Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2886/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında zərərin ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "subroqasiya qaydasında zərərin ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1664,77 manat məbləğində vurulmuş zərər və sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin verilməsi üçün 36,65 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 1701,42 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC (bundan sonra ismin müvafiq hallarında «sığortalı» adlandırılacaqdır) mülkiyyətində оlan «MERCEDES BENZ E350» markalı, ** PU *** dövlət nömrə nişanlı minik avtоmоbilini bəzi hadisələrdən, о cümlədən yоl-nəqliyyat hadisələrindən iddiaçı–"xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalamışdır. Sığоrtalıya xx.xx.2019-cu il tarixli CSB ********* nömrəli və xx.xx.2019-cu il tarixli 200130601-1 nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. 2019-cu il noyabrın 24-də X5 tərəfindən idarə edilən “VAZ 21144» markalı, 99–XU–103 dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik Mall” Ticarət Mərkəzinin avtodayanacağında sığortalanmış «MERCEDES BENZ E350» markalı, ** PU *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Bakı şəhəri, Nərimanov DYPŞ-in İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Bakı şəhəri, Nərimanov DYPŞ-in TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli əməli nəticəsində baş verməsi inzibati xəta haqqında iş üzrə qərarı ilə müəyyən edilərək, təsdiqini tapmışdır. “X2” MMC tərəfindən verilmiş təmir sifarişinə əsasən hadisə nəticəsində sığоrtalı «MERCEDES BENZ E350» markalı, ** PU *** dövlət nömrə nişanlı avtоmaşına 6664,77 manat məbləğində zərər dəymişdir. Sığortalı ilə iddiaçı arasında 100 manat şərtsiz azadolma (franşiza) məbləği nəzərdə tutulduğundan sığorta ödənişi 6564,77 olmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixində 6564,77 manat məbləği zərərçəkmiş şəxs Yusifli Hüseyn Zülal oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. X5 tərəfindən idarə edilən “VAZ 21144» markalı, ** XU *** dövlət nömrə nişanlı avtomaşın "xxxx" ASC-də icbari sığorta növündə sığortalağından sonuncu tərəfindən xx.xx.2020-ci il tarixində "xxxx" ASC-yə 4900 manat sığorta ödənişi etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)- 993/2022 saylı qərardadına əsasən X6 vəfat etdiyi üçün mülki iş üzrə icraata xitam verilmişdir. 5 saylı Bakı “Asan Xidmət” Mərkəzindəki notariat ofisinin xüsusi notariusu Nərmin Gülməmmədova tərəfindən verilən məlumata əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış şəxs Cavabdehdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, «MERCEDES BENZ E350» markalı, ** PU *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İşə əlavə olunmuş CSB57136 nömrəli sığorta aktının surətindən görünür ki, zərər dəymiş əmlaka «MERCEDES BENZ E350» markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün sığorta ödənişi olan 6564.77 manat ödəniləcək məbləğ qeyd olunmuşdur. İşə əlavə olunmuş “X2” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktına əsasən «MERCEDES BENZ E350» markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 6664.79 manat təşkil edir. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişi almaq üçün 10000 04501 nömrəli kart Yusifli Hüseyn Zülal oğluna təhvil verilmişdir. İşə əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən 100 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs Yusifli Hüseyn Zülal oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İşə əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Pretenziya məktubundan görünür ki, Cavabdeh 1646.77 manat sığorta ödənişinin 7 gün müddətində ödənilməsi tələb edilmiş, ödəmədiyi təqdirdə "xxxx" ASC tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşə əlavə olunmuş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(007)-993/2022 saylı qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı "subroqasiya qaydasında pul" tələbinə dair mülki işin icraatına xitam verilmişdir. İşə əlavə olunmuş İXP ******* saylı, 24.11.219-cu il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X5 xx.xx.2019-cu il tarixdə saat 18:00-da Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik Mall” Ticarət Mərkəzinin avtodayanacağında “VAZ 21144» markalı, 99–XU–103 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. İşə əlavə olunmuş Bakı şəhər DYPİ-nin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 18:00-da Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik Mall” Ticarət Mərkəzinin avtodayanacağında yol-nəqliyyat hadisəsi baş vermişdir. X1 mülkiyyətində olan “VAZ 21144» markalı, 99–XU–103 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən anda sürücüsü olan X5 yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. İşə əlavə olunmuş AC seriyalı 871566 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21144» markalı, 99–XU–103 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. İşə əlavə olunmuş 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdehdır. İşə əlavə olunmuş subroqasiya ödənişlərinin açıqlamasından görünür ki, "xxxx" ASC tərəfindən 4900 manat məbləğində pul ödənilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 36.65 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 xx.xx.2019-cu il tarixdə saat 18:00-da Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik Mall” Ticarət Mərkəzinin avtodayanacağında “VAZ 21144» markalı, 99–XU–103 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində X1 təqsirli olması Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında Qərarda öz əksini tapmışdır. Qüsur aktına və qiymətləndirmə aktına əsasən «MERCEDES BENZ E350» markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə 6664.77 manat ziyan dəymişdir. Hesabdan çıxarışa əsasən "xxxx" ASC 100 manat sığorta ödənişini həyata keçirmişdir. "xxxx" ASC tərəfindən 4900 manat məbləğində sığorta ödənişi edilmişdir. 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktuba əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdehdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-993/2022 saylı qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı "subroqasiya qaydasında pul" tələbinə dair mülki işin icraatına xitam verilmişdir. “İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunanlarla müəyyən edildi ki, «MERCEDES BENZ E350» markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə 6664.77 manat ziyan dəymişdir. "xxxx" ASC 100 manat sığorta ödənişini həyata keçirmişdir. "xxxx" ASC tərəfindən 4900 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırkı halda dəymiş ziyan 6664.77 manat məbləğindən sığorta ödənişləri çıxılaraq 1664.77 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi 4 iyun 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenumunun Qərarına əsasən Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Hazırki işdə X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh onun vərəsəsi qismində tanınmışdır. Belə olan halda Cavabdeh 1664,77 manat məbləğində vurulmuş zərər iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" ASC tərəfindən 36.65 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36.65 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh 1664.77 manat sığorta ödənişi, 36.65 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1664.77 manat sığorta ödənişi, 36.65 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova Hakim
Məhkəmə qərarları › İş №e-2(007)-2886/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2886/2023
20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver