Məhkəmə qərarları › İş №e-2(007)-3027/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3027/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3027/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:

1. xx.xx.2023-cü il tarixli müqavilə (İMEİ KODU **********27923 İPHONE 14 PRO markalı telefon, APPLE 20W USBC ADAPTER)

2. xx.xx.2023-cü il tarixli müqavilə (APPLE MAGSAFE CHARGER, İPHONE 14 PRO SİLİCONE CASE) Müqavilələrin predmeti-nisyə alqı-satqı Tələb olunan məbləğ:

1. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1648.88 manat əsas borc və 164.12 manat cərimə.

2. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 84.75 manat əsas borc və 8.25 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 1906 manat borc və 39.06 manat dövlət rüsumu. Sübutlar: Alqı-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktları, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. İddianı əsas borc və dövlət rüsumunun tutulması hissəsində əsaslı hesab edirəm. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq, hesab edirəm ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edirəm ki, müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilələr üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilələr üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

QƏT ETDİM:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1648.88 manat əsas borc və 100 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 84.75 manat əsas borc və 8.25 manat cərimə borcu olmaqla ümumilikdə 1841.88 manat vəsait və ödənilmiş dövlət rüsumunun 37.74 manatı İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar