Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3342/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:
1. 20.08.2024-cü il tarixli, 09381301 saylı müqavilə (PLAYSTATİON VR2, BANG & OLUFSEN BEOLİT akustika).
2. xx.xx.2023-cü il tarixli, 14343142 saylı müqavilə (Camera).
3. xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə (Kombi İmmergas).
Müqavilələrin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ:
1. xx.xx.2023-cü il tarixli, 09381301 saylı müqavilə üzrə 1605,04 manat əsas borc, 160,96 manat cərimə.
2. xx.xx.2023-cü il tarixli, 14343142 saylı müqavilə üzrə 74,3 manat əsas borc, 7,7 manat cərimə.
3. xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə 1713,19 manat əsas borc, 171,81 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 3733 manat borc və 57,33 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.
Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİM:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 09381301 saylı müqavilə üzrə 1605,04 manat əsas borc, 80 manat cərimə, xx.xx.2023-cü il tarixli, 14343142 saylı müqavilə üzrə 74,3 manat əsas borc, 4 manat cərimə, xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilə üzrə 1713,19 manat əsas borc, 85 manat cərimə borcu olmaqla ümumilikdə 3561,53 manat vəsait və ödənilmiş 54,7 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 2,63 manatı İddiaçı MMCyə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Qumru Əliyeva