Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2782/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “atalığın müəyyən edilməsi və aliment tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaaçı İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh, faktiki nikahlarından anadan olmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər birinə sabit pul məbləğində 246 manat olmaqla, cəmi 492 manat pul ödənilməsini, atalığın müəyyən olunmasını və 3 illik aliment pulunun (17.712 manat) cavabdehdən tutularaq ona verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha düşməsələrdə faktiki xx.xx.2013-cü il tarixdə ailə qurmuşlar. Faktiki birgə nikahdan iki övladı xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Cavabdehlə ailə qurandan sonra Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışlar. Övladları və o halhazırda ünvan 2 ünvanında yaşayırlar. Övladları dünyaya gələn zaman cavabdeh uşaqların bioloji atası Cavabdeh öz soyadını uşaqların doğum haqqında şəhadətnamələrinə yazılmasına yazılı razılıq vermədi. O da öz növbəsində məcburiyyət qarşısında qalaraq öz soyadını övladlarının doğum haqqında şəhadətnamələrinə qeyd etdirmişdir. 2020-ci ilin mart ayında, yəni COVİD 19 virusu zamanı pandemiya elan olunmamışdan əvvəl cavabdeh onu və iki övladını tərk edərək Rusiya Federasiyasına getmişdir. Cavabdehlə 5 ildir ki, ayrı yaşayırlar. Bu 5 il ərzində bir dəfədə olsun evə gəlməmişdir. Cavabdeh ildə bir dəfə Bakıya gəlirdi, həyətdə uşaqları görüşüb qayıdırdı. Hər dəfə vatsap vasitəsilə əlaqə saxlayıb uşaqlarına yemək almaq üçün pul istədikində onu təhqir edərək ildə bir dəfə 50-100 manat karta pul atırdı. Eyni zamanda 5 il ərzində cavabdeh cəmi 3-dəfə uşaqları ilə kirayə qaldıqları mənzilin sahibinin bank kartına kirayə pulunun az bir hissəsini ödəmişdir. Yaşadıqları mənzilin kirayə haqqını 500 manat, uşaqlarının təhsili, geyimi, qidalanması xərclərini o tək qarşılayır. xx.xx.2015-ci il təvəllüdlü qızı X5 böyrək xəstəliyindən əziyyət çəkir, onun bütün müalicəsinin xərcini o çəkir. Uşaqlarına görə məcburiyyət qarşısında qalaraq xeyli borca girmişdir.
İş materialları :
3. AZ-İİİ seriyalı, 990157 nömrəli “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixində 1012 nömrə ilə qeyd edilmişdir. Anası İddiaçı, atası X3r.
4. AZ-İV seriyalı, 643888 nömrəli “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixində 1105 nömrə ilə qeyd edilmişdir. Anası İddiaçı, atası X3r.
5. X9 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MSQ-MT- 027-2025-00314 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat İMS və 10 manat kargüzarlıq xərci ödənilmişdir.
6. İş materiallarına Cavabdeh övladları ilə çəkilmiş 6 ədəd fotoşəkli əlavə edilmişdir.
7. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50.00 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, keçən iclas cavabdeh özü də etiraf etdi ki, uşaqların atası odur. İddiaçı cavabdehə uşaqların saxlanılmasında köməklik etməsi üçün müraciət etsə də, cavabdeh köməklik etməmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Uşaqların atası olmasını qəbul edir. Lakin, aliment məbləği ilə razı deyil. Çünki, onun himayəsində anası da var. Onun iki uşağa görə ümumilikdə 300 manat aliment ödəməyə imkanı vardır.
11. Belə ola halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
12. İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərinə daxil olmuş, lakin tərəflər nikahlarını rəsmiləşdirməmişlər. İddiaçı ilə Cavabdeh faktiki nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 anadan olmuşdur. Lakin Cavabdeh ilə İddiaçı nikahları rəsmiləşdirilmədiyi və atalığın müəyyən edilməsi ilə bağlı valideynlər birgə ərizə vermədikləri üçün onların faktiki nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnaməsində uşağın atasının adı anasının göstərişi üzrə yazılmışdır.
13. Hazırda tərəflərin ailə münasibətləri pozulmuşdur və İddiaçı övladları ilə birlikdə ayrı yaşayır. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 atası olması faktının müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilməsi zərurəti yaranmışdır.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Konstitusiyasının :
16. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
34. İİİ. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi : 1.2. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.
43. Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
48. Bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
186. Ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 187.1. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır.
188. Atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir.
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun :
21. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının tə min edilməsinə yönəldilir.
22. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
23. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
24. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
25. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
26. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı :
Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit pul məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı :
8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
21. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının:
3.1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. 7.1. Uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. 27.1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
27. 2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
22. “Nikahdankənar doğulmuş uşaqların hüquqi statusu haqqında” Avropa Konvensiyasına qoşulmaq barədə Azərbaycan Respublikasının 17 mart 2000-ci il tarixli, 832-İQ nömrəli Qanunu :
3. Nikahdankənar doğulmuş uşağın mənşəyi könüllü tanınma və ya məhkəmənin qərarı əsasında müəyyən edilir. 6.1. Nikahdankənar doğulan uşağın atası və anası nikahdan doğulan uşağın qayğısına qalmaqda olduğu kimi eyni məsuliyyət daşıyır.
9. Nikahdankənar doğulmuş uşaq atasına, anasına və onların ailə üzvlərinə münasibətdə nikahdan doğulmuş uşaq kimi vərəsəlik hüququna malikdir.
10. Nikahdankənar doğulmuş uşağın atası ilə anası arasında nikah həmin uşağa nikahdan doğulmuş uşaq kimi hüquqi status verir.
23. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanunu :
2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
Məhkəmənin mövqeyi :
24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia ərizəsindən göründüyü kimi iddiaçı bir neçə iddia tələbi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh atası olmasının müəyyən edilməsini və alimentin təyin edilməsini xahiş etmişdir.
26. Məhkəmə ilk öncə İddiaçı atalığın müəyyən edilməsinə dair iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
27. Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur.
28. Hazırki mülki işin faktiki hallarından görünür ki, tərəflər faktiki nikah münasibətlərinə daxil olsa da, nikahları rəsmi qeydə alınmamışdır. Cavabdeh müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etmədiyi üçün uşağın ata adı iddiaçının göstərişi əsasında yazılmışdır.
29. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 45.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh ərizəsi olmadığı üçün İddiaçı cavabdehin xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 atası olmasının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
30. Hazırkı işin xüsusiyyəti baxımından, cavabdehlə uşaq doğması ilə nəticələnə biləcək münasibətlərdə olduğunu sübutetmə yükü iddiaçının, həmin uşağın ondan olduğunu, daha sonra olmadığını (fərqli izah və yazılı müraciətlər) sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Cavabdeh uşaqların atası olduğunu və iddia tələbini həmin hissədə qəbul etdiyini bildirmişdir.
31. Məhkəmə qeyd edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından cavabdehlə yaxın münasibətdə olduğu iddiaçı tərəfindən sübut edilmişdir.
32. Belə ki, bu hal həm cavabdehin etirafı, həmçinin məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillər ilə öz təsdiqini tapmışdır.
33. Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
34. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 atası olmasına dair mötəbər sübutlar qismində məhkəmə tərəfindən cavabdehin uşaqlar ilə birlikdə çəkilmiş fotoşəkilləri nəzərə alınmışdır. Həmçinin cavabdeh tərəfindən də uşaqların atası olması hissəsində iddia tələbi mübahisələndirilməmiş, həmin hissədə iddia tələbi qəbul edilmişdir.
35. Avropa İnsan hüquqları Məhkəməsi (AİHM) təcrübəsində fərdi inkişaf üçün əhəmiyyət kəsb edən məsələlər sırasına şəxsin bir insan kimi identikliyi (kimliyi), habelə onun kimliyinin mühüm aspektləri barədə həqiqətin müəyyən edilməsi üçün zəruri olan məlumatların, məsələn, valideynlərinin kimliyi, özünün mənşəyi, uşaqlığının və erkən inkişaf çağlarının müvafiq aspektləri barədə informasiyaların əldə edilməsində onun Konvensiya ilə qorunan həyati əhəmiyyətli maraqları daxildir. Uşağın doğulması, xüsusən də hansı şəraitdə dünyaya gəlməsi həmin uşağın və sonradan o böyüdükdən sonra yetkinlik yaşına çatmış bu şəxsin Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyatının tərkib hissəsini təşkil edir. (Mikuliç Xorvatiyaya qarşı (Mıkulıc v. Croatıa), Odyevr Fransaya qarşı (Case of Odıevre v. France)). AİHM şəxsin öz mənşəyini və valideynlərinin kimliyini öyrənmək üçün məlumat əldə etmək hüququnu şəxsi və ailə həyatına hörmət hüququ çərçivəsində qorunan fərdi identikliyin tərkib hissəsi kimi tanıyıb (Odyevr Fransaya qarşı (Case of Odıevre v. France), X3rşı (Gaskin v. United Kingdom)). (§19)
36. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il qərarının formalaşdırdığı hüquqi mövqeyə əsasən uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.
37. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 atasının cavabdeh xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh olması cavabdehin etirafı və iş materiallarında olan, məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən həmin hissədə iddia tələbi təmin edilməli və doğum haqqında şəhadətnamənin “ata” qrafasında uşaqların atası olaraq Cavabdeh yazılmalıdır.
38. İddia tələbinin aliment hissəsinə münasibətdə isə, məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
39. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.
40. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
41. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə cavabdeh xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh azyaşlıların atası olması faktı öz təsdiqini tapdığından və uşaqlar hazırda iddiaçının himayəsində olduğundan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır.
42. Məhkəmə alimentin miqdarı ilə bağlı qeyd edir ki, ailə qanunvericiliyində alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
43. Hazırki mülki iş üzrə İddiaçı Cavabdeh qarşı hər ay hər uşaq üçün 246 manat olmaqla, 492 manat aliment tutulması tələbini irəli sürmüşdür. Cavabdeh isə 2 uşaq üçün birlikdə 300 manat aliment ödəməyə imkanı olduğunu bildirmişdir.
44. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında nin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
45. Məhkəmə onu da bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.
46. Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
47. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur.
48. Məhkəmə həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, təyin edilən sabit pul məbləğində alimentin miqdarı ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir.
49. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların yaşı, onların təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, tərəflərin maddi və ailə vəziyyətini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq qeyd edir ki, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.
50. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və iddiaçı alimentin miqdarının hər ay tutulmalı olan sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən alimentin miqdarı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir..
51. Məhkəmə iddia tələbinin əvvəlki 3 illik müddət üçün alimentin tutulması hissəsinə münasibətdə, o cümlədən alimentin tutlma müddətinin əvvəlinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında formalaşdırdığı hüquqi mövqeyi iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir.
52. X10 qeyd edilir ki, alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Çünki, atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı.
53. Odur ki, məhkəmə qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.
54. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 6.19-cu bəndinə görə VVADQ orqanı və konsulluq idarəsi atalığın müəyyən olunması haqqında qeydlərə əsasən uşağın doğumu haqqında qeydlərdə dəyişikliklər edir və doğum haqqında yeni şəhadətnamə verir. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir.
Məhkəmə Xərcləri :
55. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
57. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
58. Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, iddiaçı aliment tutulmasına dair iddia tələbi üzrə dövlət rusumu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPMin 119.2-ci maddəsinə əsasən 19.4 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticə :
59. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il X2 atası olması faktı müəyyən edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il X2 atası olması faktı müəyyən edilsin. Qətnamə xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il X2 doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adının Cavabdeh olaraq qeyd edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı ödəməkdən azad edildiyi 19.04 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva