Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2907/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı oCavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 555 (beş yüz əlli beş) manat məbləğində əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin (pulun) tutularaq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sahə mülkiyyətçilərinin qərarı ilə, "Binəqədi 35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyata alınmışdır. Yeni yaranan Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ "Binəqədi-35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həvalə olunub. Həmçinin bildirirəm ki, Cavabdeh "Binəqədi-35" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaranana qədər 555 (beş yüz əlli beş) manat borcu olsada həmin borcu ödəməmisiniz. Mövcud qanunvericilikdə müəyyən edilmiş qaydalara uyğun olaraq borcun ödənilməsini cavabdehdən xahiş etsəkdə cavabdeh tərəf borcunu ödəməkdən yayınmışdır. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqları üçün 30 manat dövlət rüsumu ödəmişdir. Hesab edirlər ki, iddia tələblərində qeyd edilən 555 (beş yüz əlli beş) manat məbləğindəki borc məbləği və 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.
Cavabdehin etirazı:
3. İddiaçı Nurulla oğlunun etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Nurulla oğlu tərəfindən əsassız iddia edilən 555 manat məbləğində pul vəsaiti iş materiallarına əlavə edilmiş hakim X1 ümumi qeyd edilən 660 manat məbləğin içinə əlavə edildiyi üçün iddiaya hakim Ülkər Yusifova tərəfindən baxılaraq borc məbləğinin qismən təmin edilməsinə dair qətnamə qəbul edilmişdir. Beləliklə, İddiaçı Nurulla oğlunun əsassız olaraq eyni məbləğə görə ikinci dəfə əsassız müraciətinə etiraz edir və məhkəmədən İddiaçı Nurulla oğlunun iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :
284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
6. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi işə sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyi ilə əlaqədar icraata qəbul edilməkdən imtina edilməlidir.
7. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.
8. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsi iş materialları ilə birlikdə öyrənilərkən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı 555 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Lakin İddiaçı Cavabdeh 555 manat məbləğində borcu olmasını təsdiq edən sənədləri (məsələn: maliyyə arayışı) iş materiallarına əlavə etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyə əsasən verilmiş tələbi təsdiq edən sənədlər iş materiallarına əlavə edilməlidir.
9. Həmçinin işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, hazırki iddia tələbi ilə iddiaçı məhkəməyə müraciət etmiş, lakin verilmiş tələbi təsdiq edən sənədlər əlavə edilmədiyi üçün iddia ərizəsi geri qaytarılmaqla, iddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin iddiaçı yenidən eyni qaydada cavabdehin 555 manat borcu olmasını təsdiq edən, həmçinin həmin borcun yaranma tarixini müəyyən etməyə imkan verən sübutları iş materiallarına əlavə etmədən sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir.
10. Həmçinin cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək hazırki iddia tələbi ilə bağlı artıq Bakı şəhər Nizami rayon Məhkəməsinin qətnaməsinin mövcud olduğunu bildirmişdir.
11. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)- 268/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh binanın saxlanması üçün xidmətlərə görə 299.70 manat məbləğində borc, hüquqi xidmət üçün ödənilmiş 120 manat iddiaçı “Binəqədi 35” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
12. Məhkəmə cavabdehin etiraz ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iş materiallarına cavabdehin borcunu təsdiq edən sənədlərlə yanaşı, həm də həmin borcun hansı dövrə aid olmasını təsdiq edən sənədləri əlavə etmədiyindən, hazırda iddiaçının cavabdehdən tələb etdiyi borc məbləğinin hansı dövrə aid olmasını müəyyənləşdirmək mümkün olmadığından, məhkəmə tərəfindən tələb edilən borc məbləğinin Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-268/2024 saylı qətnaməsi ilə qismən təmin edilən borc məbləğinə daxil olub olmamasını müəyyənləşdirmək qeyrimümkündür.
13. Belə olan halda, mülki prosessual qanunvericiliyə əsasən iddiaçının cavabdehə qarşı olan tələbini təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.
Nəticə :
14. Beləliklə, məhkəmə qeyd edir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədiyindən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir.
15. Həmçinin, iddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə iddia icraatı qaydasında iddia ilə müraciət edə bilər.
16. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (xidmət istifadəçisi İddiaçı VÖEN:**********, qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu:142211; tarix: xx.xx.2024, saat: 10:40) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada təqdim olunsun. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (xidmət istifadəçisi İddiaçı VÖEN:**********, qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu:142211; tarix: xx.xx.2024, saat: 10:40) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.
Hakim Starə Əliyeva