Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3209/2022 14.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli XLQ-4.401.007222 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 540 manat əsas borcun, 50 manat cərimə, ümumilikdə 590 manat vəsaitin və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli XLQ4.401.007222 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən 623,90 (altı yüz iyirmi üç) manat 90 qəpik dəyərində məişət avadanlıqlarını əldə etmişdir. Cavabdeh həmin müqavilə üzrə ilkin ödəniş olaraq 23,90 manat ödəniş etmiş, qalıq 600 manatı 10 ay müddətində hər ay 60 (altmış) manat olmaqla ödəməyi öhdəsinə götürmüş, borcdan 60 (altmış) manat ödəsə də, qalıq borcu 540 (beş yüz qırx) manatdır. Borcun ödənilməsini təmin etmək məqsədilə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış, xx.xx.2022-ci il tarixli 045 nömrəli məktubla xəbərdarlıq göndərilərək borcun 5 gün ərzində ödənilməsi xahiş olunsa da, tələb icra edilməmişdir. Qeyd olunur ki, müqavilələrin 2.3-cü bəndinə əsasən bu Müqavilənin 1.1-ci bəndində göstərilmiş məbləği bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə müəyyən edilmiş müddətdə satıcıya ödəməlidir. Müqavilələrin 4.2.3-cü bəndinə əsasən alıcı əmlakın dəyərini vaxtıvaxtında ödəməlidir. Həmin Müqavilələrin 5.2-ci bəndinə əsasən tərəflərdən biri bu müqavilə ilə üzərinə düşən öhdəlikləri və qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Bu halda zərər vurmuş tərəf digər tərəfə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada zərərin əvəzini tam həcmdə ödəməlidir. Cavabdeh üzərinə düşən öhdəliyini lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi üçün hazırkı müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya 50 manat məbləğində cərimə ödəməlidir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, Cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirməyərək müqavilə şərtlərini pozmuş, iddiaçı "xxxx" MMC-yə olan 540 manat borcunu ödəməyərək iddiaçının sahibkarlıq fəaliyyətinin inkişafına uzun müddət xələl gətirmiş, əldə olunacaq gəlirdən onu məhrum edərək zərər vurmuşdur. Ona görə də, iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Ərizəyə əlavə edilən sənədlərdən də görünür ki, cavabdeh X1 xx.xx.2021-ci il tarixli XLQ- 4.401.007222 saylı nisyə alğı-satqı mqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etməməsi nəticəsində 540 manat borc və 50 manat cərimə olmaqla, ümumilikdə 590 manat borcu yaranmışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, XLQ-4.401.007222 saylı müqavilədən və ona əlavə sənədlərdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən kredit yolu ilə 23,90 manat ilkin ödənişlə 623,90 manat məbləğində əşyalar əldə etmiş və həmin məbləği aylıq 60 manat olmaqla 10 ay ərzində İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər gününə hesablanmış 3%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 540 manat borcu vardır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə əsasında İddiaçı MMC-dən əşyalar (mallar) almış, lakin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 540 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 590 manat borc və 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqnın əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-3209/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3209/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver