Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2986/2023 30.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:
1. xx.xx.2022-ci il tarixli, 03332384 saylı müqavilə (İMEİ kodu **********57709 olan XİAOMİ POCO X3).
2. xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə (İMEİ kodu **********61045 olan XİAOMİ REDMİ 10) Müqavilələrin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ:
1. xx.xx.2022-ci il tarixli, 03332384 saylı müqavilə üzrə 975,96 manat əsas borc, 97,04 manat cərimə.
2. xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 168,96 manat əsas borc, 16,04 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 1258 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.
Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİM:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 03332384 saylı müqavilə üzrə 975,96 manat əsas borc, 97,04 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 168,96 manat əsas borc, 16,04 manat cərimə borcu olmaqla ümumilikdə 1258 manat vəsait və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Qumru Əliyeva