Məhkəmə qərarları › İş №e-2(007)-2935/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2935/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2935/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:

1. xx.xx.2021-ci il tarixli müqavilə (LORA KAMOD, LORA MASA, LORA VİTRİN, LORA KAMOD AYNA).

2. xx.xx.2021-ci il tarixli müqavilə (2 ƏDƏD VİNCENZO YASTİQ, 2 ƏDƏD SUPER BAMBU YASTİQ, DEKORATİV YASTİQ SARVAGELLİ DÖŞƏK, PAKRİVAL NOVA SOFT, YORĞAN ÜZÜ, 2 ƏDƏD HELSİNKİ HALİ, PAVİA YATAK ORTUSU, 2 ƏDƏD QAZ TÜKÜYASTİQ, YORĞAN QAZ TÜKÜ, DİVAN ORTÜYÜ SAÇAQLİ, YORĞAN ÜZÜ, DƏVƏ TÜKÜ).

3. xx.xx.2021-ci il tarixli müqavilə (BLENDER BRAUN, ƏTÇƏKƏN KENWOOD, ÇAYDAN BOSCH, ÜTÜ BRAUN, ŞİRƏÇƏKƏN BRAUN, İZQARA DELONGHİ, FEN ROWENTA)

4. xx.xx.2021-ci il tarixli müqavilə (2 ƏDƏD DASTAN 200X300 KREM)

Müqavilənin predmeti- alqı-satqı. Tələb olunan məbləğ:

1. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1407.17 manat əsas borc, 140.83 manat cərimə.

2. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1336 manat əsas borc, 133 manat cərimə.

3. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 811.04 manat əsas borc, 81.96 manat cərimə

4. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 109.78 manat əsas borc, 10.22 manat cərimə

Ümumilikdə tələb olunan məbləğ: 4030 manat borc və 60.30 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqaviləsi, ödəniş cədvəli, əşyanın təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasını təsdiq edən bildiriş.

Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİM:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1407.17 manat əsas borc, 90 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1336 manat əsas borc, 50 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 811.04 manat əsas borc, 30 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 109.78 manat əsas borc, 10.22 manat cərimə borcu olmaqla ümumilikdə 3844.21 manat vəsait və ödənilmiş 60.30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar