Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3085/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı İddiaçı 5 saylı Bakı “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtina” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı 5 saylı Bakı “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtina” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı dövlət rüsumunu Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə ödəmişdir. Belə ki, İddiaçı qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu aidəyyəti məhkəməyə ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydaya, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, İddiaçı müəyyən edilmiş qaydada ödənilməli olan dövlət rüsumunu aidiyyəti məhkəməyə ödəmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Eyni zamanda iş materiallarına əlavə edilmiş ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir (“Expresspay” ödəniş sistemi, "xxxx" ASC, VÖEN: **********, terminalın nömrəsi: 905, qəbzin nömrəsi: 927824933, Tarix: xx.xx.2022, saat: 11:05). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh 5 saylı Bakı “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtina” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti məhkəməyə müraciət edə bilər. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (“Expresspay” ödəniş sistemi, "xxxx" ASC, VÖEN: **********, terminalın nömrəsi: 905, qəbzin nömrəsi: 927824933, Tarix: xx.xx.2022, saat: 11:05) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-3085/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3085/2022
23.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver