Məhkəmə qərarları › İş №e-2(007)-2942/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2942/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2942/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı. Cavabdehlər- Cavabdeh1, Cavabdeh2. Tərəflər arasında bağlanmış müqavilə- Cavabdeh2 ilə bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi (Disk təkər) və Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi Müqavilənin predmeti- nisyə alqı-satqı. Tələb olunan məbləğ: 1200 manat əsas borc, 100 manat cərimə borcu olmaqla ümumilikdə 1300 manat borc və 33 manat dövlət rüsumu. Sübutlar- Alq-satqı müqaviləsi, zaminlik müqaviləsi, ödəniş cədvəli, əşyaların təhviltəslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci, 467-ci, 470.1-ci, 472.1-ci və 472.2-ci maddələri. Məhkəmə iddianı əsas borc və dövlət rüsumunun tutulması hissəsində əsaslı hesab edir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı müvafiq əşya(lar) almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi əsasında Cavabdeh2 ilə satıcı qarşısında birlikdə öhdəlik götürmüşdür. Göründüyü kimi, Cavabdeh2 alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə olunmuş sənədlərin məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1200 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1250 manat borc və ödənilmiş 33 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar