Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-283/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı X12 və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı "notariat hərəkətlərinin aparılması vəzifəsinin notariusun üzərinə qoyulması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı "notariat hərəkətlərinin aparılması vəzifəsinin notariusun üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X13 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 44 saylı evin 14 saylı mənzilin 1/3 hissəsinin tərəfindən miras əmlak olaraq qəbul edilməsi və 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə X15 və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X13 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 44, 14 saylı mənzilin 1/3 hissəsinə dair İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 08 may 2016-cı il tarixdə vəfat etmiş anası X10 ölümündən sonra vərəsəlik hüququ üzrə şəhadətnamənin alınması üçün 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət etmişdir. Belə ki, mərhum anası X17 tərəfindən 27 yanvar 2014-cü il tarixdə Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontorunda vəsiyyətnamə yazılmış və həmin vəsiyyətnaməyə əsasən ona məxsus bütün əmlakın ona (İddiaçı) vəsiyyət edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 44 saylı evin 14 saylı mənzilin 1/3 hissəsi X10 paylı mülkiyyətində olmuşdur. 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin 08 may 2021-ci il tarixli məktubuna əsasən payların bölüşdürülməsinin mümkün olmaması səbəbindən imtina cavabı verilmişdir. 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin 08 may 2021-ci il tarixli məktubunda göstərildiyi kimi mirasın açıldığı zaman miras qoyanın vərəsəsi ola biləcək X19 miras qoyandan öncə (xx.xx.2013-cü il tarixdə) vəfat etdiyindən onun övladları X20 və X4 miras paya dair məcburi pay hüququna malik olmadığı göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, vəsiyyətnamə var iddiaçı da faktiki olaraq əmlaka sahiblik edir, imtina məktubunda da qeyd olunub ki, mirasın açıldığı zaman miras qoyanın vərəsəsi ola biləcək X19 miras qoyandan öncə (xx.xx.2013-cü il tarixdə) vəfat etdiyindən onun övladları X20 və X4 miras paya dair məcburi pay hüququna malik deyillər. Belə olan halda notarius vərəsəlik haqqında şəhadətnamə verməli idi. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Notariat hərəkətləri qanunauyğundur. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X16 və X6 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron ünvanına və mobil telefon vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X12 və X4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin və cavabdehin vəkili-nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri 4 saylı Notariat Ofisində təsdiq edilmiş 27 yanvar 2014-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X17 bütün daşınar və daşınmaz əmlakını qızı İddiaçı vəsiyyət etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 44 saylı evin 14 saylı mənzilin 1/3 hissəsi İddiaçı paylı mülkiyyətindədir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin 08 may 2021-ci il tarixli, 980 nömrəli məktubunun surətindən görünür ki, bildirilir ki, xx.xx.2016-cı il tarixdə 5 saylı “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə xx.xx.2016-cı il tarixdə vəfat etmiş X10 vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq, anasından qalmış miras əmlaka dair vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət edilmişdir. Məlumat üçün bildirilir ki, onunla eyni tarixdə mərhumun iki nəvəsi X20 və X11 da vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Eyni zamanda 1194-cü maddədə də qeyd edilir ki, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Mirasın açıldığı zaman miras qoyanın vərəsəsi ola biləcək X19 miras qoyandan öncə (xx.xx.2013-cü il tarixdə) vəfat etdiyindən onun övladları X20 və X11 miras paya dair məcburi pay hüququna malik ola bilmirlər. Bu baxımdan, vəsiyyət üzrə miras payın qanunauyğun surətdə və düzgün bölüşdürülməsi mümkün olmadığından bununla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - AZ İ seriyalı, 646225 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 05 noyabr 2013-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. - AZ İ seriyalı, 820778 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 08 may 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. - 05 noyabr 2016-cı il tarixli, 840 nömrəli MKİS-in arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 44 saylı evin 14 saylı mənzili ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən İddiaçı şəxsi mülküdür. Anası mərhumə X17 2000-ci il tarixdən xx.xx.2016-cı il tarixədək yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, X17 27 yanvar 2014-cü il tarixli vəsiyyətnamə ilə bütün daşınar və daşınmaz əmlakını qızı İddiaçı vəsiyyət etmişdir. X17 08 may 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. X19 isə 05 noyabr 2013-cü il tarixdə, yəni vəsiyyətnamə tərtib edilməmişdən öncə vəfat etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 44 saylı evin 14 saylı mənzilin 1/3 hissəsi 04 dekabr 2014-cü il tarixli, ******* nömrəli çıxarışa əsasən İddiaçı paylı mülkiyyətindədir. Mirasın açıldığı zaman miras qoyanın vərəsəsi ola biləcək X19 miras qoyandan öncə (xx.xx.2013-cü il tarixdə) vəfat etdiyindən onun övladları X20 və X11 miras paya dair məcburi pay hüququna malik ola bilmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qanunvericiliyin tələbindən göründüyü kimi İddiaçı və X3 Almas İsrafil qızının vərəsəsidirlər. X20 və X11 isə ataları X14 vərəsəsidirlər. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. 1252-ci maddəsinə əsasən Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Hazırki işin hallarından görünür ki, mirasın açıldığı zaman miras qoyanın vərəsəsi ola biləcək X19 miras qoyandan, yəni X8 öncə (xx.xx.2013-cü il tarixdə) vəfat etdiyindən onun övladları X20 və X11 miras paya dair məcburi pay hüququna malik ola bilmirlər. Belə ki, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Mirasın açıldığı an isə X19 vəfat etmişdir. Məcburi payın tələb hüququ vərəsəlik üzrə keçir. X9 miras açıldıqdan sonra, lakin mirası qəbul edilənədək vəfat etmiş olsa idi o zaman mirasdan məcburi pay almaq hüququ X16 və X2 olardı. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 44, 14 saylı mənzilin 1/3 hissəsi X7 ikən İddiaçı paylı mülkiyyətinə keçmişdir. Miras qoyan X17 27 yanvar 2014-cü il tarixdə bütün daşınar və daşınmaz əmlakını qızı İddiaçı vəsiyyət etmişdir. X12 və X4 ataları X3 Almas İsrafil qızından öncə vəfat etdiyindən mirasdan məcburi pay almaq hüququna malik deyillər. X1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 44, 14 saylı mənzilinə olan 1/3 hissəsinə dair payına İddiaçı vərəsəlik şəhadətnaməsi verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, X13 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 44, 14 saylı mənzilin 1/3 hissəsinə dair İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X13 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 44, 14 saylı mənzilin 1/3 hissəsinə dair İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-283/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-283/2023
16.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver