Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2803/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh və X5 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 5000,00 (beş min) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70,00 (yetmiş) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il, saat 19:00 radələrində Bakı şəhəri, Şüvəlan-Buzovna yolu ərazisində X5 məxsus Cavabdeh tərəfindən idarə edilən və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz ML350” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Cruze” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş TP5102621 saylı qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmuşdur. Baş vermiş hadisə üzrə “Chevrolet Cruze” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5000,00 (beş min) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən PXA112655/22 saylı sığorta aktı tərtib edilməklə “Chevrolet Cruze” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000,00 (beş min) manat sığorta ödənişi zərərçəkənə ödənilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X5 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinin cavabdeh X5 aid hissəsinə dair mülki işin icraatına şəxs vəfat etdiyi üçün xitam verilməsi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” hissəsinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi elektron qaydada ərizə verərək iş üzrə məhkəmə iclaslarında iştirak edə bilmədiklərini bildirərək məhkəmə iclaslarını onların iştirakı olmadan keçirib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək əlavə olaraq qeyd etmişdir ki, avtomobili çoxdan etibarnamə ilə almış, avtomobilin sığortası da onun adına olmuşdur. Yol-nəqliyyat hadisəsini həmin avtomobil ilə törətmiş və onun adına iddiaçı tərəf avtomobili sığorta etmişdir. Hadisə İİ Qarabağ müharibəsindən 2-3 ay sonra olmuşdur. Özü də Vətən müharibəsi iştirakçısıdır və 80 manat pensiya alır. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, PXA********** saylı sığorta müqaviləsinə əsasən “Mercedes Benz ML350” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 ay müddətinədək, yəni xx.xx.2022-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Şüvəlan-Buzovna yolu ərazisində X5 məxsus Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz ML350” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Cruze” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Xəzər rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən “Mercedes Benz ML350” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və 60 manat məbləğində cərimə edilməsi müəyyən edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 iyun 2022-ci il tarixli qərar ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar və Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 1\2390 saylı, xx.xx.2022-ci il tarixli aktına əsasən sürücü Cavabdeh alkoqol sərxoşluq vəziyyətinin olmaması, ayıq olması müəyyən edilmişdir. Həmçinin toplanmış sənədlərdən sürücü Cavabdeh xx.xx.2022-ci il tarixində təxminən saat 19 radələrində avtomobili etibarnamə olmadan idarə etməsi öz təsdiqini tapmışdır. Belə ki, xx.xx.2018-ci il tarixli etibarnamə ilə X1 Qara Kirman oğluna nəqliyyat vasitəsini idarə etmə səlahiyyətini etibar etmiş və etibarnamə 3 il müddətinə, xx.xx.2021-ci il tarixədək verilmişdir. “AutoBox” avtomobil servisinin xx.xx.2022-ci il tarixli, 2183 saylı qüsur aktından və PXA112655 saylı sığorta aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehin “Chevrolet Cruze” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 5000 (beş min) manat məbləğində zərər dəymişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə tərəfin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci, 936.1-ci, 1096.1-ci, 1097.1-ci, 1108.1-ci və 1108.2-ci maddələrinə, "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarına əsasən qeyd edir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Hansı ki, iş materiallarından görünür ki, “Mercedes Benz ML350” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsus olmuşdur. AD 196726 saylı sürücülük vəsiqəsi ilə yol-nəqliyyat hadisəsi törədilən zaman Cavabdeh nəqliyyat vasitələrini idarə etmək hüququ olmuş, lakin həmin avtomobili idarə etmək üçün etibarnaməsi qüvvədə olmamışdır. Belə ki, X3 Cavabdeh verdiyi etibarnamə ilə səlahiyyətini etibar etmiş və etibarnamə 3 il müddətinə, xx.xx.2021-ci il tarixədək verilmiş, yol-nəqliyyat hadisəsi isə xx.xx.2022-ci il tarixdə baş vermişdir. Bu əsasdan sığorta şirkəti subroqasiya qaydasında iddia tələbi irəli sürmüşdür. Lakin nəqliyyat vasitəsinin qüvvədən düşmüş etibarnamə ilə idarə edilməsi nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsini ehtiva etmir. Yalnız avtomobilin nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan istismar edilməsi həmin maddənin təsiri altına düşə bilərdi. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi etibarnaməsiz idarə etməyi ehtiva etmədiyindən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Məhkəmə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsini nəzərə alaraq qeyd edir ki, iddia tələbi rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “Cavabdeh 5000,00 (beş min) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70,00 (yetmiş) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2803/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2803/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver