Məhkəmə qərarları › İş №e-2(007)-3136/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3136/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3136/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X4, İddiaçı "xxxx" MMC-nin cavabdeh Zahidova X2 qarşı “borc” tələbinə dair mülki işin materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Zahidova X1 xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 344 manat məbləğində əsas borc, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş pul, 34.40 manat məbləğində dəbbə pulu (cərimə borcu) olmaqla, 402 manat borc və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, iş materiallarında olan Bakı-Nəsimi RPİ tərəfindən verilmiş, AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zahidova X3 ünvan 1 ünvanında qeydiyyatdadır. Bundan başqa tərəfə göndərilmiş bildirişin göndəriş izləməsi zamanı məlum olmuşdur ki, göndərişin poçt indeksi AZ 1000 olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; Beləliklə, məhkəmə hesab edir ki, mülki işin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunduğu üçün, hazırkı halda iş üzrə yekun məhkəmə aktı qəbul edilə bilməz, aidiyyət məsələsi həll edilməli və mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35.2, 39.1, 44.2.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh Zahidova X2 qarşı “borc” tələbinə dair e-2(007)- 3136/2025 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar