Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3308/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:
1. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD 5VLBB**********9 HUAWEİ MATEPAD 11 MARKALİ TELEFON
2. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********21759 VİVO Y22 MARKALİ TELEFON
3. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG CHARGER, VİNİL ŞƏFFAF, İMEİ KOD **********13082 SAMSUNG GALAXY A33 MARKALİ TELEFON
4. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********10091 SAMSUNG GALAXY A13 MARKALİ TELEFON, XİAOMİ SMART BAND 6QOL SAATİ, XİAOMİ REDMİ POWER BANK
5. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG CHARGER, İMEİ KOD **********91020 SAMSUNG GALAXY S22 MARKALİ TELEFON
6. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KOD **********91020 SAMSUNG GALAXY S22 MARKALİ TELEFON Müqavilələrin predmeti-nisyə alqı-satqı Tələb olunan məbləğ:
1. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1026 manat ödənilməmiş hissə, 102 manat cərimə.
2. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 541.42 manat ödənilməmiş hissə, 54.58 manat cərimə.
3. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 255.34 manat ödənilməmiş hissə, 25.66 manat cərimə.
4. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 236.78 manat ödənilməmiş hissə, 23.22 manat cərimə.
5. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 102.96 manat ödənilməmiş hissə, 10.04 manat cərimə.
6. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1047.86 manat ödənilməmiş hissə, 104.14 manat cərimə Ümumilikdə tələb olunan məbləğ: 3530 manat borc və 55.30 manat dövlət rüsumu. Sübutlar: Alqı-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktları, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. İddianı əsas borc və dövlət rüsumunun tutulması hissəsində əsaslı hesab edirəm. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq, hesab edirəm ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edirəm ki, müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilələr üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilələr üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
QƏT ETDİM:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1026 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 541.42 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 255.34 manat ödənilməmiş hissə, 25.66 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 236.78 manat ödənilməmiş hissə, 23.22 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 102.96 manat ödənilməmiş hissə, 10.04 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1047.86 manat ödənilməmiş hissə, 50 manat cərimə borcu olmaqla ümumilikdə 3378.28 manat vəsait və ödənilmiş dövlət rüsumunun 52.92 manatı İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Yusifova