Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2970/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X5 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X5 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Toyota PRİUS (HİBRİD) minik markalı 99VR507 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində CS354SS dövlət qeydiyyat nişanlı Hyundai ELANTRA markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci, 332.2-ci və 332.4-cü maddələri ilə xx.xx.2022ci il tarixli protokol yazılmış və AR İXM-nin 332.4-cü, 327.1-ci və 332.2-ci maddəsi ilə TP 12220248 qərar yazılmışdır. Hyundai ELANTRA markalı, CS354SS dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1130 (bir min bir yüz otuz) manat ödənişi verilmişdir. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. Qeyd edilənlərə əsasən Cavabdeh 1130 (bir min bir yüz otuz) manat pul vəsaitinin və 31,30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edirəm ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixində saat 10:00-da ** VR *** dövlət qeydiyyat nişanlı “Toyota PRİUS (HİBRİD)” markalı nəqliyyat vasitəsini idarə edən X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 cə 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; - GP 12220248 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 törətdiyi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 cə 332.4-cü maddələri ilə məsuliyyət nəzərdə tutulur. Onun barəsində tərtib edilmiş İXP ******* saylı inzbati cəta haqqında protokol və digər materiallar baxılması üçün Bak şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2357/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. -Elektron sənəd formasında bağlanmış avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, ** VR *** dövlət qeydiyyat nişanlı “Toyota PRİUS (HİBRİD)” markalı avtomobil İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il saat 18:31:01-dən xx.xx.2023-ci il saat 18:31:01-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur; -İddiaçı ASC-nin 4426/22 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək sığortalanmış ** VR *** dövlət qeydiyyat nişanlı “Toyota PRİUS (HİBRİD)” markalı avtomobili hüququ olmadan idarə edən X7 08 avqust 2020-ci il tarixdə “Toyota PRİUS (HİBRİD)” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Əmlaka dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği 1130 manat müəyyən edilmişdir; - İddiaçı ASC xx.xx.2022-ci il tarixli Dəymiş zərərin hesabatından görünür ki, “Hyundai ELANTRA” markalı, CS 354 SS dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin həcmi 1130 manat təşkil edir; - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətlərindən görünür ki, 4426/22 nömrəli sığorta aktına əsasən 1130 manat sığorta ödənişi Akhmedov Mazakhirin etibarnamə üzrə səlahiyətli nümayəndəsi X4 hesabına köçürülmüşdür; - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 31,30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “Toyota PRİUS (HİBRİD)” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır. Avtomobil İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il saat 18:31:01-dən xx.xx.2023-ci il saat 18:31:01-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur. Sürücülük hüququ olmayan X7 xx.xx.2022-ci il tarixdə saat 10:00-da həmin avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törədərək “Hyundai ELANTRA” markalı, CS 354 SS dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur, bununla əlaqədar olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən, “Hyundai ELANTRA” markalı, CS 354 SS dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin həcmi 1130 manat məbləğində hesablanmışdır. İddiaçı ASC-nin 4426/22 nömrəli sığorta aktına əsasən 1130 manat sığorta ödənişi Akhmedov Mazakhirin etibarnamə üzrə səlahiyətli nümayəndəsi X4 hesabına köçürülmüşdür, bununla da iddiaçının həmin pulu cavabdehdən geri tələb etməklə bağlı subroqasiya hüququ yaranmışdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdeh pulu ödəmədiklərindən, iddiaçı məhkəmədə iddia qaldırmalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Qeyd olunanlarla müəyyən olundu ki, cavabdeh X1 Orxan Şahin oğlunun mülkiyyətində olan, mülkiyyətçinin avtomobilə dair onun adına etibarnaməsi olmadan idarə etdiyi və İddiaçı ASC tərəfindən icbari sığorta müqaviləsinə əsasən sığortalanmış ** VR *** dövlət qeydiyyat nişanlı “Toyota PRİUS (HİBRİD)” markalı avtomobillə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi törədərək “Hyundai ELANTRA” markalı, CS 354 SS dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Hansı ki, hadisə sığortanın qüvvədə olduğu müddətdə baş vermiş, ödəniləcək sığorta məbləğinin həcmi 1130 manat həddində müəyyən edilmiş, iddiaçı tərəfindən bu məbləğ zərərçəkənin hesabına ödənilmişdir. Bununla da, iddiaçının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrində nəzərdə tutulan qaydada cavabdehdən həmin məbləği tələb etmək hüququ yaranmışdır. Cavabdeh isə sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini onlardan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifələrini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Göründüyü kimi, iddia tələbi əsaslıdır, ona görə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 1130 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31,30 manat dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutultutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməli, onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 1130 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31,30 manat dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2970/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2970/2022
17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver