Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3365/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:
1. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ət çəkən “Gorenje”)
2. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Hisense” TV, blackvıew aırbuds 4 qulaqlıq, kıeslect kr pro qol saatı)
3. xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, 4 ədəd Westlake təkər üçün)
4. xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən,” LG” TV Müqavilənin predmeti-alqı-satqı. Tələb olunan məbləğ:
1. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 223.52 manat ödənilməmiş hissə, 22.35 manat cərimə pulu;
2. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 369.28 manat ödənilməmiş hissə, 36.93 manat cərimə pulu;
3. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 650.07 manat ödənilməmiş hissə, 65.01 manat cərimə pulu;
4. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 1104.53 manat ödənilməmiş hissə, 110.45 manat cərimə.
Ümumilikdə tələb olunan məbləğ: 2582,14 manat borc və 45,83 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasını təsdiq edən bildiriş.
Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. İddianı qismən əsaslı hesab edirəm. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq, hesab edirəm ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİM:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 223.52 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.20024-cü il tarixli müqaviləyə əsasən, 369.28 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 650.07 manat ödənilməmiş hissə, 45 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 1104.53 manat ödənilməmiş hissə, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 2482,40 manat vəsait və ödənilmiş dövlət rüsumunun 44,05 manatı İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Yusifova