Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3245/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli avtomobil kirayə müqavilələrinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan HYUNDAİ ACCENT 1.6 COMFORT markalı AzH90PS536 dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən kirayəyə götürülmüşdür. Qeyd edilən avtomobil müqavilə şərtlərinə uyğun olaraq cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh qeyd edilən kirayə müqavilələrinə əsasən yaranmış kirayə haqqı borcunu tam olaraq ödəməmiş və ödəməməkdə davam edir. Cavabdehə borcunun ödənilməsi ilə bağlı dəfələrlə müraciətlər edilmiş və borcunun ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh şifahi olaraq borcunu ödəyəcəyini bildirsə də bu günədək tələb edilən borcunu ödəməmişdir. Cavabdehin avtomobil kirayə müqavilələrinə görə ƏDV daxil olmaqla 2215,82 (iki min iki yüz on beş manat, səksən iki qəpik) manat, İddiaçınə borcu vardır. Azərbaycan Respublikası qanunvericiliyinin tələbinə əsasən cavabdeh kirayə müqavilələri üzrə, kirayə haqqı borcunu İddiaçınə ödəməyə görə öhdəlik daşıyır. Sadələşdirilmiş icraat qaydasında cavabdeh X1 kirayə haqqı borcu olaraq 2215,82 (iki min iki yüz on beş manat, səksən iki qəpik) manat və 43 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə olunmuş icarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqavilələrindən görünür ki, “Hyundai Accent 1.6 Comfort minik” markalı, **-PS-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh icarəyə verilmişdir. İşə əlavə olunmuş İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli mühasibat arayışından görünür ki, Cavabdeh-un xx.xx.2021-ci il tarixə 399.80 manat, xx.xx.2021-ci il tarixə 885 manat, xx.xx.2021-ci il tarixə 885 manat və xx.xx.2021-ci il tarixə 46.02 manat olmaqla, MMC-yə olan ümumi borcu 2215.82 manat təşkil edir. İşə əlavə olunmuş MYİ 0****** saylı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh-a Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşaması üçün xx.xx.2021-ci il tarixdə müvəqqəti icazə verilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli pretenziyadan və ona əlavə edilmiş sürətli poçtun çatdırılmasına dair qaimədən görünür ki, Cavabdeh 2215.82 manat icarə haqqı borcunun yaranması və həmin ödənilməmiş borcu ödəməsi barədə xəbərdarlıq edilmiş, borcu tam olaraq 5 gün müddətində ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət ediləcəyi barədə MMC tərəfindən xəbərdarlıq edilmişdir. Qeyd edilən pretenziya xx.xx.2022-ci il tarixdə Cavabdeh çatdırılmışdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 43 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı nəqliyyat vasitəsinin icarə müqavilələri əsasında iddiaçıya məxsus avtomobili idarə edən cavabdeh icarə haqqını ödəməmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçıya olan borcunu ödəməməsi materialları ilə sübut olunur. Cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək, Cavabdeh 2215.82 manat məbləğində pul vəsaiti, həmçinin 43 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 2215.82 manat məbləğində pul vəsaiti və 43 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-3245/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3245/2022
17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver