Məhkəmə qərarları › İş №e-2(007)-3121/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3121/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3121/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Tələb:

1. İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 889 manat məbləğində əsas borc, 89 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu, cəmi 1008 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Hesab edirəm ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakılara əsasən imtina edilməlidir.

Tətbiq edilən hüquq:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 284-4.1.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə imtina edir. 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa.

Hakimin mövqeyi:

4. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-3036/2024 saylı və xx.xx.2024-cü il tarixli e-2(007)-3074/2024 saylı qərardadlarından görünür ki, eyni qaydada həmin iş üzrə İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 889 manat məbləğində əsas borc, 89 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu, cəmi 1008 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 3036/2024 saylı və xx.xx.2024-cü il tarixli e-2(007)-3074/2024 saylı qərardadları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə imtina edilməsi və ərizənin ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada təqdim olunması, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun (ödəyici: İddiaçı MMC VÖEN: **********, qəbzin nömrəsi:**********10; büdcə təsnifat kodu:142211; tarix:xx.xx.2024, saat:13:22) dövlət büdcəsindən iddiaçıya qaytarılması qərara alınmış və iddiaçıya izah edilmişdir ki, Azərbaycan Respublikası MPMnin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur.

6. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ilə bağlı yekun məhkəmə aktı mövcuddur, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-3036/2024 saylı və xx.xx.2024-cü il tarixli e-2(007)-3074/2024 saylı qərardadlarında ərizənin icraata qəbul olunmasından imtina əsasları kifayət qədər geniş və aydın şəkildə əsaslandırılmaqla, iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş, lakin iddiaçı tərəfindən ərizə və ona əlavə edilmiş sənədlərə heç bir dəyişiklik edilmədən, eyni qaydada təkrarən elektron sistem vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında yenidən iddia ərizəsi verilmişdir.

7. Göstərilənlərə əsasən, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir.

8. Həmçinin görünür ki, iddiaçı tərəfindən elektron kabinet vasitəsilə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin əslini deyil, əsli ilə düzdür edilmiş müqavilənin surəti yüklənmişdir.

9. O cümlədən məhkəmə qeyd edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməsi ilə əlaqədar, ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına hazırki iş üzrə zərurət yoxdur, belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-3036/2024 saylı qərardadından görünür ki, ödənilmiş 50 manat dövlət rüsumu (Qəbz: **********10) artıq həmin qərardadla geri qaytarılmışdır.

Nəticə:

10. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

11. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 153 və 284-cü maddələrini rəhbər tutaraq,

Qərara aldım: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar