Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3104/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı cavabdehlər Cavabdeh, Zamin qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- "Kapital Bank” ASC. Cavabdehlər- Cavabdeh və Zamin. Tərəflər arasında bağlanmış müqavilələr- xx.xx.2021-ci il tarixli kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi. Müqavilənin predmeti- kredit və zaminlik müqaviləsi. Tələb olunan məbləğ- 703 manat əsas borc, 67 manat cərimə borcu olmaqla, cəmi 770 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar: Kredit və zaminlik müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 741-ci, 421.2-ci, 462.1-ci, 470.1-ci, 472.1-ci və 472.2-ci maddələri. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, bildirmişdir ki, iddia tələbində qeyd olunan mal və xidmətlərin heç biri ona təhvil verilməmiş və qarşı tərəf də ona təhvil təslim ilə bağlı sənəd təqdim etməmişdir. 2021-ci ilin aprel ayında müraciət olunmuş, müqavilə bağlanılmış və malların təhvil alınması üçün maşın bazarına yollanmış, lakin ona lazım olan ehtiyyat hissəsi olmadığı üçün ehtiyat hissələrin alışı baş tutmamışdır. Daha sonra uzun müddət keçdikdən sonra bəlli olmuşdur ki, kredit onun adına rəsmiləşdirilmiş, lakin ehtiyat hissələri başqa şəxsə satılmışdır. Onun bu barədə məlumatı pretenziya məktubu aldıqdan sonra olmuş və müqavilə onun adına olduğu üçün qeyd olunan borcun hamısını hissə hissə ödəyib tam bağlamışdır. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, Cavabdeh müxtəlif vaxtlarda müxtəli məbləğdə ödəniş edərək, ümumilikdə 780 manat məbləği tam olaraq ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı cavabdehlər Cavabdeh, Zamin qarşı “cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada- xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 703 manat, cərimə üzrə 67 manat, cəmi 770 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-3104/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3104/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver