Məhkəmə qərarları › İş №e-2(007)-299/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-299/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-299/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı “İcbari Sığorta Bürosu” X5 Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İcbari Sığorta Bürosu” X9 Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 2155 manat və ödənilmiş dövlət rüsumuna görə 41,55 manat, ümumilikdə 2196,55 manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış "xxxx" markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 16 iyun 2020-ci il tarixində Bakı şəhəri, K.Balakişiyev küçəsi Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X2 əmlakına maddi zərər vurulmuşdur. İş materiallarından (əlavə olunur) aydın olur ki, Cavabdeh yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar DYP tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli X17 Protokoldan (əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən "xxxx" markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini onu istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmadan istismar edilmişdir. Protokolda Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddəsində göstərilən inzibati xətanı törətməsi açıq aşkar qeyd edilmişdir. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə aşağıdakı cədvəldə qeyd olunan məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. İddiaçı “İcbari Sığorta Bürosu” X7 nümayəndəsi X15 ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbini müdafiə etmələrini nəzərə alaraq iddia ərizəsində nəzərdə tutulan məbləğdə ödənişin cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, avtomobilə dəymiş ziyanın məbləği ilə razı olamdığından iş üzrə ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AD 168412 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 1996-cı il buraxılışlı, **-FR-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil Cavabdeh mülkiyyətindədir; - AB 705028 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 2001-ci il buraxılışlı, **-CE-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı avtomobil X1 mülkiyyətindədir; - ƏN-İİİ № 831832 saylı etibarnamənin surətindən görünür ki, X6 tərəfindən X4 **- CE-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı avtomobillə bağlı 50 il müddətinə, xx.xx.2062-ci tarixinədək aşağıdakı səlahiyyətlər verilmişdir: sürücülük hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər; - ASC "xxxx" SŞ-nin xx.xx.2020-ci tarixli sığorta aktından görünür ki, ASC "xxxx" SŞdə PST********** nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək sığortalanmış, **-FR-*** dövlət qeydiyyat nişanlı "xxxx" avtomobil **-CE-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı avtomobillə toqquşmuşdur. Dəymiş zərər 2155 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 2155 manat sığorta ödənişi X2 hesabına köçürülməlidir; - TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixində saat 20:50-də **-FR-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 400 manat məbləğində cərimə olunmuşdur; - Cavabdeh Bakı şəhəri BPİ-in DYPİ-ində verdiyi izahatın surətindən görünür ki, o, inzibati xəta hadisəsinin baş verməsini etiraf etmişdir; - İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, **-FR-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil ASC "xxxx" Sığorta Şirkəti tərəfindən xx.xx.2019-cu il saat 16:05-dən xx.xx.2020-ci il saat 16:04-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur; - Əmlaka dair Qiymətləndirmə aktının surətindən görünür ki, **-CE-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı avtomobilin ehtiyat hissələrinin alınması və təmiri üçün ümumilikdə 2155 manat tələb olunur; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 20:50-də Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh mülkiyyətində olan **-FR-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. - xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 2155 manat sığorta ödənişi “İcbari Sığorta Bürosu” X9 tərəfindən X2 hesabına köçürülmüşdür; - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respubikası Mərkəzi Bankının ərizəsi təmin edilərək, ASC "xxxx" Sığorta Şirkəti müflis edlan edilmişdir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/9659 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Sığorta hadisələri və zərərlərin araşdırılması şöbəsi” tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı, “Nissan X-Trail” markalı **- CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2175 manat müəyyən edilmişdir; - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün “İcbari Sığorta Bürosu” X9 tərəfindən 41,55 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış MERCEDES BENZ E230 markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 16 iyun 2020-ci il tarixində Bakı şəhəri, K.Balakişiyev küçəsi Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 əmlakına maddi zərər vurulmuşdur. İş materiallarından aydın olur ki, Cavabdeh yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Müvafiq tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində **-CE-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı avtomobilə dəymiş zərər 2155 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2020-ci tarixli sığorta aktına və xx.xx.2020-ci tarixli ödəniş tapşırığına əsasən 2155 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “**-CE-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı avtomobilin etibarnamə ilə idarə edən X2 hesabına köçürülmüşdür. Hazırda cavabdeh iddiaçının bununla bağlı xəbərdarlığına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Məhkəmə iclasında müəyyən olundu ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış MERCEDES BENZ E230 markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 16 iyun 2020-ci il tarixində Bakı şəhəri, K.Balakişiyev küçəsi Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 əmlakına maddi zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “İcbari Sığorta Bürosu” X9 2155 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı X20 İdarəsinin arayışına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli olan tərəf qismində iştirak etmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı tərtib olunan X17 protokolda Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Araşdırma zamanı cavabdeh iddiaçının subroqasiya tələbini qəbul etmiş, lakin avtomobilə dəymiş zərərin məbləğini mübahisələndirmişdir. Məhkəmə, bu xüsusatı nəzərə alaraq zərərin həcminin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünasılıq ekspertizası təyin etmişdir. Ekspertizanın xx.xx.2024-cü il tarixli 9/9659 saylı rəyinə əsasən, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Sığorta hadisələri və zərərlərin araşdırılması şöbəsi” tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı, “Nissan X-Trail” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci 2175 manat müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq, hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə MPM-nin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq bu qənaətə gəlir ki, hadisə nəticəsində avtomobilə dəymiş ziyanın məbləği 2155 manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı “İcbari Sığorta Bürosu” X11 ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 41,55 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2024-cü il tarixli 9/9659 saylı saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 41,55 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizanın dəyəri olan 50 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2155 manat sığorta ödənişi məbləği və ödənilmiş 41,55 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, “İcbari Sığorta Bürosu” X8 ödənilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2155 manat sığorta ödənişi məbləği və ödənilmiş 41,55 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, “İcbari Sığorta Bürosu” X8 ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar