Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2919/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alqı-satqı müqaviləsi üzrə verilmiş əşyanın ödənilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2022-ci il tarixli, B- 048-AAE-22 nömrəli alqı-satqı müqaviləsi üzrə qalıq 36050 manat əsas borc, xx.xx.2025ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 4704 manat dəbbə pulu olmaqla, ümumilikdə 40754 manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əsas borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 721 manat pul vəsaiti; xx.xx.2023-cü il tarixli, B-629-AAE-23 nömrəli alqı-satqı müqaviləsi üzrə qalıq 47615 manat əsas borc, xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 1992 manat dəbbə pulu olmaqla, ümumilikdə 49607 manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əsas borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 352.22 manat pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 365.30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B-048-AAE-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı “Changan F70” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC, X2 və X3 arasında xx.xx.2022-ci il tarixli, B-048- AAE-22 nömrəli alqı-satqı müqaviləsinə əlavə olaraq bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən Rəşad Kərimovun müqavilə üzrə bütün hüquq və vəzifələri eyni həcmdə Təhmin Abbasova keçmiş, həmçinin “Changan F70” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun istifadəsinə verilmişdir. İddiaçı MMC, Təhmin Abbasov və Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, B-048-AAE-22 nömrəli alqı-satqı müqaviləsinə əlavə olaraq bağlanmış xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən Təhmin Abbasovun müqavilə üzrə bütün hüquq və vəzifələri eyni həcmdə Cavabdeh keçmiş, həmçinin “Changan F70” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsinə verilmişdir. İddiaçı MMC ilə X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B- 629-AAE- 23 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı “Changan F70” markalı, **-PH- *** dövlət qeydiyyat nişanlı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC, Andrey Sarıçev və Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, B-629- AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əlavə olaraq bağlanmış xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən Andrey Sarıçevin müqavilə üzrə bütün hüquq və vəzifələri eyni həcmdə Cavabdeh keçmiş, həmçinin “Changan F70” markalı, **-PH-*** dövlıt qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsinə verilmişdir. Lakin cavabdeh müqavilələrdə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələlərlə əlaqədar iddiaçı tərəfindən cavabdehə şifahi qaydada, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubları ilə yazılı qaydada müraciət edilərək annuitet ödənişlərin edilməsi, əks halda müqavilələrin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilələr üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən B-048-AAE-22 nömrəli müqavilə xx.xx.2025-ci il tarixindən; B-629-AAE-23 nömrəli müqavilə xx.xx.2025-ci il tarixindən həmin müqavilələrin 3.2.6-cı bəndinin “c” yarımbəndlərinə əsasən birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə müvafiq olaraq xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublar göndərilmişdir. B-048-AAE-22 nömrəli alğı-satqı müqaviləsinin ləğv edildiyi xx.xx.2025-ci il tarixinə cavabdehin müqavilə üzrə əsas borcu 8050 manat, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün dəbbə pulu 4704 manat; B-629-AAE-23 nömrəli alğı-satqı müqaviləsinin ləğv edildiyi xx.xx.2025-ci il tarixinə cavabdehin müqavilə üzrə əsas borcu 3335 manat, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün dəbbə pulu 1992 manat təşkil etmişdir. B-048-AAE-22 nömrəli müqavilənin 2.1-ci maddəsinə əsasən avtomobilin dəyəri 71890 manat müəyyən edilmişdir. 4690 manat ilkin ödəniş qismində ödənilmiş, qalıq borc hesab edilən 67200 manat pul vəsaitinin 60 ay müddətinə, aylıq 1120 manat olmaqla iddiaçıya ödənilməsi razılaşdırılmışdır. B-048-AAE-22 nömrəli müqavilə üzrə 4690 manat ilkin ödəniş və 31150 manat aylıq ödənişlər olmaqla, ümumilikdə 35840 manat pul vəsaiti iddiaçıya ödənilmiş, 36050 manat hissəsi isə ödənilməmiş qalmışdır. B-629-AAE-23 nömrəli müqavilənin 2.1-ci maddəsinə əsasən avtomobilin dəyəri 70810 manat müəyyən edilmişdir. 4390 manat ilkin ödəniş qismində ödənilmiş, qalıq borc hesab edilən 66420 manat pul vəsaitinin 60 ay müddətinə, aylıq 1107 manat olmaqla iddiaçıya ödənilməsi razılaşdırılmışdır. B-629-AAE-23 nömrəli müqavilə üzrə 4390 manat ilkin ödəniş və 18805 manat aylıq ödənişlər olmaqla, ümumilikdə 23195 manat pul vəsaiti iddiaçıya ödənilmiş, 47615 manat hissəsi isə ödənilməmiş qalmışdır. Müqavilələr ləğv edildiyindən müqavilə üzrə avtomobillərin idarə edilməsinə dair cavabdehə təqdim edilmiş etibarnamələr ləğv edilmişdir və cavabdeh hazırda avtomobilləri etibarnamə olmadan qeyri-qanuni olaraq sahibliyində saxlamaqla idarə etməkdədir.
İş materialları :
3. İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B-048-AAE- 22 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Satıcı buraxılış ili 2021, “Changan F70” markalı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməyii, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 71.890 manat müəyyən edilir. Alıcı 4690 manat ilkin ödəniş edir. Qalıq borcu sayılacaq 67200 manat məbləği isə alıcı xx.xx.2022-ci il tarixdən etibarən 60 ay müddətinə ayda 1120 manat ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürür. Alıcı avtomobilin borcunu 24 ay müddətinədək bağladığı təqdirdə avtomobilin qiyməti tərəflərin ilə ƏDV daxil 58834 manat müəyyən ediləcəkdir.
4. İddiaçı MMC, X2 və X3 arasında xx.xx.2022-ci il tarixli, B-048-AAE-22 nömrəli alqısatqı müqaviləsinə əlavə olaraq bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmadan görünür ki, Rəşad Kərimovun müqavilə üzrə bütün hüquq və vəzifələri eyni həcmdə Təhmin Abbasova keçmiş, həmçinin “Changan F70” markalı, 77-AL- 414 dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun istifadəsinə verilmişdir.
5. İddiaçı MMC, Təhmin Abbasov və Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, B-048- AAE-22 nömrəli alqı-satqı müqaviləsinə əlavə olaraq bağlanmış xx.xx.2024-cü il tarixli razılaşmadan görünür ki, Təhmin Abbasovun müqavilə üzrə bütün hüquq və vəzifələri eyni həcmdə Cavabdeh keçmiş, həmçinin “Changan F70” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsinə verilmişdir.
6. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, “Changan F70” markalı avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmiş və alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur.
7. BB seriyalı 466205 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Changan F70” markalı, Pıkap, mühərrik nömrəsi A5D22007986, ban nömrəsi LSCBBZ2G4PG728557 olan, rəngi tünd boz metallik, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-dir.
8. İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, B-048-AAE-22 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh borc məbləği 67200 manatdır. Həmin borc üzrə ödənilən məbləğ 31150 manat, ödənilən cərimə isə 1030 manatdır. Qalıq borc 36.050 manat və qalıq cərimə 4704 manat təşkil edir.
9. İddiaçı MMC ilə X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-629-AAE-23 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı buraxılış ili 2023, “Changan F70” markalı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməyi, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 70.810 manat müəyyən edilir. Alıcı 4390 manat ilkin ödəniş edir. Qalıq borcu sayılacaq 66420 manat məbləği isə alıcı xx.xx.2023-cü il tarixdən etibarən 60 ay müddətinə ayda 1107 manat ödəməyi satıcı qarşısında öz öhdəsinə götürür.
10. İddiaçı MMC, Andrey Sarıçev və Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, B-629- AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əlavə olaraq bağlanmış xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən Andrey Sarıçevin müqavilə üzrə bütün hüquq və vəzifələri eyni həcmdə Cavabdeh keçmiş, həmçinin “Changan F70” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsinə verilmişdir
11. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, “Changan F70” markalı avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmiş və alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur.
12. İddiaçı MMC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, B-629-AAE-23 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh borc məbləği 66420 manatdır. Həmin borc üzrə ödənilən məbləğ 18805 manat, qalıq borc 47615 manat və qalıq cərimə 1992 manat təşkil edir.
13. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində avtomobil alq-satqısı üzrə B-048-AAE-22 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixində üzrə B-048-AAE-22-048 nömrəli razılaşma imzalanmışdır. Həmin müqaviləyə əsasən dəyəri ƏDV daxil 70.810 manat müəyyən edilən “Changan F70” markalı buraxılış ili 2021 olan (VİN: LSCBBZ2G6MG700108, ağ) avtomobil istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən 4.390 manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 66.420 manatı məbləği isə 60 ay müddətində, ayda 1.107 manat olmaqla ödəməyi satıcı qarşısında öhdəsinə götürmüşdür. Lakin cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ödəniş etdikdən sonra, heç bir ödəniş etməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixində avtomobil alqı-satqısı üzrə B-048-AAE-22 nömrəli müqaviləyə imzalanmış xx.xx.2024-cü il tarixində, B-048-AAE-22-048 nömrəli razılaşmaya xx.xx.2025-ci il tarixində birtərəfli qaydada xitam veriləcəyini nəzərinə çatdırılmış və qeyd olunan cərimə məbləğini xx.xx.2025-ci il tarixinədək ödəməsi tələb olunmuşdur.
14. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində avtomobil alqı-satqısı üzrə B-629-AAE-23 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixində üzrə B-629-AAE-23-629 nömrəli razılaşma imzalanmışdır. Həmin müqaviləyə əsasən dəyəri ƏDV daxil 70.810 manat müəyyən edilən “Changan F70” markalı buraxılış ili 2023 olan (VİN: LSCBBZ2G4PG728557, tünd boz metalik) avtomobil istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən 4.390 manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 66.420 manatı məbləği isə 60 ay müddətində, ayda 1.107 manat olmaqla ödəməyi satıcı qarşısında öhdəsinə götürmüşdür. Lakin xx.xx.2025-ci il tarixindən etibarən tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Qeyd edilənlərə əsasən xx.xx.2025-ci il tarixindən etibarən aralarında xx.xx.2023-cü il tarixində avtomobil alqı-satqısı üzrə B-629-AAE-23 nömrəli müqavilə və 10 oktyabr 2024-cü il tarixli B-629-AAE-23-629 nömrəli razılaşmaya birtərəfli qaydada xitam verildiyi nəzərinə çatdırılmışdır.
15. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində avtomobil alqı-satqısı üzrə B-629-AAE-23 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixində üzrə B-629-AAE-23-629 nömrəli razılaşma imzalanmışdır. Həmin müqaviləyə əsasən dəyəri ƏDV daxil 70.810 manat müəyyən edilən “Changan F70” markalı buraxılış ili 2023 olan (VİN: LSCBBZ2G4PG728557, tünd boz metalik) avtomobil istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən 4.390 manantı ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 66.420 manatı məbləği isə 60 ay müddətində, ayda 1.107 manat olmaqla ödəməyi satıcı qarşısında öhdəsinə götürmüşdür. Lakin sonuncu dəfə xx.xx.2025-ci il tarixdə ödəniş etdikdən sonra, heç bir ödəniş etməmişdir.
16. xx.xx.2025-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 364.30 manat dövlət rüsumu ödənilmişdir. Tərəflərin izahatları :
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən barışıq üçün vaxt verilməsinə baxmayaraq cavabdehlə razılığa gəlmək mümkün olmamışdır.
18. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halları :
19. Cavabdeh İddiaçı MMC ilə bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə “Changan F70” markalı, buraxılış ili 2021 olan nəqliyyat vasitəsi və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Changan F70” markalı, buraxılış ili 2023 olan nəqliyyat vasitəsi satın almışdır.
20. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş qrafikinin tələblərini pozmuşdur.
21. İddiaçı tərəfindən cavabdeh ilə bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixli müqaviləyə isə xx.xx.2025-ci il tarixində xitam verilmişdir.
22. Cavabdeh tərəfindən borc məbləği mübahisələndirilməmişdir.
Məhkəmə baxışının hədləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Məhkəmənin mövqeyi :
26. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
27. İddiaçı MMC tərəfindən Cavabdeh qarşı “alqı-satqı müqaviləsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi cavabdeh tərəfindən alqı-satqı müqavilə üzrə üzərinə götürülmüş öhdəliyin lazımi qaydada icra edilməməsi, alınmış əşyanın dəyərinin vaxtında ödənilməməsi ilə əsaslandırılmışdır.
28. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
29. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
30. İşin müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəmək şərtilə “Changan F70” markalı, buraxılış ili 2021 və 2023-cü il olan iki ədəd nəqliyyat vasitəsi satın almışdır.
31. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair müddəaları nəzərdən keçirilməldir.
32. Mülki qanunvericiliyə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).
33. Müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, B-048-AAE-22 nömrəli müqaviləyə əsasən satıcı buraxılış ili 2021 olan, “Changan F70” markalı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verməyi, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 71.890 manat müəyyən edilmiş, alıcı 4690 manat məbləğində ilkin ödəniş etmiş, qalıq 67200 manat məbləğində borcu xx.xx.2022-ci il tarixdən etibarən 60 ay müddətinə ayda 1120 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, B- 629-AAE-23 nömrəli müqaviləyə əsasən isə satıcı buraxılış ili 2023, “Changan F70” markalı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verməyi, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 70.810 manat müəyyən edilmiş, alıcı 4390 manat məbləğində ilkin ödəniş edtmiş, 66420 manat məbləğində qalıq borcu isə xx.xx.2023-cü il tarixdən etibarən 60 ay müddətinə ayda 1107 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.
34. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə üzərinə götürülən öhdəliyin icra edilərək nəqliyyat vasitələrinin cavabdehin istifadəsinə verilməsi, cavabdeh tərəfindən isə müqavilə üzrə üzərinə götürülən öhdəliyin lazımi qaydada icra edilməməsi, ödəniş qrafikini pozması işin mübahisəsiz halıdır. Qeyd edilən hal məhkəmə iclasında tədqiq edilmiş iş materialları və cavabdehin izahatına əsasən müəyyən edilmişdir.
35. Məhkəmə tərəfindən tədqiq edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
36. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər(MM 600.4m).
37. Müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürlən öhdəlik lazımi qaydada icra edilmədiyindən Müqavilənin 3.2.2-ci bəndinə uyğun olaraq iddiaçı tərəfindən müqavilələr birtərəfli qaydada ləğv edilmişdir.
38. Belə olan halda mülki iş üzrə məhkəmə tərəfindən ilk növbədə qiymət verilməli olan məsələ cavabdeh tərəfindən tərəflər arasında bağlanılmış müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qanunauyğun olub-olmamasıdır.
39. Mülki qanunvericiliyə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər (MM 421.2m). Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (MM421.3m).
40. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda.
41. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
42. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (MM 1.1-ci maddəsi).
43. Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır.
44. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır.
45. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır.
46. Hazırki mülki iş üzrə tərəflər arasında bağlanılmış müqavilələrin 3.2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququna malikdir. Müqavilənin 4.1-ci bəndində alıcının öhdəliklərindən biri olaraq müqavilənin ümumi məbləğinin müqavilə ilə müəyyən edilmiş müddət və qaydada ödənilməsi müəyyən edilmişdir.
47. Göründüyü kimi tərəflər arasında bağlanılmış müqavilədə müqavilə azadlığı və iradə sərbəstliyi prinsipləri əsasında iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ödənişlərin gecikdirilməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi şərti olaraq müəyyən edilmişdir.
48. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəliyin lazımi qaydada icra edilməməsi işin tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı müqaviləyə xitam verməklə verilmiş əşyanın dəyərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
49. İşin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC qarşısında xx.xx.2022-ci il tarixli, B-048-AAE-22 nömrəli müqavilə və xx.xx.2024-cü il tarixli Razılaşma üzrə əsas borc öhdəliyi 36050 manat və xx.xx.2023-cü il tarixli, B- 629-AAE-23 nömrəli müqavilə və xx.xx.2024-cü il tarixli razılaşma üzrə isə 47615 manat təşkil edir.
50. İddia tələbinin “dəbbə pulunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilənin icra edilməməsi nəticəsində cavabdeh tərəfindən dəbbə pulu ödənilməsi şərti tərəflər arasında bağlanılmış müqavilədə nəzərdə tutulduğundan iddiaçı öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş cərimə məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır.
51. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin tməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
52. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bununla belə, hər hansı müqavilə, o cümlədən icarə müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil.
53. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, Qanunverici dəbbə pulunu kreditorun əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.
54. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli, B-048-AAE-22 nömrəli alqı-satqı müqaviləsi üzrə 4704 manat hesablanmış cərimə məbləğinin 100 manat məbləğinə və xx.xx.2023-cü il tarixli, B-629-AAE-23 nömrəli müqavilə üzrə 1992 manat hesablanmış cərimə məbləğinin 100 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
55. İddia tələbinin “əsas borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% məbləğində pul vəsaitinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi hazırki hissədə əsaslı olduğundan təmin edilməlidir.
56. İddiaçı MMC Cavabdeh qarşı olan iddia tələbinin hazırki hissəsini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cavabdeh tərəfindən öhdəliyin icra edilməli olduğu vaxtdan tələbin irəli sürüldüyü vaxtadək gecikdirilmiş vaxt üçün 5% məbləğində pul vəsaitinin cavabdehdən tutulmalı olması ilə əsaslandırmışdır.
57. Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
58. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir.
59. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.
60. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
61. Hazırki mülki iş üzrə cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi işin mübahisəsiz halıdır.
62. Müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəlik lazımi qaydada icra edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, B-048- AAE-22 nömrəli müqavilə və xx.xx.2024-cü il tarixli Razılaşmaya xx.xx.2025-ci il tarixində və xx.xx.2023-cü il tarixli, B-629-AAE-23 nömrəli müqavilə və xx.xx.2024-cü il tarixli razılaşmaya xx.xx.2025-ci il tarixində birtərəfli qaydada ləğv edilmişdir.
63. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən kredit müqaviləsinin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtaranadək yol verilmiş pozulmasına məsuliyyətdən azad etmir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
65. Belə olan halda məhkəmə qeyd edir ki, məhkəmə qeyd edir ki, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış məbləğ xx.xx.2022-ci il tarixli, B-048-AAE-22 nömrəli müqavilə və xx.xx.2024-cü il tarixli Razılaşma üzrə xx.xx.2025-ci il tarixindən və xx.xx.2023-cü il tarixli, B-629-AAE-23 nömrəli müqavilə və xx.xx.2024-cü il tarixli razılaşma üzrə isə xx.xx.2025-ci il tarixindən hesablanmalı və xx.xx.2022-ci il tarixli, B-048-AAE-22 nömrəli müqavilə və xx.xx.2024-cü il tarixli Razılaşma üzrə 721 manat və xx.xx.2023-cü il tarixli, B-629-AAE-23 nömrəli müqavilə və xx.xx.2024-cü il tarixli razılaşma üzrə isə 352.22 manat məbləğində pul vəsaiti tutulmalıdır.
Məhkəmə Xərcləri:
66. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 365.30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
67. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh xx.xx.2022-ci il tarixli, B-048-AAE-22 nömrəli alqı-satqı müqaviləsi üzrə 36.050 manat əsas borc, 100 manat cərimə olmaqla, cəmi 36150 manat pul vəsaiti, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş əsas məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 721 manat pul vəsaiti və 2.09.2023-cü il tarixli, B-629-AAE-23 nömrəli alğı-satqı müqaviləsi üzrə 47615 manat əsas borc, 100 manat cərimə olmaqla, cəmi 47715 manat pul vəsaiti, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş əsas məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 352.22 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 364.30 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. ödənilməlidir.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, B-048-AAE-22 nömrəli alqı-satqı müqaviləsi üzrə 36.050 manat əsas borc, 100 manat cərimə olmaqla, cəmi 36150 manat pul vəsaiti, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş əsas məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 721 manat pul vəsaiti; xx.xx.2023-cü il tarixli, B-629-AAE-23 nömrəli alğı-satqı müqaviləsi üzrə 47615 manat əsas borc, 100 manat cərimə olmaqla, cəmi 47715 manat pul vəsaiti, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş əsas məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 352.22 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 364.30 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva