiş borc hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, 2023-2025-ci il üçün hesablanmış 1217 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

29. İddia qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumunun 20,81 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

30. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1217 manat pul məbləği və 20,81 manat dövlət rüsumunun əvəzi iddiaçı İri Şəhərlərin X6 Xidməti X7 xeyrinə tutulmalıdır.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1217 manat pul məbləği və 20,81 manat dövlət rüsumunun əvəzi iddiaçı İri Şəhərlərin X6 Xidməti X7 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar