Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2897/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Tələb:
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 246 (iki yüz qırx altı) manat məbləğində əsas borc, 25 (iyirmi beş) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 301 (üç yüz bir) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata götürülmədən geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Hakimin mövqeyi:
4. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi icraata götürülmədən geri qaytarılmalıdır.
5. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
6. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********49 ömrəli qəbzdən görünür ki, İddiaçı MMC hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat (“AsanPay vasitəsilə, qəbz nömrəsi: **********49, büdcə təsnifat kodu: 14221100, tarix: xx.xx.2024, saat 18:02:14) məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Nəticə:
9. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu büdcədən geri qaytarılmalıdır.
10. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq,
Qərara aldım:
İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən geri qaytarılsın. İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat (“AsanPay vasitəsilə, qəbz nömrəsi: **********49, büdcə təsnifat kodu: 14221100, tarix: xx.xx.2024, saat 18:02:14) məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova