Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3084/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X28 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X11 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, payların müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın verilməsi” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X11 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, payların müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, İddiaçı, iddiası üzrə 1-ci Cavabdeh5 oğlu, 2-ci Cavabdeh4 isə (əvvəlki soyadı Qasımova) qardaşı olan X16 ilə 20 dekabr 2008ci il tarixdə rəsmi nikah bağlayıb ailə quraraq onların qeydiyyatda olmaqla yaşadıqları Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzilə gəlin köçmüşdür. X16 ilə nikahlarından 15 iyun 2010-cu il təvəllüdlü övladları X20 vardır. Göstərilən mənzilin mülkiyyətçisi olan qaynatası X4 hələ o, mənzilə gəlin köçməmişdən əvvəl, yəni 07 dekabr 2007-ci ildə vəfat etmiş və ondan miras qalmış mənzili orada yaşayan arvadı Cavabdeh5, övladları X16 və Cavabdeh4 faktiki olaraq qəbul etmişlər. Həyat yoldaşı X16 13 may 2019-cu il tarixdə (qızları 9 yaşında olarkən) "ağ ciyər emboliyası”ndan vəfat etmiş, onun ölümündən az sonra isə o, həmin mənzili azyaşlı qızı ilə fiziki olaraq tərk etmək məcburiyyətində qalmış, cehiz əşyalarını isə götürməmişdir. Bu ilin aprel ayında iddiası üzrə 2-ci cavabdeh (yəni baldızı) Cavabdeh4, yuxarıda göstərilən mənzilin mülkiyyətçisi qismində “cehiz əşyalarının çıxarılması" tələbi üzrə onu mediasiyaya dəvət etmiş, sonra isə göstərilən tələblə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində ona qarşı iddia qaldırmışdır ki, hal-hazırda həmin tələb üzrə 2(007)- 1930/2022 saylı mülki iş məhkəmənin (hakim Həqiqət Əhmədova) icraatındadır. Odur ki, o, məcbur olub hüquqi yardım üçün 4 saylı Vəkil Bürosu ilə müqavilə bağlamış və həmin vəkil tərəfindən verilmiş sorğulara aidiyyəti qurumlardan alınmış cavablar araşdırıldıqdan sonra qaynatası X1 miras qalmış mənzilin qanun üzrə vərəsəlik hüququ əsasında bölgüsünün düzgün aparılmadığı müəyyən edilmişdir. Yəni qaynatasından miras qalmış mənzili mərhum həyat yoldaşı həmin mənzildə onunla birgə yaşayan anası və bacısı ilə faktiki olaraq qəbul etdiyi, vərəsəlik rəsmiləşdirilən zaman isə həyat yoldaşı vəfat etmiş olduğundan ona düşən miras payı övladları X13 çatmalı olduğu halda, həmin pay qaynanası və baldızı tərəfindən mənimsənilmişdir. Belə ki, iddiası üzrə cavabdehlərdən olan qaynanası və baldızının ərizəsi əsasında 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisində açılmış xx.xx.2019-cu il tarixli, 2 "V’-577 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işindən görünür ki, həmin şəxslər X1 miras qalmış əmlakı qəbul etdikləri barədə göstərilən notariat ofisinə xx.xx.2019-cu il tarixli ərizə verərək vərəsə qismində yalnız özlərini təqdim etmiş, vəfat etmiş digər vərəsə X7 övladı X20 barəsində məlumat verməmişlər. Bu səbəbdən də Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, 15 saylı evin 72 saylı mənzili üzərində onların hər birinin qanun üzrə vərəsəlik hüququ əsasında miras payı 1/3 hissə, əvəzinə 1/2 hissədə müəyyən edilərək rəsmiləşdirilmiş, nəticədə isə qanuni nümayəndəsi olduğu qızı X20, qanun üzrə vərəsəlik zamanı ölmüş valideyninə, yəni atası X12 çatası 1/3 hissə miras payından məhrum edilmişdir.Yuxarıda qeyd edilən notariat işindən görünür ki, baldızı Cavabdeh4 özünün payını elə həmin gündə, yəni xx.xx.2019-cu il tarixdə reyestrdə 3M- 950 nömrə ilə qeyd edilmiş “Miras payın bağışlama müqaviləsi” əsasında anası (qaynanası) Cavabdeh5 bağışlamışdır ki, nəticədə yuxanda göstərilən mənzil tam olaraq sonuncunun mülkiyyətinə keçmiş və bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan başqa, vəkil sorğusu əsasında əldə edilmiş digər sənədlərdən, yəni 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-276 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən isə görünür ki, Cavabdeh5 həmin mənzili qızına, yəni X8 bağışlamış, odur ki, sonuncuya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş və yalnız bundan 2 (iki) ay sonra təkbaşına mülkiyyətçi olan Cavabdeh4 ona qarşı yuxarıda göstərilən iddianı qaldırmışdır. Göründüyü kimi, sözügedən miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə övladı X21 ölmüş valideyninə çatası miras payından məhrum edilmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunaraq 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində Cavabdeh5 qizı ilə imzalayan şəx Cavabdeh4 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli, 2 V-577 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, habelə həmin notariat ofisində Cavabdeh4 ilə Cavabdeh5 arasında xx.xx.2019-cu il tarixdə bağlanaraq reyestrdə 3M-950 nömrə ilə qeyd edilmiş “Miras əmlakdan pay bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; 6 saylı Bakı “ASAN Xidmət" Mərkəzinin notariat ofisində Cavabdeh5 ilə Cavabdeh4 arasında o bağlanaraq təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-276 reyestr nömrəliEtirazverma “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi;k Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən o Sübutlar Cavabdeh5 verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və təqdim o Cavabdeh4 verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi; X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov Şahid, küçəsi, 15 saylı evin 72 saylı mənzilində qanun üzrə vərəsələr Cavabdeh5, ekspert v o Cavabdeh4 və 15 iyun 2010-cu il təvəllüdlü X11 hər birinin qanun üzrə vərəsəlik payı 1/3 hissədə müəyyən edilməklə onlara qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən paylara uyğun müvafiq çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh5 Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 “Elektron Kabinet” vasitəsilə iddia ərizəsinə qarşı etiraz vermişdir. Məhkəmə iclasında da iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, İddiaçı Cavabdeh5 gəlinidir. Miras əmlak Niyazi Qasımova məxsus olmuş, o, vəfat etdikdən sonra miras əmlakı cavabdehlər və Müşfiq Qasımov faktiki qəbul edərək orada yaşamışlar. Müşfiq vəfat etdikdən sonra arvadı İddiaçı faktiki olaraq mirası qəbul etməmiş, miras əmlakda yaşamamış, mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməmişdir. İddiaçı mərhum ərinin 3 və 7 mərasimlərinə gəlmiş, sonra isə həmin mənzildən çıxıb getmişdir. Bundan sonra cavabdehlər vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etmişlər. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzilə dair 1/2 hissədə arvadı Cavabdeh5, 1/2 hissədə qızı Cavabdeh4 miras payı müəyyən edilmişdir. Elə həmin gün Cavabdeh4 öz payını Cavabdeh5 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən isə Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzili Cavabdeh4 bağışlamışdır. Hazırda mənzilin yeganə mülkiyyətçisi Cavabdeh4dır. Hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh5 vəkili və nümayəndəsi Vəkil2 izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh4, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlər Cavabdeh4, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı, 018226 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X16 xx.xx.2019-cu il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X17 tərəfindən təsdiqlənmiş 4Ə-276 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 73 saylı mənzil Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə ölmüş X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzilə dair 1/2 hissədə arvadı Cavabdeh5, 1/2 hissədə qızı Cavabdeh4 miras payı müəyyən edilmişdir. - ÖM seriyalı, 107851 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzil X2 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzil Cavabdeh4 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzil Cavabdeh5 xüsusi mülkiyyətindədir. - AZ-İ seriyalı 281811 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə ölmüşdür. - AZ-İİ seriyalı 500723 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2010-cu il tarixdə doğulmuşdur, atası X16, anası İddiaçıdır. - xx.xx.2019-cu il tarixli miras əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzildən ona çatası 1/2 payı Cavabdeh5 bağışlamışdır. - xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzili Cavabdeh4 bağışlamışdır. - İİ-ЖГ seriyalı, 429260 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X18 xx.xx.1981-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvad Qasımova soyadını qəbul etmişdir. - 168485 nömrəli, xx.xx.2002-ci il tarixli müqavilənin surətindən görünür ki, X4 Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzili 52.269,500 manata X10 almışdır. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İ seriyalı 462935 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X5 20 dekabr 2008-ci il tarixdə Bakı Nikah Evində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 4590 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzil X4 ilə Cavabdeh5 birgə nikahda olduqları dövrdə alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Həmin mənzilə dair xx.xx.2002-ci il tarixdə X2 adına qeydiyyat vəsiqəsi verilmişdir. X4 xx.xx.2007-ci il tarixdə ölmüş, ondan Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzil miras əmlak qalmışdır. Həmin miras əmlak mirasqoyan Niyazi Qasımovun birinci növbə vərəsələri - arvadı Cavabdeh5, qızı Cavabdeh4 və oğlu X16 tərəfindən faktiki olaraq qəbul edilmiş və sonuncular həmin mənzildə yaşayaraq miras əmlakı idarə etmişlər. X16 ilə İddiaçı 20 dekabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, onların birgə nikahından xx.xx.2010-cu il tarixdə X20 doğulmuşdur. X16 xx.xx.2019-cu il tarixdə ölmüş, ölən günə qədər Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzildə yaşamışdır. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzilə dair 1/2 hissədə arvadı Cavabdeh5, 1/2 hissədə qızı Cavabdeh4 miras payı müəyyən edilmişdir. Elə həmin gün Cavabdeh4 öz payını Cavabdeh5 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən isə Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzili Cavabdeh4 bağışlamışdır. Hazırda mənzilin yeganə mülkiyyətçisi Cavabdeh4dır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1.1-ci və 1159.2-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. İddiaçının hazırkı tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə o, ölmüş valideyninə çatası miras payından məhrum edilmişdir. Məhkəmə hesab edir ki, X16 da X2 övladı olduğundan, ölümünədək ailəsi ilə birlikdə atasından miras qalmış mənzildə yaşadığından, həmin miras əmlakı qəbul etmişdir. X3 vəfat etdiyindən onun birinci növbə üzrə vərəsəsi – övladı X13 çatacaq miras əmlakda payı müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş reyestrdə 2V-577 nömrəsi ilə qeyd edilmiş 26 noyabr 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş reyestrdə 3M-950 nömrəsi ilə qeyd edilmiş Cavabdeh4 ilə Cavabdeh5 arasında 26 noyabr 2019-cu il tarixdə bağlanmış “Miras əmlakdan pay bağışlama” müqaviləsi, Cavabdeh5 ünvan 1 ünvanında yerləşən mənzilini Cavabdeh4 bağışlamasına dair 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-276 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi” etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh5 və Cavabdeh4 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilməlidir. Məhkəmə, miras paylarının müəyyən edilərək vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hissəsində iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, 72 saylı mənzil X4 ilə Cavabdeh5 birgə nikahda olduqları dövrdə əvəzli əqd şəklində əldə edilmişdir. Belə olan halda, həmin əmlakın yalnız mirasqoyan X2 payına düşən 1/2 hissəsi miras kütləsinə daxildir. Odur ki, iddia tələbi X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, 15 saylı evin 72 saylı mənzilində qanun üzrə vərəsələr Cavabdeh5, Cavabdeh4 və 15 iyun 2010-cu il təvəllüdlü X11 hər birinin qanun üzrə vərəsəlik payı 1/3 hissədə müəyyən edilməklə onlara qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi hissəsində qismən təmin edilməli, X4 ilə X9 birgə nikah dövründə aldıqları ünvan 1 ünvanında yerləşən mənzilin X1 miras qalan 1/2 hissəsi üzərində X9 1/3, Cavabdeh4 1/3 və 15 iyun 2010-cu il təvəllüdülü X11 1/3 hissədə miras payı müəyyən edilərək, vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mirasın qəbul edilməməsi ilə bağlı cavabdeh tərəfin dəlillərini əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1268.2-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti tam olmayan şəxslərin mirasdan imtinası ancaq məhkəmənin qərarı əsasında mümkündür. Mülki Məcəllənin 1244-cü maddəsinə görə isə bu cür şəxslər yalnız qanuni nümayəndələri vasitəsi ilə mirası qəbul edə bilərlər. Belə olan halda qanuni nümayəndə mirasın qəbulu üçün nəzərdə tutulan 3 və ya 6 aylıq müddət ərzində qəbul üçün müraciət etməsə də, məhdud fəaliyyət qabiliyyətli və ya tam fəaliyyət qabiliyyətsiz şəxslərin vərəsəlik hüquqları öz mövcudluğunu davam etdirər. Əks halda sözügedən şəxslərin mirasdan imtinasının ancaq məhkəmə qərarı ilə mümkün ola biləcəyini nəzərdə tutan Mülki Məcəllənin 1268.2-ci maddəsinin tələbi açıqca pozulmuş olar. Müraciətdə qaldırılan fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtina etməsi ilə əlaqədar məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici göstərilən şəxslər tərəfindən miras əmlakdan imtina edilməsinin xüsusi formasını müəyyənləşdirərək, bu halda imtinanın yalnız məhkəmə qərarı əsasında mümkünlüyünü təsbit etmişdir (Mülki Məcəllənin 1268.2-ci maddəsi). Mülki Məcəllənin 33-cü maddəsinə uyğun olaraq, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Himayəçilər isə himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar. Birtərəfli əqd olaraq miras əmlakdan imtinanın da yalnız məhkəmənin icazəsi ilə mümkünlüyünü müəyyənləşdirərkən qanunverici məhz fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mənafelərinin qorunması, qəyyum və himayəçilər tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısının alınması düşüncəsindən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtinası hallarına da Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətləri ilə bağlı məhdudiyyət şamil olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixdə ölmüş X7 birinci növbə vərəsəsi olan məhdud fəaliyyət qabiliyyətli iddiaçı - xx.xx.2010-cu il təvəllüdlü X11 vərəsəlik hüququ öz mövcudluğunu davam etdirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş reyestrdə 2V-577 nömrəsi ilə qeyd edilmiş 26 noyabr 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilməli, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş reyestrdə 3M-950 nömrəsi ilə qeyd edilmiş Cavabdeh4 ilə Cavabdeh5 arasında 26 noyabr 2019-cu il tarixdə bağlanmış “Miras əmlakdan pay bağışlama” müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh5 ünvan 1 ünvanında yerləşən mənzilini Cavabdeh4 bağışlamasına dair 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində xx.xx.2022- ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-276 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi” etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh5 və Cavabdeh4 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilməli, X4 ilə X9 birgə nikah dövründə aldıqları ünvan 1 ünvanında yerləşən mənzilin X1 miras qalan 1/2 hissəsi üzərində X9 1/3, Cavabdeh4 1/3 və 15 iyun 2010-cu il təvəllüdülü X11 1/3 hissədə miras payı müəyyən vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş reyestrdə 2V-577 nömrəsi ilə qeyd edilmiş 26 noyabr 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş reyestrdə 3M-950 nömrəsi ilə qeyd edilmiş Cavabdeh4 ilə Cavabdeh5 arasında 26 noyabr 2019-cu il tarixdə bağlanmış “Miras əmlakdan pay bağışlama” müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh5 ünvan 1 ünvanında yerləşən mənzilini Cavabdeh4 bağışlamasına dair 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində xx.xx.2022- ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-276 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi” etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh5 və Cavabdeh4 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilsin. X4 ilə X9 birgə nikah dövründə aldıqları ünvan 1 ünvanında yerləşən mənzilin X1 miras qalan 1/2 hissəsi üzərində X9 1/3, Cavabdeh4 1/3 və 15 iyun 2010-cu il təvəllüdülü X11 1/3 hissədə miras payı müəyyən vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-3084/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3084/2022
27.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver