Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2776/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2640644Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:
1. xx.xx.2023-ci il tarixli müqavilə, (İmei kod **********84625 XİAOMİ 13 LİTE markalı telefon)
2. xx.xx.2023-ci il tarixli müqavilə (MİNİ SOBA HOFFMANN)
3. xx.xx.2023-ci il tarixli müqavilə (PALTARYUYAN LG)
4. xx.xx.2023-ci il tarixli müqavilə (DONDURUCU GORENJE) Müqavilənin predmeti- alqı-satqı. Tələb olunan məbləğ:
1. xx.xx.2023-ci il tarixli müqavilə üzrə 972.74 manat əsas borc, 97.26 manat cərimə.
2. xx.xx.2023-ci il tarixli müqavilə üzrə 81.48 manat əsas borc, 8.52 manat cərimə.
3. xx.xx.2023-ci il tarixli müqavilə üzrə 1543.84 manat əsas borc, 154.16 manat cərimə.
4. xx.xx.2023-ci il tarixli müqavilə üzrə 1069.56 manat əsas borc, 106.44 manat cərimə.
Ümumilikdə tələb olunan məbləğ: 4034 manat borc və 60.34 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasını təsdiq edən bildiriş.
Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. İddianı əsas borcun tutulması hissəsində əsaslı hesab edirəm. İşin hallarını nəzərə alaraq, hesab edirəm ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİM:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilə üzrə 972.74 manat əsas borc, 30 manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 81.48 manat əsas borc, 8.52 manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 1543.84 manat əsas borc, 70 manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 1069.56 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 3853.14 manat vəsait və ödənilmiş dövlət rüsumunun 57.63 manatı İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Yusifova