Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3267/2023 04.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kod **********57737 Samsung Galaxy A02 markalı telefon, çanta trust bologna, Lenova İdeapad 3 laptop, Windows 10 home (all languages) üçün 1089.92 manat ödənilməmiş hissə, 108.08 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə soyuducu LG üçün 246.52 manat ödənilməmiş hissə, 24.48 manat cərimə olmaqla ümumilikdə 1469 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34.69 manat məbləğində vəsaitin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə İmei kod **********57737 Samsung Galaxy A02 markalı telefon, çanta trust bologna, Lenova İdeapad 3 laptop, Windows 10 home (all languages), soyuducu LG almış və nəticədə 1469 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2149.92 manat (18 ay x 119.44 manat + 0 manat ilkin ödəniş) İmei kod **********57737 Samsung Galaxy A02 markalı telefon, çanta Trust Bologna, Lenova İdeapad 3 laptop, Windows 10 home (all languages) üçün ümumilikdə, 1198 manat olmaqla ondan 1089.92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 108.08 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2399.94 manat (18 ay x 133.33 manat + 0 manat ilkin ödəniş) soyuducu LG üçün ümumilikdə, 271 manat olmaqla ondan 246.52 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.48 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3213.42 manat təşkil edir. Tələbin əsaslılığını və əmlakın sübut edən sənədlər tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkibhissəsi olan əşyaların təhvil-təslim aktına əsasən cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danı.ığı, həmçinin göndərilmiş 1xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsədə cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödənilir.
İş materialları :
3. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə **********57737 Samsung Galaxy A02 markalı telefon, çanta trust bologna, Lenova İdeapad 3 laptop, Windows 10 home (all languages) verilmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə hesablanmış borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
4. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03491613 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə soyuducu LG GR-B589BLCZ verilmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə hesablanmış borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
5. xx.xx.2022-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, borclu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 28dən gec olmayaraq 18 ay müddətində hər ay 119,44 manat ödəniş etməlidir.
6. xx.xx.2022-ci il tarixli, 03491613 nömrəli nisyə alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi olan əlavədən görünür ki, borclu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 04-dən gec olmayaraq 18 ay müddətində hər ay 133,33 manat ödəniş etməlidir.
7. İşə əlavə olunmuş İddiaçı MMC-nin xx.xx.2023-cÜ il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1089,92 manat ödənilməmiş hissə, 108,08 manat cərimə və xx.xx.2022-ci il tarixli, 03491613 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 246,52 manat ödənilməmiş hissə, 24,48 manat cərimə olmaqla, cəmi 1469 manat borcu vardır.
8. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.
9. xx.xx.2023-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 34.69 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
10. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli alğı-satqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır. Tətbiq edilən hüquq :
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Məhkəmənin mövqeyi :
13. Məhkəmə iddia ərizəsini ona əlavə edilmiş materiallar ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia qismən təmin edilməlidir.
14. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.
15. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
16. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2022-ci il tarixdən başalayaraq xx.xx.2023-cü il tarixədək 119.44 manat ödəmək şərti ilə ümumi dəyəri 2149.87 manat olan Samsung Galaxy A02 markalı telefon, çanta trust bologna, Lenova İdeapad 3 laptop, Windows 10 home (all languages) və xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdən başalayaraq xx.xx.2023-cü il tarixədək hər ay 133.33 manat ödəmək şərti ilə ümumi dəyəri 2399.98 manat olan LG markalı soyuducu almışdır.
17. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqısatqı müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
18. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1089.92 manat ödənilməmiş əsas borc, 108.08 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 246.52 manat ödənilməmiş əsas borc, 24.48 manat cərimə olmaqla ümumilikdə 1469 manat borcu vardır.
19. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 1089.92 manat və 246.52 manat məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edir.
21. Müqavilələrin 2.6-cı bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində peniya ödəməyi öhdəsinə götürümüşdür.
22. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.
23. Belə ki, iş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasını gecikdirməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə iradə ifadəsini xx.xx.2023-cü il tarixdə bildirməsinə baxmayaraq pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi.
24. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 108.08 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə və 24.48 manat cərimə məbləğinin 1 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
25. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 34.69 manat məbləğində dövlət rüsumu ödəmişdir.
26. Buna görə də məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 34 manat 69 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
27. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1089.92 manat, cərimə qismində 10 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 246.52 manat, cərimə qismində 1 manat olmaqla, cəmi 1347 (bir min üç yüz qırx yeddi) manat 44 (qırx dörd) qəpik pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.
28. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34.69 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1089.92 manat, cərimə qismində 5 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 246.52 manat, cərimə qismində 1 manat olmaqla, cəmi 1347 (bir min üç yüz qırx yeddi) manat 44 (qırx dörd) qəpik pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat 69 (altmış doqquz) qəpik məbləğində pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva