Məhkəmə qərarları › İş №e-2(007)-2784/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2784/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2784/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, HOFFMANN LED TV üçün 351,5 manat ödənilməmiş hissə, 35,85 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ KOD **********18908 SAMSUNG GALAXY A50 markalı telefon üçün 324,48 manat ödənilməmiş hissə, 32 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İZQARA GORENJE, SAÇQİRXAN PHİLİPS, TOZSORAN PHİLİPS üçün 316,25 manat ödənilməmiş hissə, 31 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ KOD **********88040 SAMSUNG GALAXY A50 markalı telefon üçün 182,48 manat ödənilməmiş hissə, 18 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ KOD **********82840 SAMSUNG GALAXY A10 markalı telefon üçün 107,44 manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, ümumilikdə 1409 manat borc, 34,09 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq, "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, HOFFMANN LED TV, İMEİ KOD **********18908 SAMSUNG GALAXY A50 markalı telefon, İZQARA GORENJE, SAÇQİRXAN PHİLİPS, TOZSORAN PHİLİPS, İMEİ KOD **********88040 SAMSUNG GALAXY A50 markalı telefon, İMEİ KOD **********82840 SAMSUNG GALAXY A10 markalı telefon üçün 1409 manat borc yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 433,8 manat (17 ay x 24,1 manat + 24,1 manat ilkin ödəniş) olan HOFFMANN LED TV üçün ümumilikdə, 387,35 manat olmaqla, ondan 351,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35,85 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 392,16 manat (11 ay x 32,68 manat + 32,68 manat ilkin ödəniş) olan İMEİ KOD **********18908 SAMSUNG GALAXY A50 markalı telefon üçün ümumilikdə, 356,48 manat olmaqla, ondan 324,48 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqısatqı qiyməti 391,5 manat (17 ay x 21,75 manat + 21,75 manat ilkin ödəniş) olan İZQARA GORENJE, SAÇQİRXAN PHİLİPS, TOZSORAN PHİLİPS üçün ümumilikdə, 347,25 manat olmaqla, ondan 316,25 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 237,12 manat (7 ay x 29,64 manat + 29,64 manat ilkin ödəniş) olan İMEİ KOD **********88040 SAMSUNG GALAXY A50 markalı telefon üçün ümumilikdə, 200,48 manat olmaqla, ondan 182,48 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 274 manat (19 ay x 13,7 manat + 13,7 manat ilkin ödəniş) olan İMEİ KOD **********82840 SAMSUNG GALAXY A10 markalı telefon üçün ümumilikdə, 117,44 manat olmaqla ondan, 107,44 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 446,43 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00801075 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə sazişdən və ona əlavə sənədlərdən görünür ki, MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00801075 saylı müqavilə üzrə yaranmış borc restrukturizasiya olunmuş, borclu 24,1 manat ilkin ödənişlə 17 ay müddətinə aylıq 24,1 manat olmaqla, 433,8 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşür. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00897113 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə sazişdən və ona əlavə sənədlərdən görünür ki, MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00897113 saylı müqavilə üzrə yaranmış borc restrukturizasiya olunmuş, borclu 29,64 manat ilkin ödənişlə 7 ay müddətinə aylıq 29,64 manat olmaqla, 237,12 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşür. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01037818 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə sazişdən və ona əlavə sənədlərdən görünür ki, MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01037818 saylı müqavilə üzrə yaranmış borc restrukturizasiya olunmuş, borclu 32,68 manat ilkin ödənişlə 11 ay müddətinə aylıq 32,68 manat olmaqla, 392,16 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşür. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20112805 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə sazişdən və ona əlavə sənədlərdən görünür ki, MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20112805 saylı müqavilə üzrə yaranmış borc restrukturizasiya olunmuş, borclu 21,75 manat ilkin ödənişlə 17 ay müddətinə aylıq 21,75 manat olmaqla, 391,5 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşür. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21196009 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə sazişdən və ona əlavə sənədlərdən görünür ki, MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21196009 saylı müqavilə üzrə yaranmış borc restrukturizasiya olunmuş, borclu 13,7 manat ilkin ödənişlə 19 ay müddətinə aylıq 13,7 manat olmaqla, 274 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşür. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 00801075 saylı müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 351,5 manat əsas borc, 35,85 manat cərimə borcu olmaqla, ümumilikdə 387,35 manat, xx.xx.2019-cu il tarixli 00897113 saylı müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 182,48 manat əsas borc, 18 manat cərimə borcu olmaqla, ümumilikdə 200,48 manat, xx.xx.2019-cu il tarixli 01037818 saylı müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 324,48 manat əsas borc, 32 manat cərimə borcu olmaqla, ümumilikdə 356,48 manat, xx.xx.2020-ci il tarixli 20112805 saylı müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 316,25 manat əsas borc, 31 manat cərimə borcu olmaqla, ümumilikdə 347,25 manat, xx.xx.2020-ci il tarixli 21196009 saylı müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 107,44 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 117,44 manat borcu vardır. Hər beş müqavilə üzrə ümumilikdə 1409 manat borcu vardır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 34,09 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, həmçinin həmin müqavilələr üzrə yaranmış öhdəliklər xx.xx.2021-ci il tarixli əlavə sazişlərlə restrukturizasiya olunsa da, cavabdeh sazişlərlə yaranmış öhdəlikləri də vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli 00801075 saylı müqaviləyə dair xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 351,5 manat əsas borc, 35,85 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli 00897113 saylı müqaviləyə dair xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 182,48 manat əsas borc, 18 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli 01037818 saylı müqaviləyə dair xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 324,48 manat əsas borc, 32 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 20112805 saylı müqaviləyə dair xx.xx.2021ci il tarixli 01 saylı Əlavə saziş üzrə 316,25 manat əsas borc, 31 manat cərimə borcu və xx.xx.2020-ci il tarixli 21196009 saylı müqaviləyə dair xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 107,44 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 1409 manat borc və ödənilmiş 34,09 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar