Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2875/2024 21.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı MTK Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cü il tarixli, PBR 081 saylı 917C nömrəli mənzil üzrə alqı-satqı müqaviləsinə əsasən cavabdehin 3346.11 manat borcunun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 53.47 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3399.58 manat məbləğin Cavabdeh tutularaq İddiaçı MTK-nın hesabına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK Cavabdeharasında ünvan 1 ünvanındakı “X1” yaşayış kompleksində yerləşən binanın C bloku, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 181 kv.m. olan (157 kv.m. əmlakın daxili hissəsi, 24 kv.m. balkon) 917C saylı mənzilin alqı-satqısına dair xx.xx.2010-cü il tarixli, PBR 081 saylı müqavilə imzalamışdır. xx.xx.2010-cü il tarixli, PBR 081 saylıalqı-satqı müqaviləsinin 4 saylı Əlavəsində İnvestora (cavabdehə) göstərilən xidmətlər ətraflı sadalanır. Həmin alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsinin 5-ci bəndinə əsasən, İnvestor (yəni cavabdeh) Şirkətə göstərilən xidmətlərin müqabilində Şirkətə əmlkaın hər kv.m. üçün hər ay 2 manat Xidmət haqqı ödəyəcək. Həmin alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsinin 6-ci bəndinə əsasən, İnvestor (yəni cavabdeh) avtomobil dayanacaq yerini satın almış olduqda, avtomobil dayanacaq haqqı hər sahəyə görə hər ay 10 manat təşkil edir. Həmin müqavilənin 9-cu bəndinə görə, bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və təfsir edilir. Bu Müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan və Tərəflər arasında dostcasına həll oluna bilməyən bütün mübahisələr həll edilmək üçün Azərbaycan Respublikasının məhkəmələrinə göndərilməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, cavabdehin 917C saylı mənzil və dayanacaq yeri borcları üzrə qoşmada əlavə oluan borc cədvəlində göstərildiyi kimi 2024-cü ilin avqust ayı da daxil olmaqla mənzil və dayanacaq yeri üçün xidmət haqqı 3346.11 manat təşkil edir. Belə ki, mənzilin üçün xx.xx.2010-cü il tarixli, PBR 081saylı alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsinin 5-ci bəndinə əsasən cavabdeh sakin Cavabdeh181 kv.m. mənzilin hər kvadrat metri üçün aylıq 2 manat xidmət haqqı olmaqla mənzil üzrə aylıq 362 manat (181 kv.m. x 2=362 manat) xidmət haqqı və və həmin Əlavənin 6-cı bəndinə əsasən 1 dayanacaq yeri üçün aylıq 10 manat olmaqla, ümumilikdə mənzil və dayanacaq yeri üzrə aylıq 372 manat (362+10=372 manat) ödənilməli idi. Borcun yaranma mənbəyinə gəldikdə, xx.xx.2023xx.xx.2024-cü illər aralığında mənzil və dayanacaq yeri üzrə xidmət haqqı borclarına görə ödənişlər edilməmiş və ümumilikdə 9 aylıq mənzil və parkinq üzrə 3346.11 manat (9x371.79=3346.11) xidmət haqqı borcu yaranmışdır. Beləliklə, ümumilikdə mənzil və dayanacaq yeri üçün xidmət haqları üzrə 3346.11 manat (9x371.79=3346.11) məbləğdə borc yaranmışdır. Əlavə olaraq, cavabdehin ünvanına xx.xx.2024-cü il tarixli pretenziya göndərilərək borcun ödənilməsi tələb edilmiş və ağlabatan müddət müəyyən edilmiş, lakin cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, göründüyü kimi iddiaçı MTK müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdeh israrla bu günə qədər göstərilən xidmətlərə görə xidmət haqqını ödəməkdən boyun qaçırır.
İş materialları :
3. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2010-ci il tarixli, PBR-081 saylı müqavilə və həmin müqaviləyə əlavə olan Əlavə 4-dən görünür ki. tərəflər iddiaçı tərəfindən Əlavə 4-də qeyd edilən xidmətlərin göstərilməsi barədə razılığa gəlmişlər.
4. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-xx.xx.2024-cü ilədək dövr ərzində kommunal borc üçün heç bir ödəniş edilməmişdir.
5. İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə olan ümumi xidmət haqqı və kommunal borcu 2230.08 manat təşkil edir, bu barədə ona xx.xx.2024-cü il tarixli bildiriş təqdim edilmişdir. Bu məktubu aldıqdan sonra 10 gün ərzində borcu qoşmadakı bank hesab rekvizitlərinə ödəməsi xahiş olunmuş, əks təqdirdə tərəflərindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
6. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 53.87 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin mövqeləri :
7. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
8. İddiaçının nümayəndəsi Vəkil tərəfindən xx.xx.2024-cü tarixdə ərizə ilə məhkəməyə müraciət edilərək, 2(007)-2875/2024 saylı mülki iş üzrə iddiaçının iddiadan imtina etməsini qəbul edərək, iş üzrə icraata xitam verilməsinin və iddia tərəfindən ödənilmiş ümumi məbləği 53.47 manat olan dövlət rüsumunun İddiaçı MTK-ya qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir .
9. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
10. İddiaçı MTK Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə məhkəmənin baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi Vəkil xx.xx.2024-cü tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iddiadan imtina etməsini qəbul edərək iş üzrə icraata xitam verilməsi və iddiaçı tərəfindən ödənilmiş ümumi məbləği 53.47 manat olan dövlət rüsumunun iddiaçıya qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə.
Məhkəmənin mövqeyi :
12. Məhkəmə iddia ərizəsini və iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.
13. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul olunduqda məhkəmə iş üzrə icraata xitam verir.
14. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə baxış iclası təyin edilmişdir. İddiaçının nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddia ərizəsində qeyd edilən 3346.11 manat məbləğində borc tam şəkildə ödənildiyi üçün iddiadan imtina etdiklərini bildirmişdir.
15. İddiaçının nümayəndəsinin tələbindən imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur.
16. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (MPM maddə 52.5).
17. Məhkəmə İddiaçı MTK-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiadan imtina etməsi haqqında ərizəni iş materailları, işin halları ilə birlikdə araşdıraraq qeyd edir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur.
18. Bu səbəbdən də, iddiaçı nümayəndəsinin iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş etibarnamədən aydın olur ki, İddiaçı MTK- tərəfindən öz nümayəndəsinə iddiadan imtina etmək səlahiyyəti verilmişdir.
19. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
20. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.
Nəticə :
21. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən baxış icraatı mərhələsində iddiadan imtina olunması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı MTK-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.
22. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 53.47 (əlli üç manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu (Ödəyici : "xxxx" ASC; VÖEN:**********1; büdcə səviyyə kodu:1; büdcə təsnifat kodu:142211 qəbzin nömrəsi:**********; tarix:xx.xx.2024, saat:11:00) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 53.47 (əlli üç manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu (Ödəyici : "xxxx" ASC; VÖEN:**********1; büdcə səviyyə kodu:1; büdcə təsnifat kodu:142211 qəbzin nömrəsi:**********; tarix:xx.xx.2024, saat:11:00) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İşin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi tərəflərə izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva