Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2779/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı "Soliton LTD” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- "Soliton LTD” MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə- 1) xx.xx.2019-cu il tarixli, EHK5682576 saylı müqavilə 2) xx.xx.2019-cu il tarixli, EHK5682577 saylı müqavilə Müqavilənin predmeti- alqı-satqı müqaviləsi. Tələb olunan məbləğ- 1) xx.xx.2019-cu il tarixli, EHK5682576 saylı müqavilə üzrə 1079 manat əsas, 200 manat cərimə borcu; 2) xx.xx.2019-cu il tarixli, EHK5682577 saylı müqavilə üzrə 130 manat əsas, 100 manat cərimə borcu Ümumilikdə tələb olunan məbləğ: cəmi 1509 manat borc və 36 manat dövlət rüsumu. Sübutlar: Kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Məhkəmə tələb olunan cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, həmin məbləğlər əsas borc məbləğlərinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin cərimələr azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, EHK5682576 saylı müqavilə üzrə 1079 manat əsas, 75.53 manat cərimə borcu və xx.xx.2019-cu il tarixli, EHK5682577 saylı müqavilə üzrə 130 manat əsas və 9.1 manat cərimə borcu olmaqla, cəmi 1293.63 manat borc və 36 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-2779/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2779/2024
27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver