Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2868/2025 15.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “X4 13” markalı komputer üçün, 2019,50 (iki min on doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, 201,95 (iki yüz bir manat, 95 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “X4 13” markalı komputer üçün 1359,50 (min üç yüz əlli doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, 135,95 (yüz otuz beş manat, 95 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********61131 olan “Samsung Galaxy S24 Ultra” markalı telefon üçün 194 (min yüz doxsan yeddi manat, 10 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 119,71 (yüz on doqquz manat, 71 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paket L Xidməti, Case, İmei kodu **********41959 olan “Oppo A78” markalı telefon üçün 509,70 (beş yüz doqquz manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 50,97 (əlli manat, 97 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********59118 olan “Oppo A38” markalı telefon, İmei kodu **********60116 olan “Oppo A38” markalı telefon üçün 400,50 (dörd yüz manat, 50 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,20 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, 40,05 (qırx manat, 05 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “X3 3” markalı qulaqlıq üçün 194 (yüz doxsan dörd) manat ödənilməmiş hissə, 19,40 (on doqquz manat, 40 qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 6342,73 manat borc, 83,43 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə ABC-Telecom” MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, tarixli müqavilələrə əsasən, “X4 13” markalı komputer 2 ədəd, Paket XL Xidməti, İmei kodu **********61131 olan “Samsung Galaxy S24 Ultra” markalı telefon, Paket L Xidməti, Case, İmei kodu **********41959 olan “Oppo A78” markalı telefon İmei kodu **********59118 olan “Oppo A38” markalı telefon, İmei kodu **********60116 olan “Oppo A38” markalı telefon, “X3 3” qulaqlıq almış və nəticədə 6342,73 (altı min üç yüz qırx iki manat, 73 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2052 (iki min əlli iki) manat (18 ay x 114 manat + 0 manat ilkin ödəniş) olan “X4 13” markalı komputer üçün ümumilikdə, 2221,45 (iki min iki yüz iyirmi bir manat, 45 qəpik) manat olmaqla ondan, 2019,50 (iki min on doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 201,95 (iki yüz bir manat, 95 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1944 (min doqquz yüz qırx dörd) manat (12 ay x 116 manat + 552 manat ilkin ödəniş) olan “X4 13” markalı komputer üçün ümumilikdə 1495,45 (min dörd yüz doxsan beş manat, 45 qəpik) manat olmaqla ondan 194 (min üç yüz əlli doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 135,95 (yüz otuz beş manat, 95 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3080,52 (üç min səksən manat, 52 qəpik) manat (18 ay x 171.14 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********61131 olan “Samsung Galaxy S24 Ultra” markalı telefon üçün ümumilikdə, 1340,41 (min üç yüz qırx manat, 41 qəpik) manat olmaqla ondan, 194 (min yüz doxsan yeddi manat, 10 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 119,71 (yüz on doqquz manat, 71 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 698.95 (altı yüz doxsan səkkzi manat, 95 qəpik) manat (15 ay x 42.33 manat + 64 manat ilkin ödəniş) olan Paket L Xidməti, Case, İmei kodu **********41959 olan “OPPO A78” markalı telefon üçün ümumilikdə 584,27 (beş yüz səksən dörd manat, 27 qəpik) manat olmaqla ondan, 509.70 (beş yüz doqquz manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 50.97 (əlli manat, 97 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 496.08 (dörd yüz doxsan altı manat, 08 qəpik) manat (12 ay x 41.34 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********59118 olan “OPPO A38” markalı telefon, İmei kodu **********60116 olan “OPPO A38” markalı telefon üçün ümumilikdə, 487,75 (dörd yüz səksən yeddi manat, 75 qəpik) manat olmaqla ondan, 400.50 (dörd yüz manat, 50 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47.20 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 40,05 (qırx manat, 05 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 441 (dörd yüz qırx bir) manat (18 ay x 24,50 manat + 0 manat ilkin ödəniş) olan “X3 3” markalı qulaqlıq üçün ümumilikdə 213,40 (iki yüz on üç manat, 40 qəpik) manat olmaqla ondan, 194 (yüz doxsan dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19,40 (on doqquz manat, 40 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3032.25 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi elektron qaydada ərizə verərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etdiyini, borcunun olmasını, maddi cəhətdən çətinliklərinin olduğunu, hal-hazırda işsiz olduğunu, ancaq borcunda güzəşt edilməsini istədiyini, növbəti aydan ayda 50 manat ödəyə biləcəyini bildirərək qeyd olunanların cərimə borcunda nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən Cavabdeh ümumi dəyəri 2052 manat olan “X4 13” markalı komputer, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 1944 manat olan “X4 13” markalı komputer, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 3080,59 manat olan İmei kodu **********61131 olan “Samsung Galaxy S24 Ultra” markalı telefon, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 698,94 manat olan Paket L Xidməti, Case, İmei kodu **********41959 olan “OPPO A78” markalı telefon, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 496,08 manat olan İmei kodu **********59118 olan “Oppo A38” markalı telefon, İmei kodu **********60116 olan “Oppo A38” markalı telefon, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 441 manat olan “X3 3” markalı qulaqlıq satılmışdır. Cavabdeh müqavilələr üzrə qeyd olunan müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2019,50 manat ödənilməmiş hissə, 201,95 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1359,50 manat ödənilməmiş hissə, 135,95 manat cərimə, xx.xx.2024cü il tarixli müqavilə üzrə 1197,10 manat ödənilməmiş hissə, 119,71 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 509,70 manat ödənilməmiş hissə, 50,97 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 400,50 manat ödənilməmiş hissə, 40,05 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 194 manat ödənilməmiş hissə, 19,40 manat cərimə borcu olmaqla, ümumilikdə 6342,73 manat borcu vardır. Həmçinin İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli arayışı ilə İmei kodu **********61131 olan “Samsung Galaxy S24 Ultra” markalı telefon, İmei kodu **********41959 olan “OPPO A78” markalı telefon, İmei kodu **********59118 olan “Oppo A38” markalı telefon və İmei kodu **********60116 olan “Oppo A38” markalı mobil telefonların açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23,60 manat ümumilikdə 94,40 manat pul ödənilməsi müəyyən edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib tərəflərin izahatını dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 442-ci, 448.1-ci, 462.1-ci, 467-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə iddia tələbinin “İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumların cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin 3.4-cü bəndinə əsasən Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə biləcəyi, müqavilənin 3.5-ci bəndinə əsasən isə müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi müqavilənin qeyd edilən bəndi iddiaçıya cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icra edilmədiyi təqdirdə öhdəliyin icrasını təmin etmək üçün əlavə tədbir görmək hüququ verir. İddiaçı isə hazırda cavabdeh tərəfindən öhdəlik icra edilmədiyi üçün qeyd edilən hüququndan istifadə etdiyini bildirirək ona zərər dəydiyini iddia edir. Lakin iddiaçı tərəfindən məhkəməyə qeyd edilən hüququndan istifadə etməsinə dair mötəbər sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müqavilə üzrə cavabdehin sahiblik və istifadəsinə verilmiş telefonun İMEİ kodunun deaktiv olunması ilə bağlı sübut təqdim etməlidir. Nəzərə alınmalıdır ki, iddiaçı zərər dəydiyini, dəymiş zərərin məbləğini və zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəydiyini sübut etmə öhdəliyi daşıyır. Odur ki, iddiaçının iddia tələbi qeyd edilən hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2019,50 manat ödənilməmiş hissə, 100 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1359,50 manat ödənilməmiş hissə, 60 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1197,10 manat ödənilməmiş hissə, 50 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 509,70 manat ödənilməmiş hissə, 25 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 400,50 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 194 manat ödənilməmiş hissə, 9 manat cərimə borcu olmaqla, cəmi 5944,30 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 83,43 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2019,50 manat ödənilməmiş hissə, 100 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1359,50 manat ödənilməmiş hissə, 60 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1197,10 manat ödənilməmiş hissə, 50 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 509,70 manat ödənilməmiş hissə, 25 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 400,50 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 194 manat ödənilməmiş hissə, 9 manat cərimə borcu olmaqla, cəmi 5944,30 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,43 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2868/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2868/2025
15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver