Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2975/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei Kod **********204846 “Xiaomi Poco M4 Pro” markalı telefon üçün, 341.96 manat ödənilməmiş hissə, 34.04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei Kod **********81143 “Xiaomi Redmi 9c” markalı telefon üçün 133.6 manat ödənilməmiş hissə, 13.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei Kod **********55880 “Xiaomi Redmi 9T” markalı telefon üçün 86.47 manat ödənilməmiş hissə, 8.53 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei Kod **********86609 “Samsung Galaxy A13” markalı telefon, 2 ədəd “vinil şəffaf” üçün 55.02 manat ödənilməmiş hissə, 5.98 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Gree” kondisioner üçün 12.24 manat ödənilməmiş hissə, 1.76 manat cərimə olmaqla, ümumilikdə 693 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, 21.09,2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********04846 “Xiaomi Poco M4 Pro” markalı telefon, İmei kod **********81143 “Xiaomi Redmi 9C”, İmei kod **********55880 “Xiaomi Redmi 9T” markalı telefon, İmei kod **********86609 “Samsung Galaxy A13” markalı telefon, 2 ədəd “vinil şəffaf”, “Gree” kondisioner almış və nəticədə 693 (altı yüz doxsan üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 903.96 manat olan İmei kod **********04846 “Xiaomi Poco M4 Pro” markalı telefon üçün ümumilikdə, 376 manat olmaqla ondan, 341.96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.04 manat cərimə; xx.xx.2022-ci il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 345.6 manat olan İmei kod **********81143 “Xiaomi Redmi 9C” üçün ümumilikdə, 147 manat olmaqla ondan, 133.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.4 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 457.92 manat olan İmei kod **********55880 “Xiaomi Redmi 9T” markalı telefon üçün ümumilikdə, 95 manat olmaqla ondan, 86.47 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.53 manat cərimə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 475.02 manat olan İmei kod **********86609 “Samsung Galaxy A13” markalı telefon, 2 ədəd “vinil şəffaf” üçün ümumilikdə, 61 manat olmaqla ondan, 55.02 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.98 manat cərimə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1836 manat olan Gree kondisioner üçün ümumilikdə, 14 manat olmaqla ondan, 12.24 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1.76 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3389.21 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, 21,09,2021-ci il, 27,08,2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
İş materialları :
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03021383 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kodu **********204846 olan “Xiaomi Poco M4 Pro” markalı telefon, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kodu **********81143 olan “Xiaomi Redmi 9C” markalı telefon, xx.xx.2021-ci il tarixli , ******* nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kodu **********55880 olan “Xiaomi Redmi 9T” markalı telefon, xx.xx.2022-ci il tarixli, 10812144 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kodu **********86609 olan “Samsung Galaxy A13” markalı telefon, 2 ədəd “vinil şəffaf”, xx.xx.2022-ci il tarixli, 03681469 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Gree” kondisioner verilmişdir. Cavabdeh müqavilələr üzrə hesablanmış borc məbləğlərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03021383 nömrəli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli, 03021383 nömrəli müqaviləyə əsasən cavabdeh ilkin ödəniş olmadan, xx.xx.2022ci il tarixindən başlayaraq hər ayın 16-dan gec olmayaraq 18 ay müddətində hər ay 50.22 manat olmaqla, cəmi 904.03 manat ödəniş etməli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən cavabdeh ilkin ödəniş olmadan xx.xx.2022-ci il tarixindən başlayaraq hər ayın 10-dan gec olmayaraq 18 ay müddətində hər ay 19.2 manat olmaqla, cəmi 345.6 manat ödəniş etməli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavə sazişdən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən cavabdeh ilkin ödəniş olmadan xx.xx.2021-ci il tarixindən başlayaraq hər ayın 21-dən gec olmayaraq 18 ay müddətində hər ay 25.44 manat olmaqla, cəmi 457.92 manat ödəniş etməli, xx.xx.2022-ci il tarixli,10812144 nömrəli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavə sazişdən görünür ki, xx.xx.2022-ci il tarixli, 10812144 nömrəli müqaviləyə əsasən cavabdeh ilkin ödəniş olmadan xx.xx.2022-ci il tarixindən başlayaraq hər ayın 27-dən gec olmayaraq 18 ay müddətində hər ay 26.39 manat olmaqla, cəmi 475.01 manat ödəniş etməli, xx.xx.2022-ci il tarixli, 03681469 nömrəli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavə sazişdən görünür ki, xx.xx.2022-ci il tarixli, 03681469 nömrəli müqaviləyə əsasən cavabdeh ilkin ödəniş olmadan xx.xx.2022-ci il tarixindən başlayaraq hər ayın 15-dən gec olmayaraq 18 ay müddətində hər ay 102 manat olmaqla, cəmi 1835.92 manat ödəniş etməlidir.
5. xx.xx.2022-ci il tarixli , xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03021383 nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2021ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, 10812144 nömrəli, xx.xx.2022-ci il tarixli, 03681469 nömrəli müqavilələr üzrə əşyaları tam, qüsursuz təhvil almışdır.
6. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 341.96 manat əsas, 34.04 manat cərimə borcu olmaqla, cəmi 376 manat , xx.xx.2022-ci il tarixli müqavilə üzrə 133.6 manat əsas, 13.4 manat cərimə borcu olmaqla, cəmi 147 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 86.47 manat əsas, 8.53 manat cərimə borcu olmaqla, cəmi 95 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 55.02 manat əsas, 5.98 manat cərimə borcu olmaqla, cəmi 61 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 12.24 manat əsas, 1.76 manat cərimə borcu olmaqla, cəmi 14 manat olmaqla ümumilikdə 693 manat borcu vardır.
7. İddiaçı MMC tərəfindən caavbdeh Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. xx.xx.2024-cü il tarixli, **********58 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
9. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 03021383 nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, 10812144 nömrəli və xx.xx.2022-ci il tarixli, 03681469 nömrəli müqavilələrin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.
Tətbiq edilən hüquq :
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Məhkəmənin mövqeyi :
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
15. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh nisyə alqı-satqı müqavilələri bağlanmışdır.
16. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
17. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 03021383 nömrəli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavə sazişdən görünür ki, xx.xx.2022-ci il tarixli, 03021383 nömrəli müqaviləyə əsasən cavabdeh ilkin ödəniş olmadan, xx.xx.2022-ci il tarixindən başlayaraq hər ayın 16-dan gec olmayaraq 18 ay müddətində hər ay 50.22 manat olmaqla, ümumi dəyəri 904.03 olan “Xiaomi Poco M4 Pro” markalı telefon, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavə sazişdən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən cavabdeh ilkin ödəniş olmadan xx.xx.2022-ci il tarixindən başlayaraq hər ayın 10-dan gec olmayaraq 18 ay müddətində hər ay 19.2 manat olmaqla, ümumi dəyəri 345.6 manat olan “Xiaomi Redmi 9C” markalı telefon, xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavə sazişdən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən cavabdeh ilkin ödəniş olmadan xx.xx.2021-ci il tarixindən başlayaraq hər ayın 21-dən gec olmayaraq 18 ay müddətində hər ay 25.44 manat olmaqla, ümumi dəyəri 457.92 manat olan “Xiaomi Redmi 9T” markalı telefon, xx.xx.2022ci il tarixli, 10812144 nömrəli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavə sazişdən görünür ki, xx.xx.2022-ci il tarixli, 10812144 nömrəli müqaviləyə əsasən cavabdeh ilkin ödəniş olmadan xx.xx.2022-ci il tarixindən başlayaraq hər ayın 27-dən gec olmayaraq 18 ay müddətində hər ay 26.39 manat olmaqla, ümumi dəyəri 475.01 olan “Samsung Galaxy A13” markalı telefon, 2 ədəd “vinil şəffaf”, xx.xx.2022-ci il tarixli, 03681469 nömrəli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavə sazişdən görünür ki, xx.xx.2022-ci il tarixli, 03681469 nömrəli müqaviləyə əsasən cavabdeh ilkin ödəniş olmadan xx.xx.2022-ci il tarixindən başlayaraq hər ayın 15-dən gec olmayaraq 18 ay müddətində hər ay 102 manat olmaqla , ümumi dəyəri 1835.92 manat olan “Gree” markalı kondisioner almışdır.
19. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
20. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının ödənilməmiş əsas borca görə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 341.96 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 133.6 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 86.47 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 55.02 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 12.24 manat pul vəsaitinin ödənilməsi tələbini əsaslı hesab edir.
22. Müqavilələrin 2.6-cı bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində penya ödəməyi öhdəsinə götürümüşdür.
23. xx.xx.2022-ci il tarixli, 03021383 nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, 10812144 nömrəli və xx.xx.2022-ci il tarixli, 03681469 nömrəli müqavilələr üzrə cavabdehə güzəşt edilərək 1-ci müqavilə üçün 34.04 manat, 2-ci müqavilə üçün 13.4 manat, 3-cü müqavilə üçün 8.53 manat, 4-cü müqavilə üçün 5.98 manat, 5-ci müqavilə üçün 1.76 manat cərimə hesablanmışdır.
24. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.
25. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 34.04 manat təşkil edən cərimə məbləğinin 5 manat , xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 13.4 manat təşkil edən cərimə məbləğinin 1 manat , xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 8.53 manat təşkil edən cərimə məbləğinin 1 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 5.98 manat təşkil edən cərimə məbləğinin 1 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1.76 manat təşkil edən cərimə məbləğinin 1 manata qədər azaldılmasını məqsədə müvafiq hesab edir.
26. İş materiallarından görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
27. Odur ki, məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
28. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 341.96 manat əsas, 5 manat cərimə borcu olmaqla, cəmi 346.96 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 133.6 manat əsas, 1 manat cərimə borcu olmaqla, cəmi 134.60 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 86.47 manat əsas, 1 manat cərimə borcu olmaqla, cəmi 87.47 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 55.02 manat əsas, 1 manat cərimə borcu olmaqla, cəmi 56.02 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 12.24 manat əsas, 1 manat cərimə borcu olmaqla, cəmi 13.24 manat olmaqla, ümumilikdə 638.29 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.
29. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 341.96 manat əsas, 5 manat cərimə borcu olmaqla, cəmi 346.96 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 133.6 manat əsas, 1 manat cərimə borcu olmaqla, cəmi 134.60 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 86.47 manat əsas, 1 manat cərimə borcu olmaqla, cəmi 87.47 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 55.02 manat əsas, 1 manat cərimə borcu olmaqla, cəmi 56.02 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 12.24 manat əsas, 1 manat cərimə borcu olmaqla, cəmi 13.24 manat olmaqla, ümumilikdə 638.29 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Starə Əliyeva