Məhkəmə qərarları › İş №e-2(007)-2804/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2804/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2804/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qıznın sədrliyi, Məhkəmə iclas katibi Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya hüququ əsasında pulun tutulması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "subroqasiya hüququ əsasında pulun tutulması" tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 (beş yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 530,40 (beş yüz otuz manat, qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Ford Fusion” markalı ** NN *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Babək prospekti ilə hərəkət edən zaman yol ayrıcını keçmə qaydalarını pozmuş, nəticədə, “Mercedes Benz S350” markalı ** RS *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “Ford Fusion” markalı ** NN *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz S350” markalı ** RS *** dövlət nömrə nişanlı avtomobilə 500 (beş yüz) manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS221572 saylı xx.xx.2022-ci il tarixli, Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 500 (beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bildirirlər ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsində mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri sadalanır və sürücünün hansı sənədləri özündə saxlamalı olduğu göstərilir. Həmin qanunun 37-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, sürücü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini) və.s. sənədləri özündə saxlamalıdır. Qanunun tələbindən aydın olur ki, əgər ər-arvad birgə nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyət hesab olunmasına razıdırlarsa, tərəflər arasında bağlanmış nikah müqaviləsində və ya tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmamışdırsa, nikah dövründə əldə edilmiş əmlakın ümumi mülkiyyət olmasını təsdiq edən, notariat orqanı tərəfindən verilmiş nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməni təqdim etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi” adlanan 332-ci maddəsinin birinci bəndindən görünür ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Cəmiyyətdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Ford Fusion” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus sənədlərin surətindən görünür ki, avtomobilin mülkiyyətçisi yəni, “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” Nümayəndə2dur. Cavabdeh isə avtomobili idarə etmək üçün mülkiyyətçi tərəfindən heç bir etibarnamə verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 332-ci maddəsinin qeyd hissəsində xüsusilə vurğulanır ki, Bu Məcəllənin 96.1.1-ci, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı “Ford Fusion” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. Buna görə də, “Ford Fusion” markalı ** NN *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, xx.xx.2022-ci il səhər saat 09:36-da həyat yoldaşı Nümayəndə2 adına olan Ford Fusion markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, X16 yanından, yəni Telnov küçəsindən hərəkət edərək, Babək prospektinə daxil olmamışdan qabaq, İlqar Musayev küçəsindən üzü Babək prospektinə hərəkət edən maşınları gözlədikdən sonra, sola dönmə işığını yandıraraq, Babək prospektinə daxil olmuşdur. Bu zaman İlqar Musayev küçəsindən yüksək sürətlə hərəkət edərək manevr qaydalarını pozan X6 ona məxsus Mercedes Benz S350 Markalı **-RS-*** dövlət nömrəli avtomobili ilə qəza törətmişdir. Onun idarə elədiyi maşının qabaq sağ tərəfinə ziyan dəymişdir. Hadisə yerinə gələn Bakı şəhər DYP polis kapitanı X15 günahın onda olmadığını bildirsə də, bunu sübut etməyin çətin olduğunu bildirmişdir. Həmin an maşında olan videoregistrator söndüyündən və qəza anını çəkə bilmədiyindən günahın onda olmadığını sübut edə bilməmişdir. Qeyd edir ki, maşında 2 yaşlı körpəsi də var idi deyə, qarşı tərəfin hansı sürətlə gəldiyini araşdıra bilməmişdir. İXM 327.2-cı maddəsinə əsasən ona yolayrıcını keçmə qaydalarını pozulmasına görə İXP4693665 nömrəli protokol yazılmışdır. Protokol xx.xx.2022-ci il saat 08:10 tarixində online ödənilmişdir. 23.06.22-ci il tarixində saat 11:48-də və 24.06.22 tarixində saat 12:12də Mega Sığorta əməkdaşı ailəsi ilə məzuniyyətdə olduqları halda, onları istirahət zamanı əsassız məsələlərlə narahat etmişdir. Onlar lazimi olan bütün sənədləri ***-***-**-** nömrəsinə whatsapp vasitəsiylə göndərmişlər. Nikah şəhadətnaməsi (AZ258291) və Texpassport (AD 833569) DYP Polis kapitanı X15 bu Bakcell nömrəsindən (+**********09) xx.xx.2022-ci il saat 16:21-də ona zəng edərək bildirmişdir ki, İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə ona protokol yazılacaqdır (Protokol: İXP4722918). Onlar protokolla bağlı öz şikayətlərini DYP polis kapitanı X12 telefonda bildirsələr də, o, öz məsuliyyətindən boyun qaçırtmış və ona bildirmişdir ki, şikayətləri varsa İddiaçı ASC-yə zəng edib onlarla danışın, onlar siləcək protokolu, izah edəcəklər və sair sözlər. Polis tərəfindən sənədlər qəza olan günü yoxlananda hər şey qaydasında olduğu ona bildirilmişdir və həmçinin deyilmişdir ki, nikah şəhadətnaməsiylə həyat yoldaşının adına olan avtomobili idarə edə bilər. Bəs niyə qəza vaxtı yox, qəzadan 16 gün sonra protokol yazılmasını DYP Polis kapitani X9 öyrənməyə çalışsalar da, bəhanə gətirmiş və niyə qanunsuz protokol yazdığını izah edə bilməmişdir, danışıqdan yayınmışdır. Polis əməkdaşıyla danışandan sora xx.xx.2022 ci il tarixində saat 17:00-da Protokol qərarlı olaraq sistemə vurulmuşdur. Həyat yoldaşına bununla bağlı telefonuna SMS radardan SMS gəlmişdir. Nəzərinizə çatdırır ki, xx.xx.2022-ci il tarixində qəza hadisəsi olmuş və xx.xx.2022-ci il tarixində qəzadan 16 gün sonra Protokol yazılmışdır. Həyat yoldaşı bu Protokol yazılan kimi 102 qaynar xidmətinə zəng vuraraq, DYP polis kapitanı X10 ad, soyadı və əlaqə nömrəsini deyərək vəzifə səlahiyyətindən suiistifadə və qulluğa səhlənkar yanaşmasıyla bağlı ondan şikayətçi olmuşdur. Polis əməkdaşının qəza hadisəsindən 16 gün keçməsinə baxmayaraq "xxxx" ASC-nin istəyinə uyğun olaraq ona protokol yazıldığını bildirmişdir. Şikayətləri qeydə alınmıdır. Həyat yoldaşı bu qanun pozunutusuyla əlaqədar olaraq həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsinin Rəisi Polis X5 və Azərbaycan Respublikası Daxili X18-polkovnik Vilayət Eyvazova online şəkildə şikayət məktubu ünvanlanmışdır və həmçinin həyat yoldaşı xx.xx.2022-ci il tarixində gunorta saatlarında Bakı şəhəri Baş Dövlət Yol Polisi idarəsinə yaxınlaşaraq DYP polis kapitani X13 axtarmış, lakin xidməti otağında onu yox köməkçisi Səməd bəyi tapmışdır.Onunla protokol haqqında söhbət etmiş və ona qanunsuz olaraq yazılmış Protokolun ləğv edilməsini tələb etmiş və qəza hadisəsindən 16 gün sonra yazılan protokolun düzgün olmadığını bildirmişdir. Həmçinin, ona bildirmişdir ki, nikah şəhadətnaməsi qanuni yolla imkan verir ki, həyat yoldaşı onun adına olan avtomobili idarə etsin. Sadəcə ər və ya arvad avtomobildə nikah şəhadətnaməsi gəzdirməlidir ki, nikaha daxil olmaq tarixi və avtomobilin qeydiyyat tarixini tutuşdurmaq mümkün olsun. DYP polis kapitani X1 Səməd bəy öz əlaqə nömrəsini (**********) həyat yoldaşıma verərək onla sabah əlaqə saxlamağını xahiş etmiş, bu məsələdən xəbərdar olduğunu və məsələnin araşdırılıb tezliklə həll ediləciyini və onlara məlumat veriləciyini bildirmişdir. DYP polis kapitanı X4 nömrəsindən (*** *** ** **) həyat yoldaşına xx.xx.2022-ci tarixində saat 09:00-da zəng vuraraq ona yazılmış: İXM-nin 332.1ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması hallari istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə olan Protokolun: İXP4722918 sistemdən silindiyini, yəni ləğv edildiyini bildirmişdir. DYP polis kapitanı Əsədov Elvin öz səhvini anlayaraq özü tərəfindən yazilmış qərarlı Protokol: İXP4722918 yazdığı kimi də özü silmişdir. Birdə ki, Ailə Məcəlləsinin 33cü maddəsinə və Mülki məcəllənin 225.6-ci maddəsinə əsasən həyat yoldaşının avtomobilin idarə etmək üçün ona nikah şəhadətnaməsi bəs edir və əlavə sənədə ehtiyac yoxdur. Ona yazılan protokol təbii ki, qanunsuz idi və sistemdən silinməli idi. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsinə əsasən qanunsuz və səhvən yazılmış İXP: ******* saylı protokol mövcud olmadığından onun Azərbaycan Respublikasnının İnzibati Xətalar Məcəlləsinin 332.1 maddəsinə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müyyən edilməmişdir. Belə ki, İcbari siğortalar haqqında Azərbaycan Respublikasının qanunu Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. Bildirir ki, Yol hərəkəti haqqında qanunun 37-ci maddəsində mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri sadalanır, sürücünün hansı sənədləri özündə saxlamalı olduğunu göstərilir və bunu da çox yaxşı bilir. Qəza hadisəsi zamani DYP polis kapitani X12 avtomobildə olan Avtomobilin texpassportu, sürücülük vəsiqəsi, nikah şəhadətnaməsi təqdim edilmiş, yoxlanılaraq geri qaytarılmış və heç bir qanun qozuntusu qeydə alınmamışdır. Hər bir sürücü kimi o da bütün lazım olan sənədləri öz üzərində gəzdirir. Əgər sənədlərdən hər hansısa olmasaydı və ya sənədlərdə yanlışlıq olsaydı, Polis kapitanı bunu ona bildirərdi. Yəni qəza hadisəsi zamanı sənədlər qaydasında olmuşdur. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi - 40 manat cərimə. Bununla bağlı yazılmış bütün protokollar ləğv edilməyə məhkumdur. Yeri gəlmişkən, 30 sentyabr 2021-ci ildə Sumqayıt Şəhər Məhkəməsi növbəti dəfə bu cür protokolu ləğv etmişdir. Bildirmək istəyir ki, Azərbaycan Respublikasının İXMnin 332-ci maddəsinin qeyd hissəsində xüsusi vurğulanır ki, Bu Məcəllənin 96.1.1-ci maddəsində yazılmışdır ki, dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda. Qeyd edir ki, həyat yoldaşının adına olan Avtomobili idarə edərkən Ailə məcəlləsinin 32 və Mülki Məcəllənin 225-ci maddəsinə əsasən nikah şəhadətnaməsi üzərində olmuşdur. Bu maddəni "xxxx" ASC yazmaqla ona böhtan atır və qanun qarşısında məsulliyyət daşıyır. Qeyd edir ki, Həyat yoldaşının adına olan Avtomobili idarə edərkən Ailə Məcəlləsinin 32 və Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən nikah şəhadətnaməsi üzərində olmuşdur. Bu maddəni yazmaqla "xxxx" ASC ona böhtan atır və qanun qarşısında məsulliyyət daşıyır. Qeyd edir ki, həyat yoldaşına məxsus Avtomobili idarə edərkən Ailə məcəlləsinin 32-ci ve Mülki Məcəllənin 225-ci maddəsinə əsasən nikah şəhadətnaməsi üzərində olmuşdur. Bu maddəni yazmaqla Meqa Sığorta ona böhtan atır və qanun qaşısında məsulliyyət daşıyır. Qeyd edir ki, xx.xx.2022-ci il tarixində səhər saat 09:36-da avtomobili idarə ederkən 2 yaş 11 aylıq körpəsi avtomobildə olmuşdur. Həyat yoldaşına məxsus Avtomobili idarə edərkən Ailə məcəlləsinin 32-ci ve Mülki Məcəllənin 225-ci maddəsinə əsasən nikah şəhadətnaməsi üzərində olmuşdur. Nəzərə çatdırmaq istəyir ki, o, qadındır və həm də anasıdır. 3 yaşlı körpəsi var. Qəza olan vaxt polis əməkdaşı onun sərxoş olmadığını görmüşdür. O, Polisin göstərişiylə uşağı ilə birgə alkoqolteste göndərilmişdir və avtomobili sərxoş halda idarə etmədiyi və sərxoş olmadığı müyyən edilmişdir. Bu maddəni yazmaqla "xxxx" ASC ona böhtan atır və qanun qarşısında məsulliyyət daşıyır. "xxxx" ASC-nin qeyd etdiyi Azərbaycan Respublikası İXM 332-ci maddəsinin qeyd hissəsində vurğuladığı bu Məcəllənin 96.1.1-ci, 332.1, 335.1, 336.1, 337.1-ci maddələrinin onun olduğu qəzayla heç bir əlaqəsi yoxdur. Çünki Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci və Mülki Məcllənin 225-ci maddəsinə əsasən həyat yoldaşına adına olan avtomobili nikah şəhadətnamsiylə idarə etmişdir. Həmçinin, sərxoş halda avtomobil idarə etməmişdir. Bildirmək istəyir ki, həyat yoldaşının adına olan avtomobili Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225-ci maddəsinə əsasən nikah şəhadətnaməsi ilə qanuni şəkildə idarə elədiyinə görə “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cu maddəsininin onun olduğunu qəzaya heç bir adiyyatı yoxdur və buna görə qanun qarşısında heç bir məsuliyyət daşımır. Nəzərə çatdırır ki, onun idarə elədiyi avtomobil minik vasitəsidir və nə yük, nə dəki qoşqu vasitəsidir və qəza olan yerdə yüksək gərginlikli elektrik enerjisi, atom enerjisi, partlayıcı maddələr, güclü təsir edən zəhərlər və i.a istifadə edilməsi tikinti və onunla bağlı digər fəaliyyət mövcud deyildir. Azərbaycan Respublikasında Atom enerjisi mövcud deyil. Həmən Məcəllənin 1108.1-ci maddəsini esaslandırılmamış və sübutsuzdur. Qeyd etmək istəyir ki, avtomobili nikahdan sonra aldıqlarına görə bərabər mülkiyyətləri sayılır. Bu səbəbdən heç bir mülki hüquq pozuntusu olmamışdır. Qeyd etmək istəyir ki, onların qeyd etdikləri 385.1-ci maddənin baş verən qəza hadisəsinə heç bir adiyyəti yoxdur. "xxxx" ASC nə kreditor və o da nə öhdəliyi olan borclu bir şəxs deyil. Həyat yoldaşına aid avtomobili idarə edərkən qəza hadisəsi olmuş və qəzada zərərçəkmiş tərəfə ödənişi Meqa Səğorta icbari sığorta kimi etmişdir. Çünki həyat yoldaşı ona aid avtomobili Meqa Sığortada icbari sığortalamışdır. Meqa Sığorta öz icbari sığorta borcunu yerinə yetirmişdir. Ford Fusion markalı **-NN-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü yəni o, bu iş üzrə cavabdeh qismində cəlb edilməli deyil. Onu iddiham etmək üçün Meqa Sığorta Cəmiyyətinin heç bir sübutu yoxdur və qanun qarşısında şər-böhtan atmağa görə onun insani hüquqlarını pozduğuna görə qanun qarşısında məsuliyyət daşıyır. Həyat yoldaşının adına olan avtomobili dəfələrlə idarə edərkən (hətta indiki zamanda da nikah şəhadətnaməsiylə idarə edir) yolda reydlər keçirilən zaman sənədləri yoxlanılmış və heç bir problem aşkar edilməmişdir. Əgər qanunda nigah şəhadətnaməsiylə o, həyat yoldaşına aid avtomobili idarə etmək hüququ olmasaydı, bunu DYP əməkdaşları ona bildirər və avtomobil cərimə meydançasına aparılardı .Deməli qanunda nikah şəhadətnaməsiylə həyat yoldaşına aid avtomobili idarə edə bilməz diyə bir maddə və ya qanun yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı "xxxx" ASC-nin 500 (beş yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş qəzada zərərçəkmiş X3 ödədiyi siğorta ödənişinin məbləğinin, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 530,40 (beş yüz otuz manat qırx qəpik) manatın ondan tutulmasınının imtinasıyla bağlı qətnamə qəbul edilməsini və iddiaçının tələbinin rədd edilməsini xahiş etmişdir. Çünki, qanunvericiliyə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir və əlavə sənədə ehtiyac yoxdur. Sadəcə ər və arvad avtomobildə nikah şəhadətnaməsi gəzdirməlidir ki, nikaha daxil olmaq tarixi və avtomobilin qeydiyyat tarixini tutuşdurmaq mümkün olsun. İddiaçı ASC-nin iddia etdiyi İXM 332.1-ci maddəsinə uyğun İXP: ******* nömrəli protokol mövcud deyil. Buna görə də, onların iddialari sübutsuz, əsassız və böhtandır və ondan pul tələb edə bilməzlər. "xxxx" ASC öz əssasız iddiaları və istəkləri ilə onu və ailəsini çox narahat edir və onların vaxtlarını boşuna alır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2804/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 500 manat yol-nəqliyyat hadisəsi nəticəsində verimiş sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun, cəmi 530,40 manat pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yolnəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BDYP tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla Cavabdeh AR İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Lakin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Bakı şəhər BDYP tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərar Bakı şəhər BDYP-nin inzibati xəta haqqında icraata xitam verilməsi haqqında XP1630657 nömrəli qərarı ilə inzibati xəta tərkibi olmadığına görə inzibati icraata xitam verilmişdir. Göründüyü kimi həmin inzibati xətanın törədilməsində şəxsin təqsirli olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh törədilmiş yol-nəqliyyat hadisəsində təqsiri müəyyən edilmədiyi üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələblərini müdafiə edərək qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qarşı tərəfin maşınına dəymiş ziyan iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehin maşını nikah haqqında şəhadətnamə ilə idarə etmişdir. Onların subroqasiya hüquqları cavabdehin maşını nikah haqqında şəhadətnaməsi ilə idarə etməsindən yaranır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsində mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri sadalanır və sürücünün hansı sənədləri özündə saxlamalı olduğu göstərilir. Həmin qanunun 37-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, sürücü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini) və.s. sənədləri özündə saxlamalıdır. Qanunun tələbindən aydın olur ki, əgər ər-arvad birgə nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyət hesab olunmasına razıdırlarsa, tərəflər arasında bağlanmış nikah müqaviləsində və ya tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmamışdırsa, nikah dövründə əldə edilmiş əmlakın ümumi mülkiyyət olmasını təsdiq edən, notariat orqanı tərəfindən verilmiş nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməni təqdim etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi” adlanan 332-ci maddəsinin birinci bəndindən görünür ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirdi ki, cavabdehin maşını sahiblik hüququ və etibarnaməsiz idarə etməsi ilə bağlı məsələyə qiymət verilmişdir. Sözugedən hissədə inzibati tərkib olmadığına görə xitam verilmişdir. Hazırda protokol yoxdur. Qanunvericiliyə əsasən nikah haqqında şəhəadətnaməsi varsa, etibarnaməyə ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tamamilə əsassız iddiadır. Bildirmək istəyir ki, həmin hissəyə müvafiq inzibati orqan öz mövqeyini bildirmişdir. Cavabdehin maşını sahiblik hüququ və etibarnaməsiz idarə etməsi ilə bağlı məsələyə qiymət verilmişdir. Sözugedən hissədə inzibati tərkib olmadığına görə xitam verilmişdir. Digər məsələdə isə artıq subroqasiya hüququnun yaranmasına dəlalət vermir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AD 833569 nömrəl nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı, 99NN634 dövlət qeydiyyat nişanlı, "Ford Fusion" minik markalı avtomobil Nümayəndə2 mülkiyyətindədir; - AD 515587 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2004-cü il buraxılışlı, 10RS991 dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ S350" minik markalı avtomobil X7 mülkiyyətindədir; - İcbari Sığorta Müqaviləsinə dair məlumatın surətindən görünür ki, Sığortaçı "xxxx" ASC ilə Sığortalanan Nümayəndə2 arasında xx.xx.2021-ci il tarixdə PME********** №-li müqavilə bağlanmışdır; - 30 iyun 2022-ci il tarixli İAS221572 saylı sığorta aktının "xxxx" ASC tərəfindən təsdiqlənmiş surətindən görünür ki, zərər dəymiş əmlaka (MERCEDES BENZ S350 (10RS991)) görə sığorta ödənişi avtomobilin təmiri üçün X7 (etibarnamə əsasında X2) hesabına 500 manat pul köçürülmüşdür; - xx.xx.2022-ci il tarixli qüsur aktının surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində 10RS991 dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ S350” markalı avtomobilə 500 manat məbləğində ziyan dəymişdir; - İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində saat 09:30-da yol-nəqliyyat hadisəsi törətmiş və AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətmişdir; - TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixində saat 09:30-da 99NN634 dövlət qeydiyyat nişanlı “Ford Fusion” minik markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur; - İnzibati xəta haqqında iş üzrə icrata xitam verilməsi haqqında XP ******* saylı qərardadan görünür ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “Ford Fusion” mikin markalı 99NN634 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin istifadəçisi Cavabdeh barəsində AR İXM-nin 332.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Lakin onun barəsində AR İXM-nin 332.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadıqda icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən Cavabdeh barəsində başlanılmış İXP4722918 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 990-06/022 SH məktubundan görünür ki, Cavabdeh və Nümayəndə2 hadisə nəticəsində zədələnmiş avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsində iştirak edilməsi və sığorta hadisəsinin tənzimlənməsi ilə bağlı təkliflərinin 3 (üç) iş günü müddətində cəmiyyətə yazılı şəkildə təqdim edilməsi xahiş edilmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına 1 saylı əlavədən görünür ki, 500 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən X2 hesabına köçürülmüşdür; - Dövlət rüsumu haqqında xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30,00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi və Nümayəndə2 mülkiyyətində olmaqla "xxxx" ASC-də PME********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Ford Fusion” markalı ** NN *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Babək prospekti ilə hərəkət edən zaman yol ayrıcını keçmə qaydalarını pozmuş, nəticədə, “Mercedes Benz S350” markalı ** RS *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “Ford Fusion” markalı ** NN *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz S350” markalı ** RS *** dövlət nömrə nişanlı avtomobilə 500 (beş yüz) manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS221572 saylı xx.xx.2022-ci il tarixli, Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 500 (beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, mülki işin məhkəmə tərəfindən mübahisəsiz müəyyən edilmiş hallarından aydın olur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə etibarnamə olmadan PME********** saylı sığorta şəhadətnaməsi əsasən sığortalanmış Nümayəndə2 məxsus ** NN *** dövlət qeydiyyat nişanlı, “Ford Fusion” minik markalı avtomobili idarə edərkən Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X8 (etibarnamə üzrə X2 idarə etdiyi) məxsus olan ** RS *** dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ S350" minik markalı avtomobilə zərər vurmuşdur. Qeyd olunan X8 məxsus olan 10RS991 dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ S350" minik markalı avtomobilə dəyən zərərin aradan qaldırılması üçün "xxxx" ASC 500 manat məbləğində ödəniş həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı İXP ******* saylı, xx.xx.2022-ci saylı İnzibati xəta haqqında Protokol tərtib edilmiş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanunun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “Ford Fusion” mikin markalı 99NN634 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin istifadəçisi Cavabdeh barəsində AR İXMnin 332.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Lakin onun barəsində AR İXM-nin 332.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadıqda icraata xitam verilməli olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən İnzibati xəta haqqında iş üzrə icrata xitam verilməsi haqqında XP ******* saylı qərarı ilə Cavabdeh barəsində başlanılmış İXP4722918 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq qeyd edir ki, məhkəmə iclasında tətqiq edilmiş sübutlarla baş vermiş nəqliyyat hadisəsi zamanı cavabdehin “Ford Fusion” mikin markalı 99NN634 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini avtomobili idarə etmək hüququ olmadan idarə etməsi təsdiq edilmədiyindən, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" ASC tərəfindən 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat xidməd haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya hüququ əsasında pulun tutulması" tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya hüququ əsasında pulun tutulması" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar